"Rusiyada silahlı hücuma məruz qalmış diaspor rəhbəri Mais Qurbanov yaxınlıqda yerləşən kafeyə qədər qaçıb, orada kafenin işçiləri ona yardım ediblər, təcili yardım və polis çağırıblar".
Rusiya Miqrantlar Federasiyasının prezidenti Macumder Muhammad Əmin “RİA Novosti”yə bildirib ki, Mais Murdalı oğlu Qurbanov Federasiyada vitse-prezident vəzifəsini tutur və MDB ölkələrinin vətəndaşları ilə iş məsələlərinə nəzarət edir. O, Moskvada millətçilərin xarici vətəndaşlara hücumunu açıq tənqid edirmiş. Noyabrın 4-də “Rus marşı”na əks olaraq hazırlanan “Miqrantlar maşı”nın təşkilatçılarından olub. Amma hakimiyyət “Miqrantlar marşı”na icazə verməyib.
Onun sözlərinə görə, M.Qurbanov yaşadığı evin girişində hücuma məruz qalıb. Belə ki, giriş qapısının kodunu yığan zaman arxadan ona atəş açılıb.
Rusiya Miqrantlar Federasiyasının rəhbərlərindən biri olan azərbaycanlı Mais Qurbanova bu gecə atəş açılıb. ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, hadisə noyabrın 12-də onun Moskvada onun yaşadığı Novokosino rayonunda yerli vaxtla saat 01:30-da baş verib.
Moskva polisinin verdiyi məlumata görə, naməlum adam məlum olmayan travmatik silahla onun kürək nayihəsinə atəş açıb. Hazırda hadisə ilə bağlı cinayət işi açılıb. Rusiya Miqrantlar Federasiyasının başçısı Məhəmməd Əmin atəş açanların dörd nəfər gənc olduğunu bildirib. Mais Qurbanov özü də polisə ifadə verib və ona güllə atanları təsvir edib. Onun sözlərinə görə, atəş açan qız olub.
Mais Qurbanov hazırda xəstəxanaya yerləşdirilib, onun vəziyyəti orta ağır dəyərləndirilir, amma aldığı yara üzündən xeyli qan itirib. Millətçilik əleyhinə çıxışları ilə tanınan Qurbanov internet fasitəsi ilə radikal rus millətçilərindən indiyə kimi çox təhdid alırdı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?