“Xarici ölkə vətəndaşlarının Rusiyaya yalnız xarici pasportla daxil olması qaydasının tətbiqilə bağlı artıq danışılıb”. Modern.az bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin LDP-nin sədri, Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski ilə Kremldə keçirdiyi görüşü zamanı bildirib.
V.Jirinovski təkbətək görüşdə miqrantlarla bağlı məsələni qaldırıb. O, bildirib ki, Rusiyaya gələn miqrantlar üçün kvota tətbiqinin təklif edir. Vitse-spiker miqrantlarla bağlı bütün məsuliyyəti iş verən sahibkarların üzərinə qoyulmasının vacibliyini vurğulayıb. “Miqrantlara yalnız müəyyən edilmiş kvota daxilində iş verilməlidir. Kvota fərdi qaydada verilməlidir. Burada yerlər hər hansı firma vasitəsi ilə satılmamalıdr”. Jirinvoski vurğulayıb ki, ilk olaraq işə yalnız Rusiya vətəndaşları götürülməlidir.
V.Putin isə bildirib ki, əsas məsələ hamının qanuna riayət etməsidir: “Miqrantlar bizim qanunlara, ənənələrə, yaşadıqları regionun mədəniyyətinə sözsüz hörmət etməlidir. Bu, Rusiyanın qarşısında duran çox çətin məsələdir. Buna kompleks şəkildə yanaşmaq lazımdır”-deyə Putin vurğulayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?