GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycan ordusunda istismar: əsgər yoxsa, təhkimli fəhlə?

Azərbaycan ordusunda istismar: əsgər yoxsa, təhkimli fəhlə?

Tarix: 13-11-2013, 15:31 Bölmə :Manşet Baxış: 1 329
Azərbaycan ordusunda istismar: əsgər yoxsa, təhkimli fəhlə?

Komandirlər əsgərləri şəxsi məqsədlərlə fəhləliyə vadar edir: buna “dur” deyiləcəkmi?

Məyusedici haldır ki, vətəndaşların güc nazirliklərinə inamı gündən – günə azalır. Son zamanlar Müdafiə Nazirliyində az da olsa təmizlənmə işləri aparıldı. Lakin tam təmizlənmənin olmasını demək mümkün deyil. Xalqı, dövləti qorumalı olan strukdurda hələ də ordumuza qənim olanlar var. Bir ölkənin ki Müdafiə Nazirliyindən giley – güzar oldu, deməli orada vəziyyət kifayət qədər ciddidir. Hələ bunu demək artıqdır ki, adı çəkilən nazirliyin birbaşa vəzifəsi düşmənlə mübarizədir. Ancaq çavuşundan, serjantından tutmuş, zabitlərinə, hətta, generallarınadək ordudaxili çəkişmələrə, sərvət və mal – dövlət mübrizəsinə sürüklənən Silahlı Qüvvələrin silahı hansı hədəfə tuşlayacağı olduqca naməlum və təhlükəlidir. Belə vəziyyətdə ordunun həvalə edildiyi yüksək hərbi rütbəyə malik, lakin korrupsioner və rüşvətxor şəxslər, hətta fərari əsgərdən də qorxuludur - əlbəttə, o, mənada ki, vətənin müdafiəsi ilə alver edirlər. Hərgah o yerdə ki, pul vətəndən üstün tutulur, həmin ölkənin ordusu düşmənə çəpər, yağıya sipər ola bilməz. Bəlkə, elə buna görədir ki, Qarabağı işğal etmiş erməniləri torpaqlarımızdan çıxarmaqda acizik?
Suala verəcəyimiz cavab nə qədər acı olsa da Azərbaycan reallığına əsaslanır. Lakin heç cür barışmaq mümkün olmayan reallıq isə odur ki, torpaqlarımızın bir qisminin düşmən əlinə keçməsində ordudan şəxsi məqsədlərlə bəhrələnmək istəyənlərin də “əməyi” az olmayıb.

Əsgərlərin və ailələrin istismarı

Bu gün hərbi hissələrdə nəzarətsizlik və özbaşınalığın olması heç kimə sirr deyil. Orduda xidmət edən əsgərlərin valideynləri komandirlərin əlindən zara gəlib. Onlar şikayətlənirlər ki, komandirlər əsgər ailələrinə istismar etməyin daha “müasir” yollarını “kəşf edilib”. Belə ki, tabeliyində olan əsgərlərin ailələrini istismar etmək üçün ordudakı vəzifəli şəxslər onların hesabına öz mobil telefonlarına kontur yüklətdirir. Hətta əsgər valideynlərindən əlavə pul da tələb edilir. Xidmət edən əsgərlərə komandirlər təhkimli şəxslər kimi baxır – lap orta əsrlərdə olduğu kimi. Əsgərlərin soyulması ilə yanaşı onlar qanunsuz olaraq səlahiyyətli şəxslərin “votçinalarında” fəhlə kimi işlədilir. Səlahiyyətlilərin malikanələrində təmənnasız işlədilən əsgər harda lazım olduğunu bilmir. Hətta o, istər – istəməz özünə belə bir sual da verə bilər: - əcəba fəhləliklə məşğul olmaq üçün əsgərliyəmi gəlmək lazımdır? Görünür, əsgəri döyüş ruhunda tərbiyə etmək əvəzinə döymək və işlətmək ruhunda “tərbiyələndirməyi” üstün tutan komandirlər və digər səlahiyyətlilər onları qula çevirmək istəyirlər. Fəqət komandirlərin qanunsuz işkəncələri və əsgərlərə istismarçı münasibəti onların sırasında spartakların meydana gələcəyini heç də istisna etmir. Qədim Roma cəmiyyətində olduğu kimi ordunun patrisi və pleybeylərə bölünməsi nəticə etibarilə qarşısıalınmaz üsyanın baş verəcəyini vəd edir. Hələliksə etiraz çıxışları övladları qəzəbli zabitlərin və komandirlərin gülləsindən həlak olmuş əsgər analarının timsalında özünü büruzə verir.

General Nəciməddin Sadıqovun mülkü

Deyilənə görə general Nəciməddin Sadıqovun qəsri beşmərtəbəlidir, onun iki mərtəbəsi zirzəmidən ibarətdir. Zirzəmi hissəsində hamam, sauna, bilyard salonu və s. yerlər yerləşir. Bu beşmərtəbəli mülk qırx otaqdan ibarətdir – lap nağıllardakı kimi. Bu mülkün ilk daşından son mismarının vurulmasına qədər inşasında deyilənə görə əsgərlər iştirak edib. Həmin imarətin içərisində olmuş şəxslərin sözlərinə görə, hər biri yüksək səviyyədə təmir olunub. Qeyd olunur ki, bu qəsr möhkəm özüllər əsasında qurulub. Görəsən, Azərbaycan əsgərləri də havadan hücum zamanı məhz belə möhkəm “blindajlar” da olacaqlarmı?
Bu gün Azərbaycan əsgəri aylıq haqq verib, komandirindən bir aylıq, iki aylıq, hətta bir xidmət boyu belə azad dolana bilər. Yaxud da torpağı tapdaq altında olan Azərbaycan əsgəri hərbin incəliklərinə yiyələnmək əvəzinə, veyllənmək imkanı əldə edir. Lap elə ən yaxşı halda Azərbaycan əsgəri generallımızın evlərinin tikintisində fəhlə kimi iştirak edirlər. Qoy analar, atalar narahat olmasın. Oğlanları nə silahla təlimlər keçir, nə də döyüş bölgəsində səngərdə Vətəni qoruyurlar. Qoy Vətən narahat olsun. Çünki əsgəri onun sərhədlərində düşmənlə üz – üzə olan mövqelərdə səngər qazmaq əvəzinə, Azərbaycan generalı üçün yerin altına doğru ikimərtəbəli zirzəmi eşir. Əsgər neyləsin. O, əmrə tabedir. Desələr səngər qaz – qazacaq, düşmən üzərinə hücuma keç – irəli cumacaq, general üçün ev tik – tikəcək, komandirinin oğul – uşağının əyləncə obyektinə çevril – çevriləcək. Lap sovetlər dövründə əsgərlər barədə söylənilən fikrə daha çox yaxınlaşır - əsgər yatır, xidmətsə gedir.
Azərbaycan əsgəri nəinki tabeçiliyində olduğu əsgərin, zabitin, hətta Müdafiə Nazirliyinin şəxsi məqsədləri üçün istifadə oluna bilməz. Şəkildə sizlər bu imarətin tikintisi zamanı görkəmini görürsünüz. İndi artıq həmin qəsr hazırdır və ora quş quşluğu ilə uça bilməz. Şəkildə hərbi hissəyə məxsus maşının da ərazidə dayandığı aydın görünür. Həmin maşınla deyilənə görə əsgərlər işləməyə gətirilirdilər. Onlar burada işlədilir, istismar olunurdular.

“Salyan kazarması”nın faş olan sirləri

“Salyan” kazarması kimi tanınan hərbi hissə çoxlarına bəlli bir ünvanda yerləşir. Əvvəllər bu yer olduqca qapalı yer təəssüratı yaradırdı. Qəribədir, sonradan hərbi hissənin nəzdnində hündürmərtəbəli binalar tikildi. Burada iki və üç mərtəbəli binalar da inşa edildi. Görəsən bu binalar kimə məxsusdur? Bu mülklərdə Mehman Hacıəliyevin izlərinin görünməsi də heç kimə sirr deyil. Həmin binaların da əsgərlər tərəfindən tikilməsi iddiası irəli sürülür. Vaxtilə M.Hacıəliyevin rəhbərliyi altında xidmət keçmiş əsgərlərdən biri jurnalist həmkarlarından birinə bildirib ki, həmin evlərin tikintisində onun da əməyi az olmayıb. Bir neçə evin inşasında iştirak edib.

Maraqlıdır, torpaqları işğal edilmiş generallar özünü bu qəsrlərdə, əsgərləri qul kimi işlədib istismar edəndə necə hiss edirlər? Biz zəbt olunmuş torpaqlarımızı belə qul təfəkkürlü əsgərlər və onları istismar edən generallarlamı alacayıq?!
Çinarə Vüqar
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan ordusunda daha bir güllələnmə

    Azərbaycan ordusunda daha bir güllələnmə ...

    22-12-2012, 13:32

  • 
  • Müdafiə naziri və nazirliyin rəhbər heyəti Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar

    Müdafiə naziri və nazirliyin rəhbər heyəti ...

    31-12-2014, 18:17

  • 
  • Müdafiə Nazirliyindən inanılmaz qərar

    Müdafiə Nazirliyindən inanılmaz qərar ...

    19-07-2014, 04:04

  • 
  • Müdafiə nazirliyindən KİV-lərə xəbərdarlıq

    Müdafiə nazirliyindən KİV-lərə xəbərdarlıq ...

    29-09-2015, 18:22

  • 
  • Müdafiə Nazirliyinin bəzi hərbi hissələri ləğv olundu

    Müdafiə Nazirliyinin bəzi hərbi hissələri ləğv ...

    16-01-2014, 16:04


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu