Azərbaycanın Müdafiə Nazirliyi bəzi yerli kütləvi informasiya vasitələrini erməni təbliğatında iştirakdan çəkinməyə çağırır.
Nazirliyin sentyabrın 29-da yaydığı məlumatda bildirilir ki, bəzi elekton KİV vasitələrinin sentyabrın 28-də adları da göstərilməklə həlak olmuş Azərbaycan əsgərləri barədə yaydıqları məlumatlar tamamilə əsassızdır.
Məlumatda qeyd edilir ki, bu çür ucuz və cəfəng xarakterli məlumatlar yalnız erməni ictimaiyyətini aldatmaq məqsədi daşıyır və bir daha sübut edir ki, qarşı tərəf mənəvi-psixoloji cəhətdən düşkün vəziyyətdədir.
Nazirlik rəsmi şəkildə bildirir ki, adları çəkilən şəxslər ümumiyyətlə Azərbaycan Ordusunda yoxdur.
Müdafiə Nazirliyi cəbhədə baş verən hadisələr barədə ictimaiyyətə daima məlumat verir və son günlər qoşunların təmas xəttində gedən döyüşlərdə həlak olanlar barədə də rəsmi məlumatlar verilib-deyə məlumatda bildirilir: “Bu cür xəbərlər erməni tərəfinin xüsusi təbliğatının bir hissəsidir və bəzi yerli elektron kütləvi informasiya vasitələri də bu təblğata qoşulurlar. Müdafiə Nazirliyi erməni tərəfinin məlumatlarını yayan və sensasiya dalınca qaçan bəzi yerli KİV vasitələrinin sayıqlamalarını da şərh etməyəcək.
Buna görə də bir daha KİV nümayəndələrini düşmən təxribatlarına uymamaq və yalnız dəqiqləşdirilmiş rəsmi məlumatları yaymağı tövsiyə edirik”-deyə məlumatda bildirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?