GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Avropa, Azərbaycan və Kürü

Avropa, Azərbaycan və Kürü

Tarix: 18-11-2013, 12:27 Bölmə :Manşet Baxış: 719
Avropa, Azərbaycan və Kürü
ATƏT-in müşahidə etdiyi ən bərbad seçkilər sırasında yer alan Azərbaycandakı son prezident seçkiləri İtalyan Pino Arlacchinin rəhbərlik etdiyi Avropa Parlamenti nümayəndələri üçün isə şəffaf və azad idi. Bu kürü diplomatiyası adlanır.

Kürü hər zaman yüksək qiymətinə (kq-ı təxminən 1500 avro) görə dəbdəbə rəmzi olub və uzun müddət bəzi ölkələrə öz istəklərini “yeritməyə” imkanı verib. Azərbaycan tarixən dünyada ən yaxşı kürü istehsalçılarından biri kimi tanınıb və son illərdə xüsusi diplomatik faəliyyətində bu faktorla fərqlənib. 2012-ci ilin may ayında Avropa Sabitlik Təşəbbüsü (AST) araşdırma mərkəzi “Kürü siyasəti – Azərbaycan Avropa Şurasını susdurub” adlı hesabat dərc etmişdi. Hesabat Azərbaycanı Avropa dəyər və demokratik standartlarına gətirməli olan Qərbin bu ölkədə fundamental hüquqların kəskin məhdudlaşdırılması, azad və ədalətli seçkilərin yoxluğuna “kürü “ əvəzində göz yumması proseslərini mərhələ-mərhələ izləntilərini sərgiləyib. AST önəmli məsələ kimi Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanı müdafiə edənlərin hamısının bunları maddi maraqlara görə etməyini vurğulayır. Oyunda geopolitik səbəblər daxil olmaqla başqa amillər olub. Amma bir çox göstərici də var ki, korrupsiya AŞPA-nın öz məsuliyyətindən yayınmasında böyük rol oynayıb.

“Kürü diplomatiyası” – AST yazır – 2001-ci ildən, Azərbaycan Avropa Şurasına qoşulmamışdan az öncə başlayıb. Bu, İlham Əliyev 2003-cü ildə Azərbaycan prezidenti olandan sonra daha da gücləndirilib. Belə ki 2005-ci ildə Bakı -Tiflis - Ceyhan boru kəməri tikildi və dövlət xəzinəsi neft gəlirləri ilə daşmağa başladı, kürü siyasəti yüksək sürətə qədəm qoydu.

AŞ Azərbaycan haqqında fikrini dəyişir

İnsan haqları və demokratiya ilə məşğul olan dünyanın ən qədim beynalxalq təşkilatına üzv olmaq üçün lazım olan standart qaçılmaz olaraq “Azad və ədalətli seçkilər”dir. Lakin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), eləcə də Avropa Şurası məruzəçisi Andreas Grossun 2005-ci il seçkilərinə mənfi rəy verməsinə baxmayaraq, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycana sanksiya tətbiq etməməyi qərara aldı. Azərbaycan üzrə məruzəçilər dəfələrlə AŞ Assambleyası üzvlərinin əksəri tərəfindən Azərbaycan seçkiləri haqda tənqidi mövqelərinə görə hücuma məruz qalmışdılar. 2008-ci il prezident seçkiləri ərəfəsində Azərbaycan söhbəti yenidən qaynar mövzu oldu və Azərbaycan tərəfdarları, britaniyalı Michael Hancock və Estoniyalı Kristina Ojuland keçmiş məruzəçi Andres Herkelin mövqeyi ilə razılaşmadılar. Müzakirənin fokusu, nəhayət ATƏT/DTİHB-in roluna və ekspert missiyasının sözdə etibarsızlığına yönəldi. “90-cı illərə qədər Azərbaycan əhəmiyyəti olmayan ölkə kimi nəzərdən keçirilirdi. Hidrokarbon bumu ilə ölkə əhəmiyyət qazandı və qısa zamanda Avropa tərəfini necə istifadə etməyi anlayaraq Azərbaycan çox effektiv və qətiyyətli lobbi yaratdı”- Brusseldəki OBC rəsmisi qeyd edir. Norveç deputatı Lisa Christoffersenin 2009-cu ildə Azərbaycan üzrə AŞPA-nın həmməruzəçisi təyin edilməyə yaxın olduğu məsələ ilə bağlı sözləri çox şeyi aydınlaşdırır:“Daha çox gizli, amma tədricən üzə çıxmağa başlayan şəbəkə mənim təyinatımın qarşısını almaq üçün səfərbər edilmişdi.... Azərbaycanın Norveçli məruzəçinin təyinatına qarşı güclü etirazı var idi və səbəbi də aydın idi. Ölkələrimizin hər rəsmi səfərində Norveç Azərbaycanda olan insan hüquqları məsələsini qaldırır.”

Azərbaycanda son parlament seçkiləri 2010-cu ildə keçirilib və AST tərəfindən “AŞ üzv ölkəsində indiyə kimi keçirilən ən saxta seçki” kimi müəyyən edilib. DTİHB-nin o vaxtkı rəhbəri Audrey Glover tərəfindən aparılan seçkinin müşahidəsinə dair nəticələri ilə AŞPA-nın qısa müddətli və digər iki - Avropa Parlamenti və ATƏT-in Parlament Assambleyası missiyalarının açıqladıqları nəticələri arasında ziddiyət vardı. Nəticədə, birgə cızma-qara edilmiş sənəd üzərində kompromisə gəlindi, amma buna baxmayaraq, mətbuatda dörd utancverici bəyanat üzə çıxdı. Debatlar, hesabatlar davam etdi, və hətta Azərbaycandakı vətəndaş cəmiyyətindən 19 təşkilat AŞPA-ya və ATƏT Parlament Assambleyasına ərizə ünvanladı. Nəhayət, Audrey Glover geri çəkilərək dedi: “Burda o qədər şübhə var ki, belə bir sual doğur: bu ölkələrin davamlı monitorinqində bir anlam varmı?”

2013 Seçkiləri

Azərbaycanda son prezident seçkiləri 9 oktyabr 2013-cü ildə keçirildi. 2009-cu ildə iki dəfə ardıcıl prezidentlik müddətinin ləvğinə yol açan referendum ilə Konstitusiyaya düzəlişlərdən sonra, İlham Əliyevin yenidən namizədlik vermək şansı oldu və 84.5 faiz səs çoxluğu ilə 3-cü dəfə 5 illik Respublika Prezidenti seçildi. Xatırladaq ki, yuxarıda adı hallanan dəyişiklik öz şübhəli demokratik dəyəri ilə AŞ və Venesiya Komissiyası tərəfindən bir çox şikayətin mövzusu olmuşdu. Tana de Zulueta başçılığı ilə ATƏT/DTİHB-in uzunmüddətli (3 ay) missiyası 10 oktyabrda ətraflı hesabatla nəticələndi: “9 oktyabr seçkiləri ifadə, sərbəst toplaşmaq azadlığına məhdudiyyətlərlə və namizədlər üçün bərabər şəraitin yaradılmaması ilə “yola verilib”. Bu mövqe Sosialist deputat Pino Arlacchi tərəfindən rəhbərlik edilən AP rəsmisinin və AŞPA-nın birgə bəyanatı ilə tam ziddiyət təşkil edir. Oktyabrın 10-da AŞPA-nın və AP-nin birgə missiya bəyanatında qeyd edilir ki, “ümumilikdə, seçki günündə biz azad, ədalətli və şəffaf” seçki izlədik. Skandal ondadır ki, ilk dəfə olaraq hər iki bəyənat uzlaşmır və ikisi də mətbuat üçün ayrı-ayrı açıqlama verir. Oktyabrın 11-də Avropa İttifaqının (Aİ) Xarici İşlər üzrə Ali Təmsilçisi Catherine Ashton və Kommisar Stefan Füle Azərbaycandakı prezident seçkiləri barədə bəyənatlarına Avropa Parlamentinin missiyasını daxil etməyiblər. Birgə bəyənata onlar ATƏT/DTİHB nəticələrini, AP və AŞPA monitorinq missiyalarına isə sadəcə qısa toxunmaqla fikirlərini daxil ediblər.

Utandırıcı bəyənat

Azərbaycandakı seçkidən bir həftə sonra skandal qalxır. Avropa Parlamenti Xarici İşlər Komitəsi Arlacchi tərəfindən aparılmış missiyanın hesabatını müzakirə etdi. Yaşıllar sərt reaksiya verdi və bəyanatı mətbuata ötürərək AP missiyasının rəsmi hesabatını tənqid etdi. “Yaşıllar AP nümayəndəsi tərəfindən hazırlanmış bəyanatı təsdiq etmir və ATƏT-in Missiya rəhbəri Tana de Zulueta ilə görüş tələb edir” deyə qrupun Xarici işlər sözçüsü Ulrike Lunacek qeyd edir. Digər Yaşıllar sözcüsü Üerner Schulz isə daha kəskin çıxış edir: “Avropa Parlamenti ölkədə olan reallığa məhəl qoymayaraq verdiyi bəyənatlarla öz etimadını itirir. Bir qrup Parlament üzvü Avropa Parlamentinin insan haqları, demokratiya və qanunun aliliyi uğrunda apardığı mübarizəyə xələl gətirir”. Arlacchi Azərbaycan APA agentliyinə eksklüziv müsahibəsində arxayınca öz mövqeyini müdafiə edib. Jurnalist Victoria Dementyeva tərəfindən “Siz AP, AŞPA və ODİHR-in dəyərləndirmələrindəki böyük fərqi necə izah edərdiniz” sualına Arlacchi cavab verib: “Bu, çox sadədir. Biz 3 assambleyaya bağlı 66 parlament üzvü idik – AŞ, ATƏT və AP. Biz hamımız azad şəkildə seçkiləri müşahidə etmişik və onlar haqqında müsbət rəyimiz olub. ATƏT/DTİHB bir qrup siyası məsuliyyəti olmayan və heç kimsə tərəfindən seçilməyən dırnaqarası ekspertlərdən ibarətdir. Ona görə də manipulyasiya etmək asandır. Bizim qiymətləndirmə böyük məsuliyyət hissi ilə aparılıb; biz, həmçinin parlament seçkilərini hər fürsətdə iş əldə etmək istəyən ekspertlərdən daha yaxşı bilirik. "Bu arada, Avropa Parlamentinin Sosialist Qrup prezidenti Hannes Süoboda “AP-kı Sosialistlər qrupu özünü müşahidə missiyasının Azərbaycandakı son seçkilər barədə sözlərindən uzaq tutub və qrup inanır ki, parlament nümayəndələri ilə ATƏT-in nəticələri arasındakı fərqlər əsla dəstəklənməyəcək qədər bir-birindən uzaqdır” deyib.

Biznes siyahısı

Skandal sona yetmədi. Parlament üzvlərinin məsələsi ifşa olundu: 9 oktyabr seçkiləri zamanı onlar qeyri-rəsmi olaraq Azərbaycana səfərə etmişdilər. Nüfuzlu Avropanın Səsi məqaləsində oktyabrın 17-də “Parlament üzvləri Azərbaycana səfəri izah etməlidirlər” mühüm başlıqlı yazı çap olunaraq məsələ çox açıq şəkildə üzə çıxdı: “Kobud axmaqlıq və ya bayağı rüşvətxorluq halı AP üzvünün Bakıya qeyri rəsmi müşahidəçi olaraq keçən həftə Azərbaycanda saxta prezident seçkilərini izləmək üçün getməsinin yeganə məntiqli izahı ola bilər”. Qəzet “seçki turizmi”ndə iştirak edən deputatların siyahısı (çox güman yarmçıq siyahı) olan məlumatı yayır. Bu, Economist Group tərəfindən təsis edilmiş qəzet tərəfindən verilən şərh idi. İvo Vajgl (Sloveniya), Alexandra Thein (Almaniya) və Hannu Takkula (Finlandiya), bütün liberal ALDE qrupu Alman Assosiyasının hesabına səfər ediblər. Alman-Azərbaycan əlaqələrini inkişaf etdirmək üçün yaradılan və incəliklə gizlədilən bu Cəmiyyət belə görünür ki, Azərbaycan hökümətinin maraqları üçün ön təşkilat rolunu oynayır... Estoniya parlamentinin üzvü Kristiina Ojulandın Azərbaycan mətbuatında höküməti tərifləyən amma səfərin kim tərəfindən maliyyələşdiyini bildirməkdən boyun qaçıran fikirləri yayımlanıb. Təəccüblü deyil. Belə görünür ki, müxtəlif AP üzvləri tərəfindən hazırlanan “Azərbaycan biznes siyahısındadır, hədiyyələr, səyahət, dəbdəbəli otellər və s.” bəyanat anonim olaraq ATƏT-ə göndərilib. Eyni mənbə kürü də daxil olmaqla dəbədəbəli kristmas səbətlərinin sağ-salamat Brussel ofisinə çatdırıldığını gizlətmir.

Avropa parlamenti rekasiya verir və Azərbaycan Avronesti tərk edir

Monitorinq missiyasının böhranı Azərbaycanda Avropa Parlamentinə seçkilərə 7 ay qalmış alovlanır. Avropa Birliyinin önəmli sütununun imici çox güman ki şübhə altındadır. Bu nöqtədə Avropa parlamenti öz missiyasının nəticələrini etibardan salaraq dolayı reaksiya verir. Oktyabrın 23-də qəbul edilmiş Qonşuluq siyasətinə dair qətnaməsində Avropa Parlamenti Azərbaycan hökumətini acıqlandıran qeyd buraxır. Qətnamənin 32-ci paraqrafında deyilir: “Avropa Parlamenti təəssüf edir ki, DTİHB-nin uzun müddətli missiyasının nəticələrinə əsasən, son prezident seçkiləri toplaşmaq və ifadə azadlıqlarına qarşı məhdudiyyətlər qoyaraq ATƏT standartlarına cavab verməyib”. Azərbaycanın reaksiyası özünü çox gözlətmədi. Ertəsi gün Avropa Parlamenti Prezidenti Martin Sculza ünvanlanmış məktubuna parlament üzvü millət vəkili, prezidentə yaxınlığı ilə bilinən və Azərbaycanın Avronestdə (AP tərəfindən 2009-cu ildə təsis olunub və parlament AP üzvlərindən başqa Şərq tərəfdaşlarını da, Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanı da əhatə edir) nümayəndə həyətinin rəhbəri Elxan Süleymanov qətnamədəki qeydə acıqlı cavab verir. Süleymanov Avropa Parlamentini ittiham edərək deyir: “AP Azərbaycanda ixtişaş və təxribatçılq yaratmaq istəyir. Ola bilsin AP Azərbaycanı Liviya və Suriyaya döndərmək üçün öz təxribatlarına tam müvəffəq ola bilməyib çünki seçkilər azad və ədalətli keçirilib. Bu səbəblərə görə Azərbaycan Avronest Assambleyası çərçivəsində bütün fəaliyyətlərini dayandırır.” Bu mövqe noyabrın 6-da Avronestin Kiev toplantsı zamanı təsdiq olunub.

Bakı və missiyaların böhranı

Nəhayət, noyabrın 7-də Brüsseldə ATƏT/DTİHB-nin Azərbaycandakı seçki monitorinqi missiyasının rəhbəri və Demokratik Dəstək və Seçki Koordinasıya Qrupunun, qrupun Xarici İşlər Komitəsinin sözcüsü, habelə parlamentin bütün siyasi qruplarının iştirakı ilə toplantı keçirildi. Lakin toplantının sonunda bir nəticəyə gələ bilmədilər. İkinci raund dekabrın 12-də baş tutacaq. Bir çox AP üzvləri Azərbaycanda olan son gəlişmələrdən danışdılar, xüsusilə liberal Alexander graf Lambsdorff bunları deyib: “Mən Cəmiyyətin Almaniya və Azərbaycan əlaqələrindən sorumlu kiçik qeyri hökumət təşkilatının 120 nəfərinin biznes klasda və birinci sinif otellərdə, aralarında Avropa parlamentarilərinin də olduğu səfəri necə ödədiyindən şoka düşmüşəm.” Həqiqətən də diqqət çəkən və təsdiq olunmuş bu rəqəm, deyilən “kürü diplomatiyası”nın həcmi və ölçüsü barədə fikir yaradır. Bəs Berlindəki AST?

Onların bir neçə gün əvvəl hazırladıqları sonuncu hesabatın başlığı birmənalıdır: “Üzüqara Azərbaycan və biz bildiyimiz seçki monitorinqinin sonu” - yeddi səhifədə bir sıra parlamentarilərin Azərbaycanla olan münasibətlərinə və bəzi təşkilatların Lambsdoffun göstərdiyinə oxşar lobbiçilik fəaliyyətinə həsr olunub. AST, həmçinin monitorinq aparan qısamüddətli missiyaların müşahidələrinin demokratiyanın inkişafı üçün dəyərini şübhə altına alır. Əslində keçən ay Bakıda baş verənlər monitorinq missiyaları üçün bir növ dönüş nöqtəsi oldu. ATƏT/DTİHB ilə qısa müddətli missiyalar arasındakı nəzərəçarpan fərq bəzi nüfuzlu institutların etibarlılığına təsir edib. Aİ və onun parlamenti göstərdilər ki, onlar reaksiya verməyə qadirdilər. Bu möhtərəm institutların həmin inanılmaz hadisənin izahını verməsi və ən qısa zamanda beynəlxalq seçki müşahidə missiyalarının anlamını sorğu-sual etməsi zərurətdir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyədə məşhurlarla “kürü qonaqlığı”

    Türkiyədə məşhurlarla “kürü qonaqlığı” ...

    13-11-2013, 11:14

  • 
  • Ermənistanda Qarabağ mübahisələri: “Bəlkə AŞ PA-ya sizin yerinizə qara kürü göndərək?”

    Ermənistanda Qarabağ mübahisələri: “Bəlkə AŞ ...

    16-11-2015, 15:50

  • 
  • ”Kürü diplomatiyasının cazibəsinə cəlb edilməsinlər” –  Cəmil Həsənli ilə MÜSAHİBƏ

    ”Kürü diplomatiyasının cazibəsinə cəlb ...

    25-11-2013, 12:25

  • 
  • Avropa Parlamentində Azərbaycana görə qapalı toplantı

    Avropa Parlamentində Azərbaycana görə qapalı ...

    7-11-2013, 12:29

  • 
  • Avropa Parlamenti Azərbaycandakı seçkini tanımadı

    Avropa Parlamenti Azərbaycandakı seçkini tanımadı ...

    23-10-2013, 22:18


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu