GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » General mundiri altında gizlədilən şok faktlar-Özəl

General mundiri altında gizlədilən şok faktlar-Özəl

Tarix: 21-11-2013, 00:36 Bölmə :Manşet Baxış: 13 009
General mundiri altında gizlədilən şok faktlar-Özəl
Ölkənin məşhur generallarının dosyesi “Gündəm xəbər”də…

Zabitlər” filmini xatırlayırsınızmı? Filmin qəhrəmanlarının birinin diliylə səsləndirilən fikir təxminən belədir: “Həyatda ən şərəfli sənət zabit olmaqdır. Çünki zabit olmaq Vətəni qorumaq deməkdir.” Bəli, zabit Vətəni qorumalı, Vətənə xidmət etməkdir. General mundiri bütün mundirlərdən ən şərəflisidir.” Azərbaycanın fəxr etməli generalları çoxdur. Yaşayıblar, vuruşublar, döyüşlərdə qalib kimi həlak olublar.
Bu gün Azərbaycanda əyninə general mundiri geyinən şəxslərin sayı görünməmiş dərəcədə artıb. Onlar yaşayırlar, amma vuruşmurlar. Bəziləri heç döyüş bölgəsində belə olmayıb. Amma general mundiri gəzdirirlər. Bəzən bu general mundiri hansısa əxlaqsızın altında döşəyə belə çevirib. General deyəndə ilk növbədə ordu xatırlanır. Lakin Azərbaycanın general kontiningenti ordu ilə məhdudlaşmır.
Müstəqillik dövrünə qədər Azərbaycanda fəaliyyətdə olan generalları barmaq saymaq olardı. Cəmi bir neçə qurumun rəhbərləri general adı, general mundiri daşıya bilirdi. O vaxtlar bu adın şərəfi, qiyməti ölçüyə gəlməz idi. “General yağışı” 1991-ci ilin sonlarında başlandı. Elə o vaxtdan da general cavabdehliyi, zabit şərəfi unuduldu, adiləşdi. Cəmi bir neçə ay ərzində Elçibəy hakimiyyətində yüksək postlarda möhkəmlənən Fəxrəddin Tehməzov, Çingiz Qəniyev, Vaqif Axundov və başqalarının ardınca paylanan general mundirinin əlindən indi Azərbaycanda tərpənməyə yer yoxdur.

Vaqif Axundov və yox olan arxiv
O, ölkə başçılarının mühafizəsini artıq uzun illərdir ki, təmin edir. Əbdürrəhman Vəzirovun təyinatı ilə Baş Mühafizə İdarəsinin rəisi olub. A.Mütəllibov, Y.Məmmədov, İ.Qəmbər, Ə.Elçibəy, H.Əliyev və nəhayət İlham Əliyevin yanındadır. General mundiri daşıyır. Peşəkar hərbiçilər arasında V.Axundov qeyri – peşəkar general kimi tanınır. Nə hərbi təhsili, nə də hərb elmi haqqında sistemli bilik və səriştəsinin olmadığını deyirlər. Odur ki, onun fəaliyyəti imitasiya və emosional vəziyyət səviyyəsindən yuxarı qalxmır. Heydər Əliyev arxivinin məhv edilməsi məsələsində onun adı hallanır.

Sumqayıtda “uçaskovı” kimi tanınan general
1992-ci ilin əvvəllərində Azərbaycanın müdafiə naziri Sumqayıtda uçarkovı kimi tanınan Tahir Əliyev oldu. Tahir Əliyev ən çox milis uçaskovısı və dövlət rüsumunu “şapkadan” ayıra bilməyən general olub. Bir neçə məhkəmə iclaslarında, mətbu yazılarda torpaqların itirilməsində T.Əliyevin məsuliyyət daşıdığı dəfələrlə qeyd olunub. O, Vətən torpaqlarının işğalına rəvac vermiş generaldır.

Hərbi xidmətdə olmayan müdafiə naziri

Əsgərlik xidmətində olmayan, institut müəllimliyindən müdafiə naziri vəzifəsinə təyin olunan yeganə mülki general Rəhim Qazıyev “Torpaqlarımız getsə, başıma güllə vuraram” – deyə dad etsə də, hələ də sağdır.
Bu günkü bəzi generallar illər əvvəl heç kim idilər. İndi isə generaldırlar. Bu gün ABŞ-ın “Selta Yunion Kredit” bankında 3 milyon 700 min yatırımı olan generallarımız var. Sizcə FS-NR: N 2140403 bank hesabında milyonlar yatıran generallarlamı torpağımızı azad edəcəyik? Rusiyanın nəqliyyat sahəsinə 1 milyon 782 min dollar sərmayə qoyan general – məmurun adını çəkməyə lüzum belə yoxdur.
Digər bir generalımız İran istiqamətində “işləyir”. Tehranın Şimal hissəsində tikilən şirniyyat fabrikinə 435 min dollarlıq sərmayə qoyub. İranlı Hacı Mir İsmayıl Fəryab vasitəsilə generalımız iş qurub. ABŞ-ın Çikaqo şəhərindəki “ Qoltman Sacs” Bankını bizim generallar gözəl tanıyır. Onların bir çoxunun varidatı elə həmin banklardadır. Xarici banklarda Azərbaycanın çox generalının hesabları var. Ölkə daxilində ən yüksək səviyyədə “rahatlığını” qurmuş bu adamlar xarici maliyyə dairələrinə üz tutublar. General-bankir,general-sərmayədar,general-tacir var. Amma qəhrəman generalımız yoxdur.
Bir generalımızın və general mundirinin bir addımlığında dayanan 3 yüksək rütbəli zabitin “QoltmanSacs”qoyulan əmanətlərinin məbləği 6 milyon 212 min dollardır. “ Yunion Çelsiya neyşil bank of Nyu-York” Bankında 2 Azərbaycan generalının üst – üstə 13 milyon ABŞ dollar pulu qorunur. Bu sadalananlar general mundirli şəxslərin var – dövlətlərinin bir hissəsidir.
“Proqram və məramnamələrdən kənar çıxmadıq. Bakıda 16 nəfər tələbə, 1 din xadimi, 1 general bizim xaçı qəbul etdi. Buna əvəz olaraq Bakı generalına “Siti Bank”da hesab açdıq. Onlarla daim təmasdayıq”. Özəyi Vaşinqtonda olan “İxtus” dini missioner təriqətinin hesabatından götürülmüş bu məlumatda da Azərbaycan generalının “portreti” verilir.
Vaqif Novruzov da generaldır. 1993-cü ilin avqust ayından 1994-cü ilin aprel ayınadək Azərbaycan Daxili İşlər Naziri olub.

Azərbaycan generalı Ziya Məmmədov
Bu generalın adı müstəqil qalmaqallarda hallanır. Məsələn, deyilir ki, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən Mərkəzi Dəmiryol Xəstəxanasının ərazisinin bir hissəsi satılıb. Yəni həmin yerdə Z.Məmmədova məxsus klinika tikiləcək. Quba və ətraf rayonların da onun olması haqqında fikirlər mövcuddur. Onun Pribaltikaya yüz milyonlarla sərmayə yatırtması da sirr deyil. Təkcə Nəqliyyat Nazirliyinin əməkdaşlarının qanunsuz əməllərinə baxmaq kifayət edər ki, Ziya Məmmədovun kimliyi aydın olsun. Belə ki, onlar sürücülərlə qoçu kimi rəftar edirlər. Bü gün ölkənin nəqliyyat sistemində tam anarxiya hökm sürür. İki il bundan əvvəl “Baku Trans” MMC – Tepçayev soyadlı vətəndaşın bütün mülkünü aldadaraq əlindən almışdı. Ona bildirmişdilər ki, bu işin arxasında general Ziya Məmmədov durur. Qeyd edək ki, bu iş məhkəməyə qədər gedib çıxmışdı. Ziya Məmmədovun sözçüsü inkar edirdi ki, bu işdə onun yəni Z.Məmmədovun əli var. Lakin ona səsyazma və faktları təqdim edəndə onun adından istifadə edən erməni əsilli vəkil Ülviyyə Bəylərbəyova haqqında tədbir görməmişdi. Bizim general torpaqlarımız düşmən tapdağı altında olduğu halda erməni əsilli vəkillə iş birliyində idi, baxmayaraq ki, bunu inkar edirdi. Biz generalımızın nə yol, nə də tender korrupsiyalarından yazmırıq. Belə ki, onun tenderinin qalibləri “Samur Holdinq” MMC, “Eİ İnşaat”MMC, “İHİ MMC”, Orion E” MMC, “Kəpəz V” MMC – Cavid Qurbanova məxsusdur, “Samur Holding” MMC-nin sahibləri arasında Z.Məmmədovun ailə üzvləri də var. Bu şirkət faktiki olaraq Z.Məmmədova məxsusdur. Tenderdə qalib gələn digər şirkətlər də C.Qurbanov və Ziya Məmmədova məxsusdur. Bir meqamı da qeyd edək ki, Ziya Məmmədov Heydər Əliyevə qarşı çıxaraq onun işdən azad etdiyi Cavid Qurbanovu işə bərba etmişdir.

General Namiq Rəşid oğlu Abbasov

MTN-nin sabiq rəhbəridir, generallarımızdan biridir. Onun adı “24 saat” qəzeti, vasitəsilə silah alverində hallanır. Belə ki, onun Əhməd Paşa Əliyevdən silah alması hamıya məlumdur. Deyilənə görə Əhməd Paşa Əliyevin silah alveri üçün rəsmi icazəsi olmayıb. Deməli, general Namiq Abbasov silah alveri etməyə hüququ çatmayan şəsxlə ilişgilər qurub.
Çin xalqının təhlükəsizlik atası hesab edilən sərkərdə Sun Tezın deyirdi ki, əyninə hərbçi libası geymiş yüksək rütbə sahibində 3 keyfiyyət olmalıdır: Hərbçi ləyaqəti, hərbiçi vicdanı, hərbiçi əxlaqı. Əfsuslar olsun ki, bu gün Azərbaycan generalları gecələr “qılınclarını itiləməklə” vaxt keçirmirlər. Onların öz general biznesləri var. İranlı Hacı Mir İsmayıl Fəryab adlı “din xadimi” vasitəsilə Tehran istiqamətində fəaliyyət göstərən Azərbaycan generallarına yorulmuş demək olmaz. Tehranın şimal hissəsində tikilən şirniyyat fabrikinə generallarımızdan biri 435 min dollar sərmayə qoyub. Sadalandıqlarım generallarımızın əməllərinin mində biridir. Müdafiə Nazirliyində 40-a yaxın, Ədliyyə Nazirliyində 30-dan çox, Respublika Prokurorluğunda 20 – dən çox, Fövqəladə Hallar Nazirliyində 30-a yaxın general var.
Müharibə şəraitində olan ölkədə generallar kabinetdə deyil, bu rütbəyə laiq olduqlarını döyüşdə sübut etməlidirlər. General mundirinin çəkisi çox ağırdır və bunu daşıya bilmək çox çətin işdir. Fikirləşirəm ki, bu qədər general ordusu ilə 20 faiz torpaqlarımız düşmən tapdağı altındadır, artıq söz tapa bilmirəm. Qəribədir, bizim generalların soraqları Qarabağdan, Şuşadan gəlmir. Onların sədaları “Qarabağ”, “Şuşa” restoranlarından “Za Karabağ” içdikləri yerdən duyulur. Biz bu generallarlamı torpaqlarımızı geri qaytarmaq istəyirik cənablar?!

Çinarə Vüqar
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • General oğluna toy etdi

    General oğluna toy etdi ...

    9-01-2014, 13:30

  • 
  • General Abbasquliyev iş otağında vəfat etdi – Özəl

    General Abbasquliyev iş otağında vəfat etdi – Özəl ...

    22-11-2013, 12:44

  • 
  • Kərəm Mustafayevin internet qorxusu

    Kərəm Mustafayevin internet qorxusu ...

    21-02-2013, 10:14

  • 
  • Erməni qərargahı darmadağın edilib - General və polkovnik rütbəli zabitlər məhv edilib

    Erməni qərargahı darmadağın edilib - General və ...

    4-04-2016, 13:22

  • 
  • Lələ təpəni azad edən komandirə general rütbəsi verildi

    Lələ təpəni azad edən komandirə general rütbəsi ...

    21-04-2016, 00:34


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu