General əmr edib ki, sosial şəbəkələrdə olan bütün zabit və gizirlərin siyahısı tərtib olunsun və onlara fərdi qaydada bu şəbəkələrdən istifadə edilməsi qəti qadağan edilsin
Naxçıvandakı hərbi birləşmədə “maraqlı” bir hadisə baş verib. Hərbi birləşmənin komandiri general-leytenant Kərəm Mustafayev fevralın 15-də təlim zamanı müddətdən artıq xidmət edən hərbi qulluqçu Müşfiq Bəylərovun idarə etdiyi tankın xəndəyə düşərək aşması və onun kabinədən çıxarkən texnikanın altında qalaraq ölməsi xəbərinin yayılmasının günahını sosial şəbəkələrdə olan zabit və gizirlərdə görüb. Buna görə də, general əmr edib ki, sosial şəbəkələrdə olan bütün zabit və gizirlərin siyahısı tərtib olunsun və onlara fərdi qaydada bu şəbəkələrdən istifadə edilməsi qəti qadağan edilsin. Dünəndən başlayaraq artıq, bu istiqamətdə intensiv “işlər” həyata keçirilir. Adları sosial şəbəkələrdə tapılan zabit və gizirlər, əsgərlər belə birləşməyə çağırılır və onlar ciddi təzyiqlərə məruz qoyulur.
Sorğu
Yeni dizaynımız necədir?