GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » lham Əliyev jurnalistlərlə görüşdə mühüm mesajlar verdi(Video)

lham Əliyev jurnalistlərlə görüşdə mühüm mesajlar verdi(Video)

Tarix: 25-11-2013, 00:45 Bölmə :Manşet Baxış: 585
Şrifti böyüdün. Şrifti kiçildin. Çap E-mail
lham Əliyev jurnalistlərlə görüşdə mühüm mesajlar verdi(Video)

“Biz bütün bunlardan qorunmaq üçün daha da güclü olmalıyıq”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ikinci dəfə “Jurnalistlərin dostu” seçilib. Noyabrın 24-də bu münasibətlə tədbir keçirilib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bütün media işçiləri adından Prezident İlham Əliyevi ikinci dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi münasibətilə təbrik edib. Bildirib ki, 1997-ci ildə “RUH” Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi bu mükafata 2002-ci ildə Heydər Əliyev layiq görülüb. Komitənin bu ilin sentyabrında keçirdiyi sorğuda ölkədə ictimai fikrə təsir göstərən 30 gündəlik, 15 həftəlik, 4 bölgə qəzeti, 6 jurnal, 11 informasiya agentliyi, 12 xəbər portalı, 7 telekanal, 4 radio və 11 jurnalist təşkilatının rəyləri öyrənilib.

Sorğunun nəticələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 89 faiz səslə növbəti dəfə “Jurnalistlərin dostu” elan edilib.

Əflatun Amaşov bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində milli mətbuatın 135 illiyi yüksək səviyyədə keçirilib, dövlət başçısının sərəncamları ilə yüzlərlə media işçisi fəxri adlara layiq görülüb. Mütəmadi olaraq media işçiləri ilə görüşən Prezident İlham Əliyev jurnalistlərin sosial-məişət problemlərinin həlli istiqamətində tarixi addımlar atıb, 156 mənzilli bina jurnalistlərin ixtiyarına verilib.

Bu gün ölkə mediasının keyfiyyət dəyişiklikləri dövrünü yaşadığını deyən Mətbuat Şurasının sədri son illərin mühüm yeniliklərindən birinin də mediaya dövlət dəstəyinin artırılması ilə bağlı olduğunu deyib.

Sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov “Jurnalistlərin dostu” mükafatını Prezident İlham Əliyevə təqdim edib.

Azərbaycan Prezidenti İlham Əliyev yenidən “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi münasibətilə təşəkkürlərini çatdırıb. Dövlət başçısı qeyd edib ki, ölkəmizdə azad jurnalistikanın yaradılması və inkişafı istiqamətində 1980-ci və 1990-cı illərdə xeyli iş görülüb, 1998-ci ildə ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində ölkədə senzura ləğv edilib və bu da azad mətbuatın inkişafı istiqamətində mühüm addım olub.

O vaxtdan bu günə qədər mətbuatın inkişafı ilə bağlı ölkədə önəmli qərarların qəbul olunduğunu deyən Prezident İlham Əliyev indi demokratik cəmiyyətin qurulması istiqamətində azad mətbuatın böyük rol oynadığını bildirib. Dövlət başçısı vurğulayıb ki, bu prosesə təkan verən mühüm amil dövlət siyasətidir və bu da Azərbaycanda var. Bu gün Azərbaycanın demokratik inkişaf baxımından heç bir ölkədən geri qalmadığını deyən Prezident İlham Əliyev ölkədə söz və mətbuat azadlığının təmin olunduğunu, hazırda Azərbaycanda internet istifadəçilərinin sayının 70 faizi keçdiyini, yaxın vaxtlarda bölgələrdə genişzolaqlı internet şəbəkəsinin genişləndiriləcəyini, media nümayəndələrinin məişət problemlərinin həllində Azərbaycanın öncül yerlərdə durduğunu diqqətə çatdırıb.

“Azərbaycanda dinamik inkişafı təmin etmək üçün ictimai sabitlik vacibdir. Bunu son prezident seçkilərinin nəticələri də göstərdi. Bir daha məlum oldu ki, Azərbaycan cəmiyyəti sabitdir, müstəqillik, dövlətçilik və müasirlik prinsipləri bizim üçün üstünlük təşkil edir”, - deyən Prezident İlham Əliyev bu gün ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin təmin olunduğunu, xarici siyasət sahəsində Azərbaycanın mövqelərinin möhkəmləndiyini bildirib.

“Biz xoşbəxt xalqıq ki, bu gün ölkəmiz müstəqil siyasət aparır”, - deyən dövlət başçısı vurğulayıb ki, güclü dövlət quruculuğu prosesində demokratik prinsiplərin təmin olunması xüsusi yer tutur və Azərbaycan rəhbərliyində demokratiyanın inkişafı ilə bağlı güclü iradə var.

Hazırda erməni lobbisinin ölkəmizə qarşı qarayaxma kampaniyasının davam etdiyini deyən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinin dünyaya çatdırılmasında media nümayəndələrini daha fəal olmağa çağırıb. Bildirib ki, Azərbaycan informasiya blokadasından çıxıb və bu sahədə mübarizə davam etdirilməlidir. Bəzi xarici dairələrin ölkəmizin uğurlu inkişafını qəbul etmək istəmədiyini, Azərbaycanın müstəqil xəttinin və bir çox məsələlərlə bağlı barışmaz mövqeyinin bəzi dairələri hərəkətə gətirdiyini və onlarda narahatlıq yaratdığını deyən dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan hər zaman bu kimi hallara tutarlı cavab verir. Çünki Azərbaycan cəmiyyəti reallıqları bilir. “Biz bütün bunlardan qorunmaq üçün daha da güclü olmalıyıq və bütün bu proseslərdə medianın rolu böyükdür”, - deyən Prezident İlham Əliyev ölkəmizlə bağlı xaricdə yayılan informasiyaların dövlət maraqlarına xidmət etməsində medianı həmrəy olmağa səslənib. Bununla yanaşı, cəmiyyətdəki problemlərin işıqlandırılmasında mətbuatın rolunu yüksək qiymətləndirən dövlət başçısı media işçilərinə yenidən onu “Jurnalistlərin dostu” seçdiklərinə görə təşəkkür edib.

Sonra Əməkdar Jurnalist, Milli Məclisin deputatı Aqil Abbas, Əməkdar Jurnalist, professor Şirməmməd Hüseynov, Mətbuat Şurasının nəzdində fəaliyyət göstərən “Ahıl” Jurnalistlər Məclisinin sədri Yusif Kərimov, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərək azad mətbuatın inkişafı ilə bağlı son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işlərdən danışmış, mətbuatın inkişafı ilə bağlı təkliflərini səsləndiriblər.

Görüşə yekun vuran Prezident İlham Əliyev jurnalistika fakültəsinə qəbul zamanı qabiliyyət imtahanlarının verilməsi, yerli telekanallar üçün serialların çəkilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinin əbədiləşdirilməsi, ahıl jurnalistlərə dövlət dəstəyinin artırılması, qəzet satışına daha geniş imkanların yaradılması ilə bağlı səslənən təkliflərə müsbət yanaşdığını və onların reallaşdırılması istiqamətində tədbirlərin görüləcəyini bildirmişdir. Dövlətimizin başçısı cəmiyyətdə müsbət meyillərin bərqərar olması, nikbin əhval-ruhiyyənin qorunub saxlanması üçün xəbər balansının qorunması ilə bağlı öz təkliflərini vermiş, ölkəmizdə yaşlı nəslə, o cümlədən ahıl jurnalistlərə diqqət və qayğının bundan sonra da davam etdirilməsinin vacibliyini önə çəkib.

Müstəqillik tariximizlə bağlı əsərlərin yaradılmasına böyük ehtiyac olduğunu deyən Prezident İlham Əliyev bu mövzunun hər zaman gündəmdə saxlanmasının zəruri olduğunu deyib.

Prezident İlham Əliyev bir daha mükafata görə minnətdarlığını bildirmiş, jurnalistlərə fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda xatirə şəkli çəkdirilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu gün Azərbaycan prezidenti İlham Əliyevin ad günüdür

    Bu gün Azərbaycan prezidenti İlham Əliyevin ad ...

    24-12-2015, 11:16

  • 
  • Prezident İlham Əliyev dominikanlı həmkarını təbrik edib

    Prezident İlham Əliyev dominikanlı həmkarını ...

    27-02-2016, 17:10

  • 
  • Prezident İlham Əliyev əlcəzairli həmkarını təbrik edib

    Prezident İlham Əliyev əlcəzairli həmkarını ...

    31-10-2015, 19:43

  • 
  • Prezident İlham Əliyev avstriyalı həmkarını təbrik etdi

    Prezident İlham Əliyev avstriyalı həmkarını ...

    24-10-2015, 19:19

  • 
  • İlham Əliyev Filippin Prezidentini təbrik edib

    İlham Əliyev Filippin Prezidentini təbrik edib ...

    11-06-2016, 20:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu