GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Qarabağı bu dəfə oliqarxlarımız işğal edir

Qarabağı bu dəfə oliqarxlarımız işğal edir

Tarix: 25-11-2013, 15:28 Bölmə :Manşet Baxış: 780
Qarabağı bu dəfə oliqarxlarımız işğal edir
Məmur talançılığının hədəfi olan yarıcan Ağdam...

Bir qrup Ağdam rayon sakini redkasiyamız vasitəsilə başda dövlət başçısı İlham Əliyev olmaqla Baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Ombudsman Elmira Süleymanova, Kənd təsərrüfatı naziri Heydər Əsədov, Maliyyə naziri Samir Şərifovla yanaşı ölkəmizdə təmsil olunan bir sıra diplomatik və beynəlxalq təşkilatların nümayəndəliklərinə müraciət edib. Diplomatik nümayəndəliklərdən ABŞ-ın, Almaniyanın, Litvanın, Norveçin, Fransanın və Rusiyanın ölkəmizdəki səfirinə, ATƏT-in Bakı ofisinin rəhbərinə, BMT-nin rezident-əlaqələndiricisinə müraciət edən Ağdam rayon sakinləri müraciətlərinin bir surətini də Demokratik Qüvvələrin Milli Şurasına, Ziyalılar Formuna, Sülh və Demokratiya İnstitutuna, Helsinki Vətəndaş Asambleyasının Azərbaycan Milli Komitəsinə ünvanlayıblar. Müraciəti 17 nəfər Ağdam rayon sakini imzalayıb.
Müraciətin “Gündəm Xəbər”ə daxil olan mətnində deyilir: "Ağdam rayonunun ərazisinin 75 faizinin işğal olunması nəticəsində 182 min nəfər əhalisi olan rayonun məcburi köçkünlərinin sayı 143 200 nəfərdir. Rayon əhalisinin təxminən 78 faizi məcburi köçkündür. Hazırda Ağdamın işğal olunmamış ərazilərində 90 minə yaxın əhali yaşayır. Bunun 39 min nəfərinə yaxını yerli əhali, qalan hissəsi isə Ağdam rayonunun işğal olunmuş ərazilərindən məcburi köçkün düşənlərdi. Bundan başqa, Ağdamın işğal olunmamış ərazilərində digər işğal olunmuş rayonlardan bir neçə min nəfər əhali məskunlaşıb. Göründüyü kimi, rayonun iğal olunmamış 25 faiz ərazisində rayon əhalisinin yarısı məskunlaşıb. Cəbhəyanı ərazilərin faktiki olaraq istifadəsiz olmasını da nəzərə alsaq, rayon əhalisinin yarısının istifadəsində 25 faizdən də az torpaq qaldığını görə bilərik. Bu ərazilərdə bir dənə də olsa sənaye müəssisəsinin olmaması səbəbindən insanların yeganə ümidi işğal olunmamış torpaqlardar ki, artıq onu da oliqarxlar işğal edir. Belə ki, yerli rəhbərliyin mütiliyindən istifadə edən ölkədəki oliqarxlardan birinə bağlı olduğu deyilən "Kraun-Ko" MMC-i neçə illərdir ki, rayonun min hektarla torpağını öz əlinə keçirib. Əlimizdə olan bir sənədə görə, Ağdam rayon icra hakimiyyətinin hazırkı başçısı Nizami Sadıqovun 05 aprel 2010-cu il tarixli, 35 saylı sərəncamı ilə rayonun Ergiz düzündəki 11 min hektara yaxın torpağının təxminən 9 min hektarı "Kraun-Ko" MMC-yə icarəyə verilib.
"Kraun-Ko" MMC Haramı-Ergi düzü adlanan ərazidə Ağdamın 9 min hektara yaxın torpağından başqa Füzuli, Beyləqan, Xocavənd rayonlarının da torpaqlarını ələ keçirib ki, hazırda bu şirkətin əlində 78 min hektara yaxın torpaq sahəsi çəmləşib. Bir zamanlar Qarabağın elat camatının qışlaq məskəni olan, yüz minlərlə mal-qoyunun saxlandığı bu ərazi indi bir oliqarxın gəlir mənbəyinə çevrilib. Füzulidən Ağdama kimi isə məcburi köçkünlər bir hektar torpağı icarəyə götürə bilmirlər. Bu yerlərdəki fermerlər və fərdi torpaq sahibləri bir hektar torpağın təyinatını dəyişdirməkdə çətinlik çəkdiyi halda "Kraun-Ko" MMC onminlərlə hektar torpağın təyinatını bir qərarla dəyişdirir. Halbuki, bu sahələr otlaq və heyvanların örüş yeri kimi nəzərdə tutulmuşdu. "Kraun-Ko" MMC-i isə onların təyinatını dəyişdirdib, əkin sahəsinə çevirib.
“Gündəm Xəbər” bildirir ki, Ağdam rayonunda məskunlaşmış 50 mindən artıq məcburi köçkün ailəsini dolandırmaq üçün kiçik bir torpaq sahəsi əldə edə bilmədiyi halda rayonunun onsuz da məhdud olan torpağının 9 min hektarını bir şirkətə vermək ağdamlıları bu yerlərdən qovmağa bərabərdir. Rayonun işğal olunmamış torpaqlarında və o cümlədən digər rayonlarda məskunlaşmış məcburi köçkünlərin əkib becərmək, mal-qoyun saxlamaq üçün bir neçə hektar torpaq istəyini "torpaq yoxdur" deyə rədd edən rayon rəhbərliyi bir sərəncamla min hektarla torpağı fəaliyyəti şəffaf olmayan bir şirkətə verir. Bununla bağlı şikayətlərə isə "Kraun-Ko" MMC-nin fəaliyyətinin dövlət proqramı olduğu deyilir. İndi isə belə çıxır ki, müəmmalı "dövlət proqramı" naminə Ağdamın işğaldan əziyyət çəkən əhalisinə yenə zülm etmək olar. Əgər bu torpaqlarda taxıl əkmək həqiqətən dövlət əhəmiyyətli məsələdirsə, onu niyə yerli əhaliyə deyil, Ağdamla heç bir bağlılığı olmayan adamlara həvalə ediblər. Sovet dövründə Ağdam taxılçılığın inkişaf etdiyi rayonlardan biri olub və həmin uğurları əldə edən taxılçılıq üzrə mütəxəsislər bu gün işsiz qalıblar. Onlara məxsus torpaqlar isə fəaliyyəti şəffaf olmayan bir şirkətin əlinə keçib. Bu şirkət isə istifadə etmədiyi torpaqları da geri qaytarmır və sanki qəsdən ağdamlılara zülm etmək istəyirlər.
"Kraun-Ko" MMC-nin Qarabağ torpaqlarını ələ keçirməkdə qazandığı "uğurlardan" ruhlanan digər oliqarxlar da eyni yolu seçiblər. İndi də "MKT İstehsalat Kommersiya" MMC və "Dəvəçi Broyler" ASC-nin törəmə müəssəsisi olan "Qarabağ-taxıl" MMC-də "Kraun-Ko" MMC-nn yolu ilə gedərək yerli hakimiyyət orqanlarının mütiliyindən və ayrı-ayrı məmurların rüşvətxorluğundan istifadə edərək Qarabağın işğal olunmamış torpaqlarını ələ keçirirlər. Çox maraqlıdır, bizlərin illərlə kredit almaq istəyini qətiyyətlə rəd edən hakimiyyət mənsubları bu şirkətlərə on milyonlarla güzəştli krediti dərhal ayrırlar. Bütün bunlar Azərbaycan hakimiyyətinin Qarabağa və qarbağlılara ögey münacibətinin nəticəsidir. Dövlətin gücündən istifadə edən oliqarxlara məxsus bu şirkətlər yerli icarədarları müxtəlif vasitələrlə istifadə etdikləri torpaqlardan imtina etməyə sövq və məcbur edir, insanların ağır bank kreditlərinin altında əzilməsindən məharətlə istifadə edərək onların dədə-baba torpaqlarını satın alırlar. Burada da bir çox yerlərdə torpaqların təyinatı dəyişdirilir, onminlərlə qiymətli kol bitkisi məhv edilir. Halbuki, təsadüfən bu kol bitkisinin birini qıran və ya yandıran yerli sakinlər dərhal çərimə olunurdu. Həmin ərazidə qiymətli kol bitkilərinin qırılması bu yerlərin fauna və florasına çox mənfi təsir edəcəkdir. Ən əsası isə bu prosesin qarşısı alınmasa qısa müddətdən sonra yerli əhalinin əlində bir hektar da olsa torpaq qalmayacaq. Biz bütün bunlara etiraz edir, Azərbaycan xalqının dərdlərinə biganə olmayanları da bizim səsimizə səs verməyə çağırırıq".
“Gündəm Xəbər” bildirir ki, müraciəti Ağdam rayon sakinləri Oqtay Quliyev, Fəzail İsmayılov, Yavər Nəsirov, Behbud Məmmədov, Ədalət Səfərov, Rasim Rüstəmov, Nuşirəvan Aslanov, Behbud Məmmədov, Babaxan Abiyev, Telman Əliyev, Yaşar Həsənov, Təvəkkül Həsənov, Taryel Həsənli, Cümşüd Şükürov, Taleh Abbasov, Rüstəm Cəfərov imzalayıb.

Vahid
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ağdam sakini əmisini qətlə yetirib

    Ağdam sakini əmisini qətlə yetirib ...

    1-03-2016, 20:32

  • 
  • YENİ KƏND TƏSƏRRÜFATI NAZİRİ - HEYDƏR ƏSƏDOV

    YENİ KƏND TƏSƏRRÜFATI NAZİRİ - HEYDƏR ƏSƏDOV ...

    22-10-2013, 20:17

  • 
  • Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 20 il keçir

    Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 20 ...

    23-07-2013, 00:09

  • 
  • Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva şəhidlərin əziz xatirəsini yad ediblər

    Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ...

    20-01-2016, 11:58

  • 
  • Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Xocalı faciəsi qurbanlarının xatirəsinin anım mərasimində iştirak ediblər

    Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ...

    26-02-2016, 13:09


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (119)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu