Vergilər Nazirliyinin saxta qərarı azad sözə basqı, mediaya təzyiqdir
Məlumat verildiyi kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsi “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərini Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə göndərilib. Ötən dövr ərzində Gəncə şəhər Kəpəz rayon Məhkəməsində “Gündəm xəbər" qəzetinin təsisçisi Şirin Cəfərinin cinayət işi üzrə məhkəməsi üzrə iki proses keçirilib. Hakim Yaşar Həşimovun rəhbərliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra Ş.Cəfəri dövlət tərəfindən ona ayrılan vəkil Yusif Hüseynovdan imtina etdiyini və Zaur Niftəliyevlə müqavilə bağladığını bildirib. Məhkəmə təklifə baxıb və vəkilin iştirakı ilə növbəti prosesin vaxtın müəyyən edib. Prosesdə məhkəmənin baxış iclası bu gün saat 11:00 –a təyin olunub. Biz bu prosesi azad sözə basqı, mediaya təzyiq hesab edirik. Baş verənlər hakimiyyət üçün beynəlxalq aləmdə də nüfuz gətirməyəcək. Məqsəd “Gündəm Xəbər”in fəaliyyətinə maneçilik törətmək və bu cür addımlarla onun qapadılmasına çalışılmaqdır. Biz məruz qaldığımız ittihamlarla razılaşa bilmərik. Məhz bu səbəbdən də, məhkəmə qarşısında iddia qaldırmışıq. Biz həm səyyar vergi yoxlanılması aktının etibarsız elan hesab edilməsini, həm də, məsuliyyətə cəlb olunması haqqında qərarın ləğvi məsələsini qoymuşuq. Tələbimizin əsası da var. Çünki səyyar vergi yoxlanması keçirilib və sonda akt tərtib edilib”. “Gündəm Xəbər” kollektivi öz haqqını sona qədər müdafiə edəcəyini bəyan edir: “Əgər haqqımız burada təmin edilsə, əlavə şikayət verməyəcəyik. Yox, əgər təmin edilməsə, şübhəsiz ki, Avropa İnsan Hüquqları Məhkəməsinə qədər gedəcəyik”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?