Gundemxeber.az » Manşet » AQTA-da müdir-işçi davası: - “Sən öləsən, əzizlərin ölsün”
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları arasında dava məhkəmədə yekunlaşıb.
Gundemxeber.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, Agentliyin Xızı-Xaçmaz Regional Bölməsində rəhbər şəxslə əməkdaşı arasında mübahisə baş verib.
Mübahisə qurumun Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri Məmmədbağır Hüseynovla sektorun əməkdaşı Sabir (şərti) adlı şəxs arasında olub.
Məmmədbağır Hüseynovun Sabirə “sən mənim üçün ölmüsən” deməsi tərəflər arasında gərginlik yaradıb. Bundan əsəbləşən Sabir həmin sektorun xidməti iş otağında Məmmədbağır Hüseynovun üzərinə hücum edib. O, Məmmədbağır Hüseynova cavab olaraq ucadan “sən öləsən, əzizlərin ölsün” ifadəsini işlədib.
Sonuncu “İşçilər arasında işgüzar nüfuzunun aşağı salınması” iddiası ilə polisə şikayət edib.
İşə məhkəmədə baxılıb.
Təqsirlənidirilən şəxs məhkəmə iclasında izahat verərək, Məmmədbağır Hüseynovu təhqir etmədiyini və sadəcə olaraq onun söyüşünə cavab verdiyini bildirib.
Xaçmaz Rayon Məhkəməsi içə 10 fevralda baxıb. Məhkəmə Sabiri İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilib və barəsində 100 manat cərimə edib.
Gundemxeber.az
9-11-2019, 13:40
6-02-2020, 11:22
30-01-2014, 11:32
16-10-2014, 12:13
16-06-2021, 11:49
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?