GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Sumqayıtdakı müəmmalı intiharla bağlı şok iddialar

Sumqayıtdakı müəmmalı intiharla bağlı şok iddialar

Tarix: 23-12-2012, 10:27 Bölmə :Manşet Baxış: 1 478
Sumqayıtdakı müəmmalı intiharla bağlı şok iddialar

Elman Türkoğlunun bacısı oğlunun ölümündə şübhəli məqamlar var

gundemxeber.az Bir neçə gün öncə əslən Masallıdan olan Sumqayıt şəhər sakini, bayraqdar Elman Türkoğlunun bacısı oğlu Əliyev Nofər Yasər oğlunun özünə sui-qəsd etməsi ilə bağlı bir sıra şübhəli məqamlar ortaya çıxıb. Belə ki, qohumları bir neçə gün bundan əvvəl özünü hamam otağında asaraq intihar etmiş bu şəxsin cinayətkar qrup tərəfindən öldürüldüyünü iddia edirlər. Bununla bağlı dünən "Gündəm xəbər"i məlumatlandıran şəxsin sözlərinə görə, Əliyev Nofər Yasər oğlunun müəmmalı ölümü çoxlarını şübhəyə salıb. Qeyd edək ki, həmin gənc idmançı olub, boksla məşğul olurmuş. Hadisə dekabrın 10-da, günün axşam saatlarında, Sumqayıt şəhər, 40-cı kvartal adlanan ərazidə baş verib.
Qeyd edək ki, Nofər Əliyevin sevdiyi Türkan adlı qadının da ötən ayda özünü asması bununla bağlı şübhələri artırıb. Qəzetimizə daxil olan məlumatlarda bildirilir ki, Bərdə rayonunda yaşayan ailə üzvləri Türkan Səfərxanovanı sevmədiyi şəxsə versələr də, o, bir neçə il sonra ərindən rəsmi şəkildə boşanaraq ayrılıb. Bundan sonra Türkanla Nofər bir-birlərini seviblər. Türkan Səfərxanovanın boşandığı əri Nofər Əliyevə zəng vuraraq ona hədə-qorxu gəlib. Maraqlıdır ki, qadının Nofərə zəng edən əri də "səni asacağam" - deyə onu təhdid edib. Həmin şəxsin hüquq-mühafizə orqanlarında - polisdə çalışdığı qeyd edilir. Bərdə rayonunda yaşamış Türkan Səfərxanova noyabrın 18-də özünü ayaqqabı bağları ilə asaraq intihar edib. Nofər isə bundan 22 gün sonra - dekabrın 10-da canına qəsd edib. Onun da sevgilisi kimi ayaqqabı bağı ilə canına qəsd etdiyi (kim bilir, bəlkə də buna məcbur edildiyi) bildirilir.
Nofər Əliyev hadisə baş verən gün evdə tək olub. Mərhum əvvəlcə dostları ilə görüşüb. Sonra isə evə gələrək, özünü vanna otağından ayaqqabı bağları ilə asıb. Axşam işdən evə gələn anası mənzilin qapısını döysə də, açan olmayıb. Ehtiyat açarları ilə mənzilin dəmir qapısını açan qadın otaqlara girib oğlunu haraylasa da, ona səs verən olmayıb. Vanna otağına girən qadın burada oğlunun meyiti ilə qarşılaşıb. Nofər Əliyev barmaqları yığılmış halda, ayağında ev ayaqqabısı və ev paltarı ilə asılı halda müəyyən edilib. Maraqlıdır ki, Nofər Əliyevdə olmalı açarlar da mənzildən tapılmayıb. Bu da onun qohumlarının, ailə üzvlərinin şübhələrini bir qədər artırıb.
Hazırda cinayət işi qaldırılıb, istintaq gedir: Nofərin dünyasını dəyişməsindən bir neçə gün sonra, üç mərasimi günü Türkan Səfərxanovanın atası Nofər Əliyevin ailə üzvlərinə zəng vurub. Yaxınları Nofərin də özünə qəsd etdiyini ona bildirsələr də, Türkanın valideyni bu xəbərə inanmayıb. Qəzetimizi bilgiləndirən şəxs Nofərin müəmmalı ölümü ilə bağlı bir sıra şübhəli məqamlara da toxundu: "Adətən canına qəsd edən, özünü asan şəxs sonda qərarını dəyişərək, əlini boğazına atır, intihar kəndirindən yaxa qurtarmağa çalışır. Belə vəziyyətdə onun boğazında da barmaq izləri qalır. Amma Nofər belə vəziyyətdə tapılmadı. Onun barmaqları yığılmışdı. Üstəlik, əlinin də üstündə müəmmalı yara vardı".
Həm Türkan Səfərxanovanın, həm də Nofər Əliyevin özlərini hamamda asmaları, hər iki şəxsin intihar zamanı ayaqqabı bağlarından istifadə etmələri bir sıra sualların ortaya çıxmasına rəvac verib. Mərhum Nofər Əliyevin yaxınları bildiriblər ki, onlar yaxın günlərdə Bərdə rayonuna gedərək mərhumə Türkan Səfərxanovanın valideynləri ilə görüşəcək, hər iki müəmmalı ölüm faktlarını birlikdə müzakirə edəcəklər. Nofər Əliyevin yaxınlarının sözlərinə görə, Türkan Səfərxanovanın keçmiş əri ona sonuncu dəfə dekabrın 5-də zəng vurub. Həmin şəxsin Nofərə növbəti dəfə hədə-qorxu gəldiyi bildirilir.
O, Türkanın özünə qəsd etməsindən də əvvəl Nofərə telefon açıb. Mərhumun yaxınları bir ay ərzində dalbadal baş vermiş müəmmalı qətl hadisələrinin obyektiv araşdırılmasını, bu olaylarda şübhəli şəxslərin mümkün izinin olması versiyalarını təhqiqini tələb edirlər.
Nofər Əliyevin intiharı ilə bağlı ötən gün onun dayısı, bayraqdar Elman Türkoğluna dəfələrlə zəng vursaq da, Türkoğlunun mobil telefonu bağlı olduğundan onunla əlaqə saxlamaq cəhdimiz nəticəsiz qaldı. "Gündəm xəbər" olaraq Nofər Əliyevin yaxınlarına, o cümlədən Elman Türkoğluna başsağlığı veririk. Mövzuya qayıdacağıq.


Rasim Məmmədov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sumqayıtdakı müəmmalı intiharla bağlı şok iddialar

    Sumqayıtdakı müəmmalı intiharla bağlı şok iddialar ...

    23-12-2012, 11:16

  • 
  • Elman Türkoğlunun oğlu intihar etdi (YENİLƏNİB)

    Elman Türkoğlunun oğlu intihar etdi (YENİLƏNİB) ...

    18-06-2013, 13:03

  • 
  • Elman Türkoğlunun oğlunun intiharı hadisəsi yerindən – VİDEO

    Elman Türkoğlunun oğlunun intiharı hadisəsi ...

    18-06-2013, 19:35

  • 
  • 74 yaşlı qadının müəmmalı ölümü

    74 yaşlı qadının müəmmalı ölümü ...

    5-02-2015, 00:45

  • 
  • Sumqayıtda dəniz intiharı

    Sumqayıtda dəniz intiharı ...

    28-11-2013, 13:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
virtual casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu