GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Fazil Məmmədovun Bakı merinə qarşı müdhiş planı

Fazil Məmmədovun Bakı merinə qarşı müdhiş planı

Tarix: 28-11-2013, 20:16 Bölmə :Manşet Baxış: 1 219
Fazil Məmmədovun Bakı merinə qarşı müdhiş planı


Vergilər Naziri sürətlə biznes imperiyası qurur

Vergilər Nazirliyinə ölkənin güc strukturlarından biri də demək olar. Vergi yığımları üzrə ölkədə həyata keçirilən əsas siyasəti məhz Vergilər nazirliyi həyata keçirir. Ən qədim dövlət peşələrindən biri olan vergiyığma Azərbaycanda hələ də böyük korrupsiya faktının dövr etdiyi bir məkan sayılır.

Dövlətin xəzinəsi məhz vergi yığımları hesabına formalaşır. Amma Azərbaycanda vergi yığımını bir nazirlik deyil, bir neçə dövlət strukturu həyata keçirir. Məsələn Dövlət Gömrük Komitəsi idxal və ixracat üzrə vergi yığır. Vergilər Nazirliyi bu yığımların uçotunu aparsa da, əsasən daxili bazarda birbaşa olaraq vergi yığımlarına nəzarət edir. Azərbaycanda vergilərin yığılması, kassa aparatlarının tətbiqi, həmçinin də digər vergi fəaliyyətləri ilə bağlı vəziyyətin nə qədər acınacaqlı olduğu barədə kifayət qədər danışmaq olar. Vergi ödəyiciləri ilə bağlı işin təşkili elektronlaşdırılsa da, əsas iş elektronlaşdırılmayıb. Daha doğrusu vergi hesabatları ilə bağlı olaraq aparılan dövldət siyasətində elə də bürokratik əngəllər olmasa da, hər halda bu məsələ ilə bağlı olaraq bir sıra məqamlar ortaya çıxır. Məsələn istənilən vergi müfəttişi öz fəhmi ilə vergi dövriyyəsini təyin edib, ödəyicini vergidənyayınma faktı ilə cəriməələyə bilir. Ölkədə sahibkarların da daha çox əziyyət çəkdiyi məqam elə budur. Məhz vergi yığımları üzrə müfəttişlərin fəaliyyəti.

Azərbaycanda indi çoxlarının adını bilmədiyi bir oliqarx məmur uzun illər əvvəl Vergilər naziri təyin olunub. Fazil Məmmədov təyinatının ilk günlərində müsbət xarakterizə edilsə də, sonradan onun çox sürətlə oliqarxa çevrildiyi məsələsi ortaya çıxdı.

Artıq Fazil Məmmədov biznesini belə ölkədən kənarda genişləndirməyə başlayıb.
Fazil Məmmədovun yaxın çevrəsinə aid olan şəxslərin Almaniyada biznes qurduqları barədə informasiyalar bir müddət əvvəl yerli mediada tirajlanmışdı. Yayılan məlumatlarda qeyd olunurdu ki, F.Məmmədovun yaxınları Almaniyanın iki şəhərində fabrik yaradıblar. Həmin fabrikləri yaxın qohumlarından birinin idarə etdiyi qeyd olunurdu.
Xəbərdə o da bildirilir ki, Fazil Məmmədovun həmin fabriklərə şəxsən baş çəkmək imkanı olub. Belə ki, nazir müalicə üçün Almaniyaya gedən zaman fabriklərə baş çəkib.
Maraqlıdır ki, Fazil Məmmədov bir sıra MDB dövlətlərində də özünə iri ticarət obyektləri aldığı söylənilir. Hər halda Bakıdakı ayrı-ayrı obyektlərini sadalamasaq, vergilər nazirinin artıq böyük bir biznes imperiyasına sahibləndiyi göz önündədir.

Şəmkir rayonun icra başçısı Nazim Veyisov Fazil Məmmədovun yaxın qohumudur. Və təkcə Şəmkir rayonu deyil, eyni zamanda Gədəbəy rayonunda da Fazil Məmmədovun saysız obyektləri var.
Aldığımız məlumatlara görə, F.Məmmədov həm yerli sakinlərin, həm də ətraf rayonlarda yaşayan, üstəlik, ölkənin digər regionlarından da gələn insanların istirahət mərkəzi kimi istifadə etdikləri əraziləri zəbt edib. Bu sırada Şəmkir və Gədəbəy rayonları arasında yerləşən Yasamal dağında təxminən 30 hektarlıq bir ərazinin (meşə massivinin) mənimsənilməsi daha çox narazılıqlara səbəb olub. “Yastı meşəsi” adlanan istirahət zonasında tikilən imarət və ətrafındakı fazenda guya prezidentin iqamətgahı kimi qələmə verilir; amma əslində ora F.Məmmədovun saysız-hesabsız obyektlərindən birinə çevrilib. İllər uzunu həmin ərazidən ilin yaz və yay fəsillərində vətəndaşlar istirahət məqsədi ilə istifadə ediblər. Xırda talalarla zəngin olan əsasən meşələrin əhatə etdiyi Yasamal dağında çoxlu bulaqlar da var və insanlar daha çox həmin bulaqların başında süfrə qurub piknik etməyi sevirlər. F.Məmmədov isə “Yastı meşəsi” ilə bərabər bütün bu cür talaları, bulaqların hamısını zəbt edib. Özü də bu əməlini prezidentin adı ilə bağlayıb! İddia edir ki, guya bu ərazilərdə prezident İlham Əliyev üçün istirahət mərkəzi salınıb. Halbuki ölkə başçısının nə vaxtsa gedib orada istirahət etməsi ilə bağlı hər hansı fakt mövcud deyil. Həmin ərazilərə giriş “xüsusi icazə” ilə verilir. “Xüsusi icazə” isə bir çox hallarda pulla alınır.
Qeyd edək ki, Gədəbəy rayonunda da vergilər nazirinin bu zəbtetmələrindən narazılıqlar var. Bu günlərdə rayonda olan əməkdaşımıza sakinlər bildiriblər ki, Gədəbəydəki istirahət mərkəzlərinin demək olar ki, hamısı F.Məmmədovun kurasiyasındadır. Gədəbəylilərin sözlərinə görə, “kurator”un iradəsindən kənar fəaliyyət göstərən obyektlər mütləq vergi yoxlamalarına məruz qalır və yüksək məbləğdə “cərimə”lər ödəməli olurlar. Üstəlik, arxasında Fazil Məmmədovun dayandığını açıq-aydın elan edən rayon icra başçısı Kamran Rzayev sahibkarlara problemlər yaradır. Yeri gəlmişkən, icra başçısı da vergilər nazirinin kadrı hesab olunur. K.Rzazadə YAP-ın Gədəbəy təşkilatının sədri olarkən rayonun icra başçısı Nazim Veyisov Şəmkirə aparılıb. Həmin vaxtlar da K.Rzazadənin icra başçılığına namizədliyi məhz F.Məmmədov tərəfindən irəli sürülüb. Elə bu qarşılıqlı əməkdaşlığın nəticəsidir ki, rayonda haqsızlıqlar baş alıb gedir. Redaksiyaya bu cütlüyün rayondakı əməlləri ilə bağlı verilən məlumatlardan biri də odur ki, Gədəbəy stadionunu özəlləşdirmə adı ilə 3 otaqlı mənzil qiymətinə vergilər naziri alıb. Bəzi məlumatlara görə, stadion nazirə (onun adamlarına-T.C) cəmi 100 min manata satılıb.
F.Məmmədovun Gədəbəy qızıl zavodunda da şərikliyi olduğu bildirilir. Rayonda Narzan adlanan istirahət zonasındakı istirahət mərkəzini də vergilər nazirinin əvvəlki sahiblərindən aldığı gələn xəbərlər arasındadır: “Gədəbəydə ”Eldorada" hotelini nazirin qardaşının qudası işlədir. Nazir özü həmin otelə bir neçə milyon manat maya qoyaraq super təmir etdirib".
Ən sonda mənbəmiz şokyaradıcı bir fikir də səsləndirdi. Bildirdi ki, F.Məmmədov nə az, nə çox 15 milyard manatlıq kapitalla ölkənin ən varlı məmurlarının ilk beşliyində yer tutur.

Azərbaycanda audit böhranı

Üç ildir hökumət icbari müstəqil auditdən yayınan kommersiya təşkilatlarının aşkarlanması mexanizminin tətbiqi məsələsində qərara gələ bilmir. Eyni zamanda, auditorlara müraciət səviyyəsi azalır. 2011-ci ilin fevralında parlament bu tip inzibati qanunpozmalarda vəzifəli şəxslərə (300-600 manat) və hüquqi şəxslərə (1500-2500 manat) cəza tədbiri müəyyən edib, dövlət başçısı isə həmin ilin aprelində Nazirlər Kabinetinə tapşırıb ki, 2 aya bu cəriməni tətbiq edəcək orqanı göstərsin. Amma Nazirlər Kabineti mürgüləyir.
Bu məsələnin həlli üzrə təklifi Auditorlar Palatası bir neçə dəfə hazırlayaraq hökumətə təklif edib. AP-da hesab edirlər ki, müstəqil auditdən yayınmaya görə inzibati məsuliyyəti Auditorlar Palatasının təqdimatı üzrə şəhər (rayon) məhkəmələri müəyyən etməlidir. Vergilər Nazirliyi AP ilə birgə hər ilin sonu üçün müstəqil audit keçirilməli təşkilatların siyahısını hazırlamalı, növbəti mərhələdə Palata auditdən yayınan kommersiya təşkilatlarını aşkarlamalıdır.
Hökumətin ləngliyi olunla nəticələnib ki, ölkədə müstəqil auditdən keçmə səviyyəsi azalıb. 2013-ci ildə müstəqil auditorlara 34 65 subyekt müraciət edib. Bu, 2012-cu ildəkindən 1,8% azdır, deyə AP-da açıqlama verirlər.
Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli №97 «Kommersiya təşkilatlarının illik maliyyə hesabatları və birləşdirilmiş maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması haqqında» qərarına əsasən, illik maliyyə hesabatları təsisçilərin təsdiqi üçün 30 aprelə kimi təqdim edilməlidir. Konsolidə edilmiş maliyyə hesabatı hazırlayan təşkilatlar onları 30 iyuna kimi təsdiq etməlidir. Bu təşkilatlar illik maliyyə hesabatlarını audit rəyi ilə birgə mətbuatda dərc etdirməlidirlər. Heç kim cərimə etmədiyi üçün şirkətlər qorxmadan müstəqil audit və maliyyə hesabatının dərc edilməsindən yayınırlar. Maraqlıdır ki, konsolidə edilmiş maliyyə hesabatı hazırlamayan bir çox təşkilatlar səhmdarların (təsisçilərin) ümumi yığıncağını ikinci, üçüncü, bəzən isə dördüncü rübdə keçirirlər. Qanunvericilik isə maliyyə hesabatlarının təsdiqi müddətini dəqiq göstərib – 30 aprel. Bir qayda olaraq, qiymətli kağız emitentlərinin fəaliyyətinə nəzarət edən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və illik maliyyə hesabatının icra və dərc edilməsinə nəzarət edən Maliyyə Nazirliyi bunları “görmür”.
Xatırladaq ki, bank və sığorta şirkətləri, səhmdar cəmiyyətləri, MMC-lər, holdinqlər, maliyyə-sənaye qrupları, təbii inhisar subyektləri, fondlar, QHT-lər, bələdiyyələr və s. təşkilatlar müstəqil auditdən keçməlidir. Müstəqil auditdən keçməkdən yayınma ilə bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələr 13 aprel 2011-ci ildə qüvvəyə minib. Amma bu tələbi pozan heç bir subyekt məsuliyyətə cəlb edilməyib.

Burada müəmmalı və maraqlı olan məqam odur ki, sahibkarlar və digər vergi ödəyicisi olan subyektlər Vergilər Nazirliyinin əməkdaşlarının hansı şəkildə audit aparacaqlarını bilirlər. Məhz bu səbəbdən də həmçinin də müstəqil auditə müraciət etməmələri üzündən ağır cəza almayacaqlarını bilirlər. Yuxarıda sadalanan qanunların və qaydaların hələ də hazırlanmamasının da əsas səbəbi elə budur.

Daxil olan məlumta görə, Fazil Məmmədov imkanlarının genişləndiyini görərək hakimiyyət içində qrup halında tərəf olmağa çalışır. Hakimiyyət daxilində yeni qruplaşma yaratmağa çalışan vergilər naziri Fazil Məmmədov, komandasından olan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Xaləddin İbrahimovu mer təyin etdirmək istəyir .
Məlumatlı mənbənin sözlərinə görə, Xaləddin İbrahimov məhz Binəqədi Rayon İcra hakimi təyin edilməsi, ona xüsusi tapşırıqların verilməsi və bu rayonun onun Bakı meri təyin olunması üçün tranpler rolunu oynayacağı bildirilir. Mənbənin sözlərinə görə, Xaləddin İbrahimov Binəqədi də yeni quruculuq işlərinə başlayıb ki, bu da Bakı meri təyin olunduğu zaman onun haqqında müsbət imic formalaşdırsın.
Başqa bir mənbədən əldə etdiyimiz məlumata görə, Fazil Məmmədovun yaxın qohumu (bacısının həyat yoldaşı) Xaləddin İbrahimovun Bakı meri təyin olunması ilə bağlı hakimiyyətdəki ən güclü qrupların birinin içərisindədir.Qeyd edək ki, bu günə qədər F. Məmmədov başqa bir qrupun tərkibində olub. Lakin indi qrupunu dəyişərək, başqa qrupda fəaliyyət göstərir Qeyd edək ki, Xaləddin İbrahimov Vergilər Departamenti rəisinin birinci müavini vəzifəsində çalışıb. F.Məmmədovun yeznəsi olan bu şəxs spiker Oqtay Əsədovun qudası Alı Qocayevin yerinə təyinat alıb. Hər halda bu fakt da göstərir ki, Fazil Məmmədov ciddi şəkildə özü üçün qruplaşma formalaşdırmağa başlayıb.

AZƏR
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vergilər Nazirliyində struktur dəyişikliyi

    Vergilər Nazirliyində struktur dəyişikliyi ...

    9-06-2016, 11:23

  • 
  • 13 müşaviri olan nazir - Fazil Məmmədov “tabor” yaradır?

    13 müşaviri olan nazir - Fazil Məmmədov “tabor” ...

    3-02-2016, 14:01

  • 
  • 17 nəfərin vergi orqanlarında xidmətlərinə xitam verildi

    17 nəfərin vergi orqanlarında xidmətlərinə xitam ...

    27-12-2013, 17:18

  • 
  • Vergilər Nazirliyində təmizlənmə

    Vergilər Nazirliyində təmizlənmə ...

    16-01-2013, 10:51

  • 
  • Bakıda vergi borcuna görə iki nəfər həbs olundu

    Bakıda vergi borcuna görə iki nəfər həbs olundu ...

    12-10-2015, 13:04


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu