Vergilər Nazirliyi öz əməkdaşlarının etik davranış qaydalarına əməl etmələrinə, vergi ödəyicilərinin və vətəndaşların bu məsələ ilə bağlı müraciətlərinin araşdırılmasına xüsusi diqqət yetirir. Nazirliyin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, 2012-ci il ərzində Vergilər Nazirliyinə "Vergi işçisinin etik davranış kodeksi"nin tələblərinin pozulması ilə əlaqədar cəmi 38 şikayət daxil olub. Aparılmış müvafiq araşdırmaların nəticəsi olaraq, "Vergi işçisinin etik davranış kodeksi"nin tələblərinin pozmuş 8 əməkdaşın vergi orqanlarında xidmətinə xitam verilib, 1 əməkdaş aşağı vəzifəyə keçirilib, 6 əməkdaşa töhmət verilib, 2 əməkdaşa xəbərdarlıq elan edilib. 2012-ci il ərzində bu sahədə bilik və məlumatlılıq səviyyəsinin artırılması məqsədilə vergi xidməti əməkdaşları korrupsiyaya qarşı mübarizə, etik davranış, maraqların toqquşması və məlumat azadlığı məsələləri mövzusunda treninqlərə cəlb edilib.
Sorğu
Yeni dizaynımız necədir?