GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Səlim Müslümovun işçilərinə barmaq silkələməsinin şok gizlinləri

Səlim Müslümovun işçilərinə barmaq silkələməsinin şok gizlinləri

Tarix: 2-12-2013, 21:30 Bölmə :Manşet Baxış: 1 162
Səlim Müslümovun işçilərinə barmaq silkələməsinin şok gizlinləri


Nazirliyin əməkdaşı yeni ƏƏSMN şefinin gizli niyyətini açıqladı

Cümə günü əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovun apardığı səs-küylü kadr islahatları ilə yaddaqalan oldu. Əslində, prosesə nəzər yetirdikdə Səlim Müslümovun bu ajitoajda maraqlı göründüyü də nəzərlərdən qaçmamışdı. “Gündəm Xəbər”ə ƏƏSMN-dəki qaynaqlardan daxil olan informasiyalardan aydın olur ki, əslində Səlim Müslümov sanki reklamına işləyirmiş kimi gedişlər edib.
Nazirlikdəki mənbənin redaksiyamıza ünvanladığı şok faktları diqqətinizə təqdim edirik:
«Təbii ki, Səlim Müslümov yeni məmur deyil. Bunu hər kəs bilir. Onun ƏƏSMN-ə qədərki fəaliyyəti də hər kəsin xatirindədir. Bu bir faktdır ki, Dövlət Sosial Müdafiə Fondu əhalinin bu günə kimi ən çox narazılıq etdiyi ünvanlardan biri olub. Və dəfələrlə həm mətbuatda və həm də hətta Milli Məclis tribunalarında belə Səlim Müslümovun rəhbərlik etdiyi DSMF-də islahatların aparılması zəruriliyi vurğulanıb.
Yəni o qədər də qənaətbəxş fəaliyyəti olmayan Səlim Müslümov özünü ƏƏSMN rəhbərliyində elə aparır ki, sanki göydən düşüb və bu sistemdə baş verənlər onun üçün qeyri-adi mahiyyət daşıyır. Onun sumqayıtlı əlilin şikayəti ilə Fizuli Ələkbərovdan qalma direktor müavinini işdən çıxarması isə əsl şou idi. Nazir elə davrandı ki, sanki o, əlillərin illik yoxlamadan keçməsi prosedurundan xəbərsiz imiş. Təbii ki, barmağını itirən və yaxud da hansısa əzasından məhrum olan, bunun da nəticəsində əlillik alan bir vətəndaşın hər il tibbi komissiyadan keçirilməsi doğru deyil. Bu da daha çox müvafiq qanunvericiliyin tələblərindən doğan anlaşılmazlıqdır. Amma bu faktdan nazirin sui-istifadə cəhdi tam çılpaqlığı ilə ortada idi.
Səlim Müslümov eyni zamanda daha bir gedişi ilə də sırf imitasiya meylini nümayiş etdirmiş oldu. Söhbət ünvanlı sosial yardım alan vətəndaşların siyahılarının açıqlanmasından gedir. Sizə maraqlı bir faktı açıqlayım. Əslində ÜSY alan vətəndaşların siyahısı keçmiş nazir Fizuli Ələkbərovun vaxtından ictimailəşdirilib və nazirliyin saytında yerləşdirilib. Amma Fizuli Ələkbərovun vaxtında bu iş yetərincə reklam olunmadı.
Bu faktı bilə-bilə Səlim Müslümovun məlum «uğura» sahiblənərək özünü mətbuatda və ictimaiyyətin gözündə açıq-aşkar reklam etdirməsi heç də peşəkarlığa və məmur nəzakətinə uymayan bir hadisə idi. Bəlkə də Səlim Müslümov «bundan xəbərim yoxdur, olmayıb» deyərək vəziyyətdən çıxa bilər. Amma belə olsa da, nazirin əlində fürsət var idi və cümə günü mətbuat qarşısında açıqlaya bilərdi ki, hətta deputat Fazil Qəzənfəroğlunun da təşəkkürünə nədən olmuş bu faktın altında öz imzası yatmır. Deyə bilərdi ki, bu siyahı Fizuli Ələkbərovun vaxtından ictimailəşdirilib. Amma demədi…
Bütün bunlar isə baş verənlərin qayəsində yatan yeganə məramdan xəbər verməkdədir: Səlim Müslümovun ciddi şəkildə reklama ehtiyacı var. Ona görə də bir günün içində 14 rayonun TSEK müdirini işdən qovur. Onların hansı səbəbdən və hansı zərurətdən işdən çıxarıldıqlarını cəmiyyətə açsaq və yaxud da bu barədə onların özləri danışsalar, hər halda, yaradılan şou bir yana, sonrakı nəticələrdən belə nazirin hansısa dividenti əldə etməsi imkansız olacaq. Əksinə, ortaya Səlim Müslümovun əleyhinə işləyən bir mənzərə çıxmış olacaq.
Amma buna rəğmən Səlim Müslümov bəri başdan onları susdurmağın da yollarına baş vurub. İşdən qovulanların yol verdikləri nöqsanlardan dolayı cinayət məsuliyyətinə cəlb olunacağını deyən nazir əslində, açıq-aşkar təhdiddə də bulunmuş oldu. Yəni bu o demək idi ki, danışmayın, məsələnin mahiyyəti üzərə susun, əks halda, sizlər həbs olunacaqsınız. Onlar da təbii ki, susacaqlar. Çünki bu gün ucadan eşidilən səs məhz Səlim Müslümova aiddir. Onun sözünün kəsəri, səsinin ötkəmi daha ağırdır.
Əslində Səlim Müslümovun belə bir «reklam roliki»nə nədən ehtiyac duymasının nədənləri də gün kimi aydındır. Hər şey ortadadır. Yeni nazir bu gün sözün əsl mənasında Milli Ordumuzun quruculuğuna müsbət töhfələr verən Zakir Həsənovun xeyrinə işləyən ictimai nüfuzun həsədilə eyni şəkildə divident qazanmağa çalışır. Amma alınmayacaq. Çünki Səlim Müslümovdan fərqli olaraq Zakir Həsənovun həyata keçirdiyi islahatların mahiyyəti var.
Müqayisə aparaq. Yeni müdafiə naziri Zakir Həsənov bu gün apardığı kadr islahatlarının müqabilində kimdənsə nə rüşvət tələb etməyib, nə də xərac yığma marağı güdməyib. Onun nazirliyə yüksək vəzifələrə cəlb etdiyi bütün kadrlar, başda general Vasyak olmaqla, onların hər biri öz sahələrinin peşəkarları olmaqla yanaşı, həm də Azərbaycan ordusunun, xüsusən də Azərbaycan dövlətinin hərbi maraqlarına sərf edən kadrlardır.
Amma Səlim Müslümov özünün gedişləri ilə daha çox ucuz şou təəssüratı yaradır. DSMF-də kifayət qədər «bulaşmış» kadrları nazirliyə transfer etməklə Səlim Müslümov heç də «əhsən» qazana bilməz. Heç də Zakir Həsənov kimi alqışlanmaz. Çünki DSMF-nin kadrları da bu cəmiyyətə yaxşı məlumdur. Və onlara sıravi vətəndaşlar gözəl bələddirlər və yaxşı bilirlər ki, Səlim Müslümovun məlum kadr islahatının arxasında yalnız bir məram dayanır: Etibar etdiyi fiqurlar mühüm postlarda təmsil olunmalıdır. Və bu niyyətdən doğan hansısa kadr dəyişikliyini nə kadr islahatı kimi təqdim etmək olmaz, nə də bu prosesin hesabına reklam olunub, ictimai rəğbəti qazanmaq mümkün deyil.
Belə olan təqdirdə, Səlim Müslümovun ucuz şoularının əks-effektlə müşaiyət olunacağını da bəri başdan söyləmək olar. Hətta bu şounun uzantısı olaraq kimlərinsə qolları qandallansa belə… Səlim Müslümov kimsəni səmimiyyətinə inandıra bilməyəcək. Çünki hər kəs onu yaxşı tanıyır… DSMF-dən onu tanıyırlar»…
“Gündəm Xəbər” bildirir ki, bu ilginc iddialarla bağlı Səlim Müslümovun və nazirliyin mövqeyini də işıqlandırmağa hazırıq…

Mehdi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səlim Müslümov yeni rəis təyin etdi

    Səlim Müslümov yeni rəis təyin etdi ...

    18-11-2013, 14:47

  • 
  • Səlim Müslümovun adamlarından yeni maxinasiyalar

    Səlim Müslümovun adamlarından yeni maxinasiyalar ...

    27-11-2013, 16:28

  • 
  • Səlim Müslümovun kadr islahatının şok pərdəarxası

    Səlim Müslümovun kadr islahatının şok pərdəarxası ...

    28-11-2013, 21:18

  • 
  • Səlim Müslümovun qohumu polis rəisi təyin olunur

    Səlim Müslümovun qohumu polis rəisi təyin olunur ...

    25-11-2013, 15:54

  • 
  • Səlim Müslümov şöbə rəisini işdən çıxartdı

    Səlim Müslümov şöbə rəisini işdən çıxartdı ...

    11-02-2014, 14:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu