GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » AXCP-Müsavat arasında gərginlik pik həddə çatdı

AXCP-Müsavat arasında gərginlik pik həddə çatdı

Tarix: 23-12-2012, 12:22 Bölmə :Manşet Baxış: 983
AXCP-Müsavat arasında gərginlik pik həddə çatdı

Müsavat Partiyasının başqanı İsa Qəmbər ölkənin siyasi həyatında baş verənlər və özünün 2013-cü il strategiyası haqda fikirlərini “Azadlıq” radiosunun canlı efirində açıqlayıb. İsa Qəmbər əsasən oxucuların ona ünvanladığı suallara cavab verib.

Müsavat başqanı müxalifətin vahid namizədi məsələsi və bir sıra aparıcı müxalifət partiyalarının bir araya gəlməsi barədə verilən suala cavab olaraq deyib ki, o, vahid namizəd olmaq niyyətində deyil, hansı partiyalar vahid namizədlərini müəyyənləşdirmək istəyirlərsə, buyurub etsinlər. Bundan başqa, Müsavat başqanı bildirib ki, gələn il seçki kampaniyası ərəfəsində bir daha müxalifət partiyalarının liderləri ilə görüşlər keçiriləcək, məsləhətləşmələr aparılacaq.

Çıxışının sonunda İsa Qəmbər vahid namizəd məsələsi barədə səslənən suala cavab olaraq deyib ki, bu məsələ artıq Şaxta baba söhbətinə dönüb: “Hamı Şaxta babanı da sevir, vahid namizədi də. Ancaq hamı bilir ki, Şaxta baba real həyatda mövcud deyil. Eyni zamanda hamı bilməlidir ki, vahid namizəd məsələsinin alınması da mümkünsüz işdir”.

İsa Qəmbərin vahid namizədlə bağlı bu fikirlərinə AXCP-nin bir sıra üzvləri sərt formada münasibətlər bildiriblər. “Facebook”da Müsavat başqanına qarşı yeni hücum dalğası müşahidə olunmaqdadır. AXCP-nin sədr müavini Fuad Qərhəmanlı bildirib ki, vahid namizəd kimi ciddi bir məsələnin şaxta babaya bənzədilməsi ilə heç bir halda razılaşmaq olmaz: “Çünki biz vahid namizədi şaxta babanı sevdiyimizə görə deyil, rejimə qarşı cəmiyyətin bütün demokratik potensialını səfərbər etmək, saxtakarlığa qarşı ictimai müqavimət cəbhəsi yaratmaq və xalqın birlik istəklərini təmin edərək dəyişikliklər uğrunda vahid komanda kimi mübarizə aparmaq məqsədi ilə istəyirik. Əgər vahid namizəd olmayacaqsa, bu halda namizədlər şaxta baba vəziyyətinə düşəcəklər və saxtakar iqtidar bu halda onlardan nəticəsi əvvəlcədən bəlli “seçki yolkasını” bəzəmək üçün istifadə edəcək. Biz gerçəkdən dəyişiklik istəyiriksə ölkənin bütün demokratik qüvvələrini bir araya gətirmək istiqamətində çalışaraq konsensus və ya praymeriz yolu ilə onların arasından ən güclüsünü seçməyə çalışmalıyıq. Əks təqdirdə namizədliyini verən şəxslər bir partiya resursu ilə bu qədər harınlamış və zora söykənən bir hakimiyyətə necə qalib gələcəklərini,onların seçki saxtalaşdırmasının qarşısını necə alacaqlarını buyrub ortaya qoysunlar. Bu barədə heç nə deyə bilmirlər,çünki, özləri də bilir lər ki, indiki şərtlər daxilində bir partiyanın namizədi kimi seçidə iştirak etməklə heç bir nəticəyə nail olmaq mümkün deyil. Bəs onda bu halda nədən vahid namizəd ideyasın belə aqrresiv şəkildə inkar edirlər? Hər kəsə aydındır ki, saxtakarlığa qarşı bbütün qüvvələrin vahid namizəd formatında birgə müqavimət göstərməsi, ayrılıqda bir partiyanın təsirindən daha güclüdür. Avtoritarizmdən demokratiyaya keçid etmiş ölkələrdə real qüvvələr öz aralarından bir namizəd müəyyənləşdirməklə dəyişikliyə nail olurlar. Bütün dünyada sınaqdan çıxmış bu düsturun heç bir arqument gətirmədən inkar edilməsi narahatlıq yardır”.

İsa Qəmbərin ünvanına səslənən fikirlərə Müsavat funksionerləri cavabı gecikdirməyiblər. Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı cavabında bildirib ki, Fuad Qəhrəmanlının fikirlərindən onun hələ müxalifətin vahid namizədi ilə əsas namizədi arasındakı fərqin nədən ibarət olduğunu ayırd edə bilmədiyi məlum olub: “Əgər onun Azərbaycanda özünü müxalifət hesab edən partiyaların, birliklərin, ictimai təşkilatların, ziyalıların arasından vahid namizəd seçmək, müəyyənləşdirmək və ya razılaşdırmaq kimi xüsusi bir bacarığı varsa, buyursun. İsa Qəmbər 2003-cü ildə xeyli enerji sərf etsə də, sonda bunun alınmadığının canlı şahididir. Fuad Qəhrəmanlı isə seçkilərdə iştirak haqqında qərar vermədən seçki mühitünün yaxşılaşdırıla bilməsi kimi absurd ideyanı təbliğ etməklə məşğuldur. Əgər İsa Qəmbərin söylədiklərini lazımı səviyyədə qəbul edə bilməyibsə, müttəfiq kimi bunu sosial şəbəkələrdə yaymaq yox, gəlib bir daha bizdən soruşmalı idi. İsa bəyin sözlərindən söz oyunu düzəltməyin tənbehini Fuadın Əli bəydən alacağına şübhəm yoxdur. Müttəfiqlik cətin işdir. Şərtləri yerinə yetirmək hər kəsin boynunun borcudur. Bunu heç kim unutmasa yaxşı olar”.

AXCP sədri Əli Kərimli isə “BBC Azərbaycanca”ya müsahibəsində bildirib ki, əsas strateji vəzifə demokratik seçki mühitinin yaranmasına nail olmaqdır. O deyib ki, namizədlik məsələsinə prosesin sonuncu mərhələsində baxılmalıdır: “Şəxsi mövqeyim bundan ibarətdir ki, əgər demokratik qüvvələrin böyük bir koalisiyası yaransa, cəmiyyətdə ciddi bir konsolidasiya getsə, bu prosesin nəticəsində bizim içimizdən vahid namizəd olsa və o prosesdə mənə etimad göstərilsə, mən bu məsuliyyəti üzərimə götürə bilərəm. Amma onu da açıq bildirirəm ki, mən öz namizədliyimdə israr etmək və bu məsələni digər məsələlərdən daha vacib saymaq fikrində deyiləm. Namizədlər seçki mühitinin formalaşması üçün bütün qüvvələri səfərbər etməlidirlər. Namizədlik məsələsinə isə bu prosesin sonuncu mərhələsində baxılmalıdır”.

“Bəs onda sonuncu mərhələdə həll olunacaq məsələ niyə hazırda aparılan qızğın mübahisələrə səbəb olur?” sualına Əli Kərimli belə cavab verib: “Bu, mənim təşəbbüsüm deyil. Mən neçə müddətdir ki, bu mövzuda danışıram. Ancaq bu, tək bizdən asılı deyil ki! Siyasətdə müxtəlif subyektlər var və onların öz yanaşması var”.
“Seçki mühitinin demokratikləşməsi üçün şərtlər yerinə yetirilməsə boykot gündəmə gətirilə bilərmi?” sualına cavabında isə AXCP sədri bildirib ki, onlar hazırda bu mövzuda danışmamağa üstünlük verirlər: “Qarşıda xeyli müddət var. Biz bu müddət ərzində bütün səyləri göstərəcəyik ki, demokratik seçki mühiti yaransın. Sonra bir də düşünəcəyik. Bu şərait seçkilərdə iştirak etməyə müəyyən inam, ümid yaradırmı? Doğrudan da xalqın səsini reallaşdırmaq imkanı varmı?”

Əli Kərimli bu suallara cavabdan asılı olaraq sonrakı qərarı verəcəklərini vurğulayıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "VAHİD NAMİZƏDİ İSA QƏMBƏR MÜƏYYƏN EDƏCƏK"

    "VAHİD NAMİZƏDİ İSA QƏMBƏR MÜƏYYƏN ...

    3-06-2013, 12:54

  • 
  • İsa Qəmbər: “Əla başlanğıc oldu”

    İsa Qəmbər: “Əla başlanğıc oldu” ...

    18-09-2013, 10:09

  • 
  • “Mənim vahid namizədliyə iddiam yoxdur”

    “Mənim vahid namizədliyə iddiam yoxdur” ...

    12-07-2013, 23:25

  • 
  • Cəmil Həsənlidən İsa Qəmbərin çıxışına reaksiya

    Cəmil Həsənlidən İsa Qəmbərin çıxışına reaksiya ...

    6-12-2013, 11:47

  • 
  • İsa Qəmbər- İbrahimbəyov görüşü -Müsavat başqanı: “Çox faydalı görüş oldu...”

    İsa Qəmbər- İbrahimbəyov görüşü -Müsavat başqanı: ...

    31-07-2013, 15:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu