Bütövlükdə Müsavat Partiyasının müttəfiqləri də fikri dəstəkləyəcək”
“Azərbaycanda İsa Qəmbərdən başqa bu iqtidarla stabil, davamlı, öz mövqeyində duran, qətiyyətlə axıradək mübarizə aparan ikinci siyasi xadim varmı? Əlbəttə yoxdur! İsa Qəmbər bacarığını, dönməzliyini, təcrübəsini ortaya qoyan özgür siyasətçidir. O vahid namizəd olmaq üçün alternativsizdir. Amma hər yerindən duran indi onun üstünə gəlmək istəyir. Facebookda yazırlar ki, İsa Qəmbər vahid namizəd olub Milli Şuranın işini pozmaq istəyir”. Moderator.az-ın məlumatına görə, bunu AXP sədri Pənah Hüseyn iyunun 2-də Müsavat Partiyasında keçirilən görüşdəki çıxışında deyib. P.Hüseyn hesab edir ki, əslində, Milli Şura projesinin alınmasının əsas qarantlarından, şansından biri məhz İsa Qəmbərin vahid namizəd olmasındadır: “ Sonda vahid namizədi İsa bəy müəyyən edəcək. Bütövlükdə Müsavat Partiyasının müttəfiqləri də fikri dəstəkləyəcək. Xalqımızın maraqları naminə çox şeyə hazırıq. Bu iqtidar özünün 20 illik hakimiyyətinin sonuna gəlib. Bu istər daxildə, istərsə də xaricə artıq səslənib. Ona görə də mübariz olun, labüd hakimiyyət dəyişikliyində ölkənin maraqları naminə İsa bəyi dəstəkləyin”-, deyə o bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?