Yaxud halal sertifikatı altındakı haramçılıq gundemxeber.az Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə yalnız halal və koşer qida yemek istəyən insanlar var. Bu cür insanların hüquqları necə qorunur? Onların aldanma ehtimalı nə yerdədir? Bu sahəyə nəzarət hansı səviyyədədir? Halal əvəzinə haram alan istehlakçı məhkəməyə üz tutmaq mümkündürmü? İslam qaydalarına görə halal qida hazırlamağın bir çox şərtləri var. Söhbət ət məhsullarından gedirsə, heyvanın kəsilmə qaydalarına xüsusi diqqət yetirilməlidir: Gərək heyvanı kəsən şəxs müsəlman olsun, onu üzü qibləyə çevirib kəssin. Heyvanın boğazında 4 damar, özü də dəmirlə kəsilməlidir. Bu qaydalarla kəsilən heyvanın ətinə təbii ki, donuz əti və piyi qatmaq olmaz. Hazırda Azərbaycanda göstərilən şərtlərə əməl olunması öhdəliyi ilə Qafqaz Müsəlmanları Ruhani İdarəsi yalnız 2 şirkətə - «Sab» firması və Gəncədəki «Halal qida» şirkətinə halallıq zəmanəti verib. Amma məsələni geniş araşdırdıqda «halal» sertifikatının insanları aldatmaqla haramçılığa söykəendiyindən başqa bir şey olmadığı üzə çıxır. Nəinki Azərbaycanda, ümumiyyətlə, hələlik Halal adında beynəlxalq standart da yoxdur. Azərbaycan halal standartı tətbiq etmək üçün İslam Konfransı Təşkilatının (İKT) qərarını gözləyir. İKT halal standart layihəsi hazırdır. Burda yalnız bir mübahisəli məsələ qalıb - heyvanları elektrik cərəyanı vasitəsilə, yoxsa əllə kəsmək? Bu məsələ İKT üzv ölkələr yekdil qərara gələ bilmirlər. Layihəyə heyvanın kəsilməzdən öncə ona verilən qidalarla əlaqəli tələblərdən tutmuş, kəsən şəxsin, alətin, müəssisənin təmizliyinə qədər, hətta hansı avtomobildə daşınması və vitrinə qoyulana qədər bütün proses əhatə olunub. Bu standart hələ qəbul olunmadığından halal deyilən məhsul «blef»dən başqa bir şey deyil. Axı hansısa kolbasaya donuz əti vurulmaması o demək deyil ki, o kolbasa halaldır. Ən qatı xristian ölkələrində, Cənubi Afrikanın xristian hissəsində, hətta Ermənistanda da halal mal nişanı ilə məhsul satılır. Azərbaycanda «Halal» mal nişanı ilə 20-yə yaxın mallar var. Məkkədə, İranda Arpa suyundan alkoqolsuz içki hazırlanır və müsəlmanlar bunu içir. Amma bunu «pivə» adlandırmırlar. «Hacı pivəsi» yazmaq dini inanca, etikaya sığmayan bir məsələdir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?