Azərbaycanın müəssisələrində "Halal" standartına müvafiq kolbasa və sosis istehsal olunmur. Trend-in məlumatına görə, bunu Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov mətbuat konfransında deyib. Onun sözlərinə görə, ölkədə "Halal" milli standartının bütün tələblərinə riayət etməklə bu məhsulları istehsal edə bilən müəssisə yoxdur. Bazarda "Halal" adı altında məhsulların mövcudluğu məsələsinə toxunan R.Həsənov bildirib ki, bu yalnız qeydiyyat nişanıdır və mövcud məhsulun qeyd edilən standarta uyğunluğunu təsdiq etmir. Komitə sədrinin sözlərinə görə, həmin istehsalçılara qeydiyyat nişanını dəyişdirmək tövsiyə edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?