SOCAR-ın Gürcüstan biznesi düşmən ölkəyə açıq yanacaq daşınmasına şhərait yaradıb gundemxeber.az Gürcüstanda «SOCAR» brendli daha 3 yeni yanacaqdoldurma məntəqələrinin sayı getdikcə artır. Gürcüstanda tikilib istifadəyə verilmiş «SOCAR» brendli yanacaqdoldurma məntəqələrinin sayı artıq 100-ü keçib. ARDNŞ-in Gürcüstan benzin bazarını ələ keçirtməsi bir çox yeni məqamları üzə çıxarıb. Belə ki, bu vaxta qədər gizli yollarla Ermənistana ötürülən Azərbaycan neftinin indi açıq şəkildə düşmən ölkəyə keçirilməsinə şərait yaranıb. Əslində bu vaxta qədər də Bakı neftinin İrəvana keçirilməsi haqda kifayət qədər məlumatlar var idi. Bu məlumatlar heç bir məqamda rəsmən təsdiqlənməsə də faktın özü təkzib edilmirdi. Bir müddət öncə Dövlət Gömrük Komitəsinin Azərbaycandan ixrac olunan neftlə bağlı hesabatında əks olunan şübhəli məqamlar da Ermənistana ötürülən yanacaqla bağlı əsaslar yaradır. Gürcüstanda ARDNŞ-in açdığı obyektlərə gəldikdə isə bu haqda redaksiyamıza məlumat verən mənbə həmin obyektlərə tələb olunduğundan daha artıq yanacaq vurulduğunu bildirdi: «Gürcüstanda SOCAR-a məxsus yanacaqdoldurma məntəqələrinə və digər obyektlərə Azərbaycandan daşınan neft və neft məhsullarının heç də hamısı təyinatı üzrə sərf olunmur. Bu malın müəyyən bir hissəsi ümumiyyətlə SOCAR-ın obyektinə daxil olmamış digər bir istiqamətə yönəldilir.» Mənbəmiz əlavə yanacaq məhsullarının erməni iş adamları tərəfindən alındığını və bu yolla Ermənistanın yanacaq təlabatının bir hissəsinin Azərbaycan vasitəsilə ödənildiyini iddia edir.
Sorğu
Yeni dizaynımız necədir?