SOCAR-ın “Şimal” istiqamətinə yönəlməsi sual yaradır
Xəbər vediyimiz kimi, dünən SOCAR və Transneft şirkətləri Azərbaycan neftinin Rusiya üzərindən daşınması üzrə yeni müqavilə imzalayıblar. SOCAR bunun qarşılıqlı faydalı kommersiya şərtləri əsasında həyata keçirildiyini bəyan edib. Maraqlıdır ki, əvvəllər Azərbaycanla əlaqələrə dair ilk xəbərləri Transneft şirkətinin saytından almaq mümkün idisə, hazırda Rusiyanın neft boru daşımaları üzrə monolisti nədənsə susmağa üstünlük verir. SOCAR-ın marketinq və investisiyalar üzrə vitse presidenti Elşad Nəsirov isə Reuter`s agentliyinə bildirib ki, 2014-cü ildə Azərbaycan Bakı-Novorossiysk boru xətti ilə 1-1,5 milyon ton neft daşımaq niyyətindədir və bağlanan müqavilə tərəflərin kommersiya maraqlarına cavab verir. Bəs sual olunur, nədən əvvəlki müqaviləyə Transneft şirkəti fevralın 14-də xitam verdi və SOCAR məcbur olub onun səhəri Bakı-Tbilisi-Ceyhanla öz neftini daşımağa başladı? Nəhayət 3 gün ərzində şirkətlər hər iki tərəfi qane edəcək razılığa gələ bildirlər? Bəllidir ki, bundan əvvəlki tarif 15,67 dollar idi. Rusiya ərazisində Azərbaycan neftinin 1 tonunun daşıması üçün və 16 il yarım ərzində bu dəyişməz olaraq qalmışdı. Transneft isə bu tarifin 2 dəfə artırılmasının istəyirdi. Buna cavab olaraq Azərbaycan keyfiyyət bankı tələbi irəli sürürdü. Rusiya isə bunu o zaman tətbiq edəcəyini bildirirdi ki, SOCAR 5 milyon ton neft vursun kəmərə. Çox güman ki, Azərbaycan öz tələbini geri götürüb keyfiyyət bankı ilə bağlı, Transneft də həcm məsələsini gündəlikdən çıxarıb. Və beləliklə, tərəflər razılaşıblar təqribən 30 dollardan Azərbaycan neftinin daşınmasına. Bu tarif SOCAR-ı qane edir hazırda, çünki BTC-dən ucuzdur, dəmir yolu ilə daşımalar qədər baş ağrısı yoxdur və riski azdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?