“AXCP-nin Milli Şuradan kənarda hər hansı iki tərəfli əməkdaşlığı real deyil”. Bunu AzNews.az-a açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. O bildirib ki, hakimiyyətə və demokratik proseslərə münasibət Milli Şurada təmsil olunmaqla müəyyənləşir: “AXCP üçün əsas məsələ Milli Şuradakı şəxslərlə birgə başlanmış prosesi davam etdirməkdir. Biz də çox istərdik ki, Müsavat Partiyası bu prosesdə iştirakını davam etdirsin. Müsavat Partiyası bu prosesdə iştirak etmək istəməsə, bunu onun seçimi hesab edəcəyik”.
F. Qəhrəmanlının sözlərinə görə, Milli Şura hakimiyyətə alternativ olan ən real qurum və siyasi kursdur: “Bu kursdan kənarlaşmaq, mövqedən aralanmaq həmdə siyasi mübarizədən, bu günə qədər aparılan fəaliyyətdən yayınmaq deməkdir. Reallıq bundan ibarətdir ki, Milli Şuradan kənarlaşmaq qərarı hər hansı bəhanə ilə əsaslandırıla bilməz”.
“Müsavat Partiyası Milli Şuradan çıxarsa, AXCP bu partiya ilə müttəfiqlik məsələsinə yenidən baxacaqmı” sualına cavab olaraq bildirib ki, AXCP üçün əsas prioritet məqam Milli Şuraya münasibətdir: “Milli Şura çərçivəsində fəaliyyət davam etdiriləcəksə, bu həm də bizim üçün müttəfiqlik anlamına gələcək”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?