Rəbiyyət Aslanova oğlundan danışdı“Cənab prezident belə məsləhət görübsə, qərarı normal qarşılayırıq”
“Cənab prezident İlham Əliyevin oğlum Elnur Aslanovun Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən çıxarılması ilə bağlı verdiyi sərəncamı normal qarşıladıq”. Martın 27-də “Media forum” saytına danışan Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova belə deyib. Rəbiyyət Aslanova bu məsələ haqqında geniş danışmaq istəmədiyini qeyd edib: “Çünki oğlum prezident İlham Əliyevin sərəncamı ilə işdən azad olunub. Hər kəs yaxşı bilir ki, prezidentin verdiyi sərəncam müzakirə olunmur. Əgər cənab prezident belə məsləhət görübsə, biz də bu qərarı normal qarşılayırıq”. Elnur Aslanov Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən martın 17-də azad edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?