Müsavat başqanının Kiyev səfəri davam edir. O, Kiyevin mərkəzindəki Müstəqillik müydanında yüz minlərlə ukraynalı azadlıq mübarizlərinin qarşısında çıxış edib. Azərbaycan demokratik qüvvələrinin adından edilmiş bu çıxış Ukraynanın bəzi telekanallarında canlı yayımlanıb.
İsa Qəmbər səfər çərçivəsində ABŞ Respublikaçılar partiyası liderlərindən biri senator Con Makkeynlə, ukraynalı məşhur müğənni, Maydan hərəkatının liderlərindən olan Ruslana ilə, Ukrayna müxalifətinin liderlərindən biri olan Vladimir Kliçko və başqaları ilə görüşüb.
İsa Qəmbər Arif Hacılı ilə telefon ünsiyyəti zamanı deyib ki, burada inqilabi situasiyadır, vəziyyət hər an dəyişir. Bu barədə Arif Hacılı özünün Facebook səhifəsində yazıb.
Onu da qeyd edək ki, İsa Qəmbər sabiq prezidenliyə namizəd senator Makkeynlə əvvəllər də görüşüb. 77 yaşlı Makkeyn demokratik fikirləri və Rusiyanın ekspansiyasına qarşı sərt çıxışları ilə məşhurdur. O, Vyetnam müharibəsinin veteranıdır və 7 il hərbi əsir həyatı yaşayıb.
Sorğu
Yeni dizaynımız necədir?