GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycan məhbəsləri: burada islah olunmaq mümkündürmü?

Azərbaycan məhbəsləri: burada islah olunmaq mümkündürmü?

Tarix: 20-12-2013, 16:28 Bölmə :Manşet Baxış: 900
Azərbaycan məhbəsləri: burada islah olunmaq mümkündürmü?
Əməkdaşımız ölkə həbsxanalarının real durumundan yazır

Hələ ta qədimdən Ərəbistan yarımadasında insanlar bir cinayət edirdisə, cəzalandırılaraq qəbilədən qovulurdu. Sonralar daha başqa cəza vasitələri meydana çıxdı. Həbsxanaların az-çox formalaşmış forması XVII əsrin sonlarında Rusiyada yaranıb. II Yekaterinanın hakimiyyəti illərinə qədər həbsxanalardan yalnız istintaq təcridxanası kimi istifadə edirdilər. Uzun müddət həbsxanalar pis şəraitdə olmuşdu. Zaman-zaman həbsxanalarda da vəziyyət dəyişdi.
Dünyada pis həbsxanalar da var, yaxşıları da. Əgər biz dünyanın ən pis həbsxanalarının top 5-liyini nəzərdən keçirmək istəsək, aşağıdakı mənzərə ilə üzləşmiş olarıq. İlk ən pis həbsxana Braziliyadakı Cardandiri həbsxanasıdır. Burada beş məhkumdan biri QİÇS xəstəsidir. Məhbuslar xəstələnərsə və onlar əməliyyata girərsə, cərrahlar onu narkozsuz əməliyyat edirlər. İkinci yeri ABŞ-ın Kolarado ştatında yerləşən ADX Florense Federal həbsxanasıdır. Burada cəmi 9 saat keçirirlər. Üçüncü yeri Paris yaxınlığında La Sante həbsxanası tutur. Burada məhbuslar elə zülm altında saxlanılır ki, əzabdan başlarını divara vurur, siçan zəhəri udurlar. Burada intihar edənlərin sayı durmadan artır. Burada məhbuslar duş qəbul etmir, dəri xəstəliyinə düçar olur, zorakılıq, əxlaqsızlıq, vəhşiliklərlə üzləşirlər. Dördüncü yeri Suriyadakı Tadmorda həbsxanasıdır. Burada məhbuslar işgəncələrə məruz qalırlar. Burada mühafizəçilər kef məclislərindən sonra işgəncə obyektini təsadüfən seçirlər. Bu işgəncə bütün dustaqların gözləri qarşısında baş verir. Sonuncu –beşinci yeri Keniyada yerləşən Nayrobi həbsxanasıdır. Burada 800 nəfər üçün nəzərdə tutulan kameralarda 3800 məhkum saxlanılır.
Amma bu dəhşət saçan həbsxanalarla yanaşı, dünyada komfortlu həbsxanalar da mövcuddur. Məsələn, Norveçdəki həbsxanaların biri «Ekoloji həbsxana» adlanır. Belə ki, buranın məhkumları meyvə-tərəvəz yetişdirir, məhbusun satışından əldə olunan pul ədalətlə bölünür. Skandinaviyada isə həbsxanalarda hətta qonaq otaqları da var. İsveç həbsxanası üçulduzlu oteli xatırladır.
Bəs, görəsən Azərbaycanda vəziyyət necədir? Əslində inkişaf etmiş ölkələrdə həbsxana dövlətin xüsusi diqqət ayırdığı sahədir. Məhbusların saxlanıldığı yer gigiyenik tələblərə cavab verməli, sanitar qovşaq təmiz saxlanılmalı, məhbus ən azı həftədə bir dəfə, isti havalarda isə iki dəfə duş qəbul etməli, fiziki əməklə məşğul olmalıdır. Məhkumun yataq dəsti iki həftədən bir, dəsmalı həftədə bir dəfə dəyişdirilməlidir. Kamera yaxşı işıqlandırılmalı, havalandırılmalıdır. Saxlanma şəraiti məhbusun şərəf və ləyaqətini alçaltmamalıdır. Bundan başqa, məhbus gündə üç dəfə yeməklə təmin olunmalıdır. Amma gəlin görək bütün bunlara əməl olunurmu?

12 saylı cəzaçəkmə müəssisəsində qoçu qanunları
Həbsxana –üstüaçıq qəbrə bənzəyir və hər bir məmləkətin həbsxanası həmin məmləkətdə baş verənlərdən xəbər verir. Bu gün ölkə rəhbərliyi məhkumların vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlər həyata keçirsə də, əfsuslar olsun ki, bir çox həbsxanalarımız yazılmamış qanunlarla işləyir. Orada da insanlar ağlara-qaralara bölünüb. Həbsxanalardakı vəziyyəti bilmək üçün elə onun qapısında məhkum əzizləri ilə söhbətləşmək kifayət edər. Elə bizlər də həbsxana qapılarında eşitdiklərimizi sizlərlə bölüşürük.
Yəqin ki, 12-ci kalonda baş verənləri unutmamısınız. Məhkumlər orada baş alıb gedən özbaşınalıqlardan şikayət etmişdilər. Qapıda məhkum əzizləri qəribə faktlar açdılar. Özünü Səmayə kimi təqdim edən qadın bildirdi ki, «burada pulu olanlar kef içində günlərini, aylarını başa vururlar. Kolonda «obşak» belə yaradılıb. «Obşak»dakılar ortaya öz qanunlarını qoyublar və dustaqları qul kimi işlədir, əziyyət verir, alçaldırlar. Yerlibazlıq, korrupsiya burada ən pik həddədir. Kalon rəisi özünün himayəsində olanlara “gözün üstə qaşın var” demir. Amma digər dustaqlarla çox kobud rəftar edir. Burada həm də qoçu dəstələri də var. İmkansız dustaqlar döyülür, onların şərəf və ləyaqətləri alçaldılır».
Teymur adlı digər ziyarətçi də dilə gəlib deyir: «Burada tibbi, texniki, maddi təchizat, sosial və digər xidmətlər çox aşağı səviyyədədir. Dustaqların yemək, qidalanma, geyim problemləri bərbad vəziyyətdədir. Burada elə yeməklər verilir ki, onu yemək mümkün deyil. Çürümüş kartof soyutması verirlər. Çörəyi isə kəpəkdən bişirirlər. Adı çəkilən həbsxanada havalanma da pulludur. 5-10 manata burada kameraların «karmoşka»ları açılır. Burada pullu dustaqların bütün hüquqları qorunur».
Bu zaman Saday dayı da söhbətə qarışdı: «Ay qızım, bax, biz buradayıq, yaxınlarımıza sovqat gətirmişik. Sovqat göndərmək də pulsuz deyil. Kasıblar 15-20 manat verir, varlılar isə çox. Gətirilən sovqatı qəbul edən əzizlərimiz əvvəlcə korpus starşinasını görməlidir, korpusda növbə çəkənlərin də öz haqları var. İndi havalar soyuyub. Odur ki, qızdırıcı elektrik avadanlıqları lazım olur. Bunun da aylıq qiyməti 100-150 manatdır. Burada elə kameralar var ki, onlar cibi pullulara verilir».
Məhkum yaxınları ilə söhbət zamanı öyrəndim ki, məhkumlara göndərilən 10 siqaretdən biri xidmət edən ədliyyə əsgərinə verilir.

17 saylı kalonda hər şeyin öz məzənnəsi
Qanuna görə, burada normaya uyğun olaraq dustağa 20 kv. metrlik yer düşməlidir. Amma aldığımız məlumata görə, 17 saylı cəzaçəkmə müəssisəsində hər məhkuma 4 kv. metrlik yer düşür. Vərəmli xəstələrin sağlamlarla bir saxlanıldığı da qeyd edilən faktlar sırasındadır. Qış məhbuslar üçün əsl cəhənnəm əzabıdır. Belə ki, soyuq günlərdə hamı isinmək üçün siqaret çəkir. Əgər xatırlayırsınızsa, Qənimət Zahidin həmin kalonda öz şəxsi vəsaiti hesabına sobaya neft alıb tökdüyü barədə də məlumatlar var idi. O qeyd edirdi ki, vərəm xəstələri ilə ünsiyyətdə olmaq məcburiyyətindədir. Burada da görüşdən tutmuş, sovqat almağa qədər hər şeyin öz “taksası” var. Deyilənə görə dərmanlar mütəmadi verilmir, ventilasiya isə çox pis vəziyyətdədir.
Kürdəxanı və Şüvəlan həbsxanalarında da vəziyyətin gündən-günə acınacaqlı olduğu bildirilir. Şüvəlanda deyilənə görə, elə bir vəziyyət yaranıb ki, saxlanılan şəxslər yatmaq üçün yer belə tapmırlar. Burada dustaqların yeməyi də bərbad vəziyyətdədir.
Ümumiyyətlə, həbsxanalarda tibbi məntəqələrdə də vəziyyət acınacaqlıdır. Belə ki, orada çox ağır xəstələr acınacaqlı vəziyyətdə saxlanılır. Hətta ölümlə üz-üzə olan xəstələrə də yardım edilməməsi ilə bağlı məlumatlar var. Dərman preparatları və tibbi ləvzimatlar demək olar ki, yox dərəcəsindədir. Məhbusların çox ciddi probleminin şprislər olduğu da bildirilir. Məhbuslar onlara lazım olan dərmanları evdən gətirdirlər. Ən dəhşətli mənzərə isə şprislərələ bağlıdır. Belə ki, bir şprisdən 10 nəfər üçün istifadə edilir. 14 saylı cəzaçəkmə müəssisəsində isə vəziyyət daha ağırdır.
Elə 17 saylı həbsxanadan aldığımız məlumata görə isə ixtisaslaşmış aşpaz yoxdur. Burada adi məhkumların aşpazlıq etdiyi bildirilir. Burada çörəyin ən aşağı səviyyəli undan bişirildiyi söylənilir. Məlumata görə, burada 200 nəfər məhbus cəmi 2 duşdan istifadə edir. Ayaq yollarında vəziyyət daha acınacaqlıdır. Sanitar-gigiyenik qaydalara normal riayət olunmadığı üçün məhbuslar dəri-zöhrəvi xəstəliklərə düçar olur. 200 məhbus bir krandan su götürmək məcburiyyətindədir.

Məhbuslara işgəncə verilir?
Son zamanlar gəzən xəbərlərə görə, məhbuslara qarşı işgəncə faktları artıb. Bu faktda əli olan 10 şəxsin adı da açıqlanır. Bu, 14 saylı cəzaçəkmə müəssisəsinin keçmiş rəisi, adı çəkilən həbsxananın indiki rəisi, DİN Tərtər RPŞ rəisi, DİN Sabirabad RPŞ-nin növbətçi hissəsinin rəisi, Qobustan Qapalı həbsxananın rəisi, 12 saylı CÇM-nin rəisi, Gəncə İstintaq Təcridxanasının rəisidir. Deyilənə görə, məhbusların hüquqları saxlandıqları andan etibarən pozulur. Həbsxanalarda bütün ticarət və xidmət məntəqələri rəhbərliyi rüşvət verir. Belə ki, hamamçı rəisi hər ay 900 manat, telefonçu 2000 manat, ərzaq anbarının rəhbəri isə daha çox rüşvət ödəyir.
Bu gün heç kimə sirr deyil ki, həbsxanaların bir çoxunda obşak da var, narkotik alveri də, qumar oyunları da. Bəzi həbsxanalar oğru qanunları ilə idarə olunur. Hətta elə həbsxana olub ki, orada pullu yeməkxana və dönər satılan yer də fəaliyyət göstərib. 4 həbsxanada narkotik maddələrin satışının həyata keçirilməsi xəbəri də yayılan xəbərlər sırasındadır. Sizləri bilmirəm, amma mən nədənsə belə bir şəraitdə məhkumların islah olacağına inana bilmirəm.
Sunay Həsənova
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda ideal həbsxanalar olduğunu iddia edən generala cavab

    Azərbaycanda ideal həbsxanalar olduğunu iddia ...

    23-01-2015, 23:15

  • 
  • Ramiz Mehdiyev: ““Milli təhlükəsizlik” bəhanəsi ilə...”

    Ramiz Mehdiyev: ““Milli təhlükəsizlik” bəhanəsi ...

    29-10-2015, 16:23

  • 
  • Mədət Quliyevlə bağlı müdhiş faktlar

    Mədət Quliyevlə bağlı müdhiş faktlar ...

    4-03-2014, 10:39

  • 
  • Peyğəmbərin (s) Həzrət Əliyə (ə) vəsiyyətləri

    Peyğəmbərin (s) Həzrət Əliyə (ə) vəsiyyətləri ...

    23-07-2016, 21:01

  • 
  • Dünyanın ən dəhşətli 15 həbsxanası - burada insan əti yeyilir - Fotolar

    Dünyanın ən dəhşətli 15 həbsxanası - burada insan ...

    21-11-2014, 01:50


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (160)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu