Cəlilabadda Fətulla Qışlaq kəndinin sakinləri bir həftədir işıqsız qalıblar
Qışın gəlişi cənub bölgəsində bir sıra problemleri üzə çıxardıb. Cəlilabad rayonunda regionların sosial –iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində rayonda quruculuq-abadlıq işlərinin məqsədyönlü tədbirlər həyata küçrilsə də ,qışın gəlişi bir daha onu subut edir ki ,görülən işlər hamsı gözə pərdə asmaq olub. Əldə etdiyimiz məlumata görə keçən həftə bölgələrə yağan qar Cəlilabad rayonunun “gözdən qulaqdan “uzaq olan Fətulla Qışlaq kəndi ilə yanaşı, bir neçə kəndi qaranlıqa qərq edib .Məsələnin nə qədər doğru olub -olmadığını öz gözlərimizlə görmək istəsək də , yolların bərbad olmasından qaranlıqa qərq olmuş kəndə gedə bilmədik . Göytəpə şəhərində kənd camatını görüb yaranmış məsələnin həqiqət olub- olmamasını öyrəndik .R.adlı bir nəfərlə söhbət zamanı o bizə bildirdi ki ,dekabr ayının 10-undan əsən külək nəticəsində kəndimizdə 27 ədəd sovet dövrundən qalma elektirik dirəkləri aşaraq kəndlərinə gələn işığı kəsib . Hətta bu aşan elektrik dirəklərinin əksəriyyəti yüksək gərginlikli elektrik dirəkləridir və onlardan kəndlərə işıq paylanılır . Kənd sakini aşmış elektirik dirəklərinin şəklini öz mobil telefonu ilə çəkib bizə təqdim etdi.Və onu da əlavə etdi ki artıq 8 gündür ki ,kənd işıqsız qalıb .Gecələr ailə -uşaq həyətə düşə bilmirlər ,qaranlığa görə kənddə bir neçə yaşlı insan yıxılaraq xəsarət alıb .“Bəs siz yaranmış problemlə bağlı harasa müraciət etmisniz ?”sualına isə kənd sakinləri birgə Cəlilabad rayon elektirik şəbəkəsinə müraciət etdiklərini bildirdilər. Elektirik şəbəkəsindən isə cavab veriblər ki,narahat olmayın düzələcək biraz səbir edin avadanlıqımız yoxdur ,gəlsin həll edərik Gözləyə bilmirsinizsə gedin özünüz düzəldin, bizim indi buna imkanımız yoxdur.Müsahibimizlə söhbət zamanı soruşduq ki , nədən adınızın yazıda hallanmamasını bizdən xahiş edirsiniz ?Cavabında kənd sakinlərindən biri dedi ki,Cəlilabad rayonunda əhalini elə bir hala salıblar ki,kimsə səsini çıxarsa onun işini əlindən alırlar,həmin adama təzyiqlər göstərirlər. “Bu üzdən , məcbur olub kimdənsə şikayət etməydən çəkinirik”,-kənd sakinləri deyir . Qeyd edək ki ,qaranlıqa qərq olmuş “gözdən uzaq düşmüş” Fətulla qışlaq kəndinin sakinləri bildirir ki ,elekdirk dirəkləri 1986-cı ildən təmir olunub istifadəyə verilib, indi isə artıq bu elektirik xətləri ilə yanaşı naqillər hamsı yararsız hala düşüb .Hətta elə yüksək gərginlikli elektirk dirəyi var ki ,yerlə iki metr məsafədə yerləşib.Çünki ,bu xəttin yarasız hissəsi dəfələrlə kəsilib yenidən öz yerinə basdırıldığından qısalmışdır. .Şikayətçi onu da əlavə etdi ki ,onların kəndlərində tək elektirk problemi yaşanmır yollar da dözülməz həddədir.Allah göstərməsin hansı evdəsə yanqın baş versə və ya təcili yardıma ehtiyac olarsa gərək bu kəndə vertalyotla girsinlər. Hətta elə hal olub ki hamilə qadın vaxtında xəstəxanaya çatdırılmadığından yolda ,avtomabildə “azad” olub .Və yaxud bədbəxt hadisə baş verəndə elə olub ki, yaralını Göytəpə xəstəxanasına tez çatdırılmadığından o elə yoldaca keçinib. Məsələni diqqətdə saxlayacağıq.
Sorğu
Yeni dizaynımız necədir?