Sudurdan Qusara gedən "Uaz" markalı avtomobillərin sürücüləri yolların 10 günə yaxındır bağlı olduğunu deyir
Həyat tərzi Qış aylarında yağan qar və şaxta şimal bölgəsində bəzi kəndləri rayondan təcrid edir. 10 gün bundan əvvəl hava şəraiti zamanı Xınalıq və digər istiqamətlərdə bunun əyani şahidi olduq. Qusarda gözdən, könüldən uzaq düşən ərazilərdən biri Sudur inzibati ərazi vahidliyidir.
Sudurdan rayon mərkəzinə gedən "Uaz" markalı avtomobillərin sürücüləri 10 günə yaxındır bağlı olan yolların bu gün Arandan gətirilmiş özəl texnikanın köməyilə müvəqqəti açıldığını deyirlər.
Qusar İcra başçısının Sudur İnzibati Ərazi Vahidliyinin nümayəndəsi İkram Əsədov ayın 10-dan sonra bir neçə dəfə qar yağdığını,güclü külək əsdiyini deyib. "Külək olanda da bütün yolu bağlayır. Burda daimi texnikanın olması vacibdir”. Qusar İH-dən səslənən təkliflərin Nəqliyyat Nazirliyi qarşısında qaldırılacağı bildirilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?