“Məni Prokurorluğa "Gündəm-xəbər" qəzetinə verdiyim müsahibəyə görə çağırırlar…”
Hüquq müdafiəçisi Vidadi İsgəndərli Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb. Bu barədə mətbuata o özü məlumat verib. V.İsgəndərli qeyd edib ki, onu prokurorluğa rəis müavini Pərviz İbayev dəvət edib: "Pərviz İbayev mənim ilk həbsim barədə qondarma ittiham verən qrupun rəhbəridir. Məni "Gündəm-xəbər" qəzetinə verdiyim müsahibəyə görə çağırır. Zəng edib dedi ki, müsahibədə nəqliyyat naziri Ziya Məmmədovun korrupsioner fəaliyyəti barədə tənqidi fikirlər səsləndirmişəm. Buna görə dəvət edirlər. Sabah - dekabrın 21-də vəkil Xalid Bağırovla prokurorluğa gedəcəyəm".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?