Hüquq müdafiəçisi Vidadi İsgəndərlinin həbsinə etiraz edən Mahir Abdullayevin Hüquqlarını müdasfiə komitəsi bu haqda bəyanat verib. Bəyanatda V.İsgəndərlinin adıçəkilən komitənin üzvü olduğu və fəal mübarizə adamı olduğu deyilir. Komitə Vidadi İsgəndərlinin həbsinin qanunsuz və siyasi sifarişli olduğunu bildirib. Xatırladaq ki, Aprelin 18-də Yasamal rayon məhkəməsi hüquq müdafiəçisi Vidadi İsgəndərlini 10 sutkalıq azadlıqdan məhrum edib. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsinin 1-ci maddəsi ilə polisin qanuni tələblərinə tabe olmamaqda ittiham olunub. Bundan öncə hüquq müdafiəçisi 2011-ci ilin mayında həbs edilib, 2012-ci ilin sonunda əfv fərmanı ilə azadlığa çıxmışdı. Həmin vaxt o, Cinayət Məcəlləsinin 159.4.1 (Seçki hüquqlarının həyata keçirilməsinə hədələmə və zor tətbiq etməklə mane olma) və 160.2.1-ci (Seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə müdaxilə) ilə ittiham olunub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?