GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Rəsul Quliyevin Kamaləddin Heydərova qarşı «mülk şantajı»

Rəsul Quliyevin Kamaləddin Heydərova qarşı «mülk şantajı»

Tarix: 4-12-2012, 11:03 Bölmə :Manşet Baxış: 2 376
Rəsul Quliyevin Kamaləddin Heydərova qarşı «mülk şantajı»


Rəsul Quliyevin Kamaləddin Heydərova qarşı «mülk şantajı»

Özünü FHN rəhbərinin yaxını kimi təqdim edən iş adamı «Rəsul Quliyev kartı»ndan silah kimi istifadə edir

Azər Əsgərov Heydərovu fakt qarşısında qoyaraq ACP-yə icarə vermək istədiyi mülkü ona baha qiymətə satmaq istəyib

Eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasının (ACP) yerləşdiyi qərargahın ətrafında yaranmış siyasi qalmaqalla bağlı ötən gün əldə etdiyimiz informasiyalar prosesin üzərindəki «qara örtüyü» götürməkdədir. Həmin informasiyaları bir qədər sonra diqqətinizə çatdıracağıq, hələliksə baş verənlərin qısa özətini təqdim etmək oxucularda baş verənlərlə bağlı ümumi qənaətin yaranmasında yardımçı ola bilər.
Hər şey ondan başladı ki, özünü fövqəladə hallar naziri Kamaləddin Heydərovun yaxın adamı kimi təqdim edən Azər Əsgərov ona məxsus obyekti Rəsul Quliyevin lideri olduğu ACP-yə icarə verməyə razılaşdı. Bu isə haqlı olaraq, mediada ciddi müzakirələrə səbəb oldu, bir çoxları hətta bir qədər də irəli gedərək bunun arxasında FHN rəhbərinin dayandığını və Heydərovla Rəsul Quliyevin siyasi ittifaq yaratdıqlarını iddia etdilər. Və qeyd edək ki, bu elə ilk baxışdan da belə görünürdü.

Silah FHN şefinə tuşlanıb, məqsəd onu hakim düşərgədə çıxılmaz duruma soxmaqdır

Maraqlıdır, Rəsul Quliyevin ən yaxın adamlarının, qohumlarının belə ACP-yə qərargah üçün mülk icarəyə verməkdən çəkindikləri halda, Sülhəddin Əkbərin bu partiyaya sədr seçilməsindən az sonra partiyanın şəhərin mərkəzində iki mərtəbəli qərargahda yerləşməsi, əlbəttə ki, təəcüblü idi və siyasi çevrələrin, mətbuatın diqqətini çəkməyə bilməzdi. Bizim də diqqətimizi çəkmişdi. Nədən ki, cəmi iki həftə əvvəl bizə məlumat daxil olmuşdu ki, ACP Rəsul Quliyevə yaxın şəxslərdən birinin «Fəhlə» prospektində yerləşən 3 mərtəbəli mülkünə köçməyə hazırlaşır. Amma biz yazandan sonra mülkün sahibi ACP-yə yer verməkdən imtina etdi. Ola bilsin ki, iqtidardan hansısa xəbərdarlıqlar almışdı. Sual ortaya çıxırdı ki, Rəsul Quliyevin sadiq tərəfdarı öz mülkünü ACP-yə verməkdən çəkindiyi halda, o «ürəkli oğlan» kimdir görən Rəsul Quliyevin partiyasına şəhərin mərkəzində qərargah verib?!
Biz bu işin pərdəarxasını araşdırmağa başlamışdıq. Bununla bağlı azpolitika.info belə bir informasiya yayıb ki, onlara bir müddət öncə məlumatlar ötürüldü ki, ACP-yə mülk verən Azər Əsgərov adlı Naxçıvan sakini Kəmaləddin Heydərovla bir binada yaşayıb, onun qardaşları Abbas və Yavər Əsgərovlar hazırda FHN-də yüksək vəzifələrdə işləyirlər. Üstəlik, nazir müavini Orucəli Hacıyev Əsgərovların kürəkənidir. AHA!!! Axı deyirdilər ki, Rəsul Quliyevin partiyasına qərargah verən Kəmaləddin Heydərovun yaxın adamıdır! Araşdırdıq, məlumatlar öz təsdiqini tapdı. Məlum oldu ki, mülk sahibi Azər Ələsgərov həqiqətən də FHN başçısının müavini Orucəli Hacıyevin qaynı olub. Amma bu qohumluq çox qısa çəkib - illər əvvəl cəmi bir il. Hacıyevin ilk həyat yoldaşı uşaq dünyaya gətirərkən vəfat edib. Azər Əsgərovun qardaşları Yavər və Abbas Əsgərovlar isə həqiqətən də FHN-də işləyirlər və K.Heydərovla məhəllə uşağı olublar.

«Qarğa məndə qoz» var və ya özünü qəsdən şübhəli aparmaq taktikası

Azərbaycan reallığında belə bir şəxsin Rəsul Quliyevin partiyasına mülk icarəyə verməsi həqiqətən də sensasiya idi və işin alt qatında belə bir sensasiya sayəsində bəzi özəl maraqların təmin olunması taktikası həyata keçirilibmiş. Bütün bunlar ona hesablanmışdı ki, ACP-nin qərargahla təmin olunmasını FHN başçısı Kəmaləddin Heydərov şübhələrə hədəf olsun və sonra bu oyunu quranlar şantaj yolu ilə çoxlu pul əldə etsinlər. Eyni zamanda məsələnin təkcə pul qoparmaq deyil, siyasi yönünün olduğunu da iddia etmək olmaz. Gəlin, mülk sahibinin bir müddət əvvəl verdiyi açıqlamalara nəzər yetirək və şübhələrin əsassız olmadığına əmin olaq.
Mülk sahibi iddia edir ki, Kəmaləddin Heydərov, atası Fəttah Heydərov və Orucəli Hacıyevlə «münasibət və əlaqələri» olub və var! Yəni hələlik bir qədər dolayısı ilə demək istəyir ki, ACP-ni qərargahla məhz onların tapşırığı ilə təmin edib. Bu inandırıcıdırmı və ən əsası, Kəmaləddin Heydərov və atası ilə, eyni zamanda nazir müavini Orucəli Hacıyevlə «münasibət və əlaqələrinin» olduğunu iddia edən Azər Əsgərov indi niyə onları ifşa etməyə, satmağa çalışır?...
Bəri başdan deyək ki, Kəmaləddin Heydərov ən çox tənqid etdiyimiz, hətta hədəfdə saxladığımız məmurlardandır. Bundan sonra da belə olacaq!
Amma tam dəqiqləşdirmişik ki, Azər Əsgərovun öz mülkünü ACP-yə icarəyə verməsi tam təsadüfi olub. Belə ki, əvvəllər buranı retoran kimi işlədən şəxslər, obyekt işlək yerdə olmadığına görə, buranı tərk edəndən sonra Azər Əsgərov xeyli vaxt icarədar axtarıb. Eyni zamanda mülkün satışı barədə də elan verib. Bizdə olan məlumata görə, ACP-dən əvvəl o bu mülkünü 500 min dollara satışa qoyub. Lakin mülk şəhərin mərkəzi hissəsində yerləşsə də, yaxşı xeyir vermədiyindən, («necə deyərlər, «xodovoy» yerdə olmadığından) dəyərli hesab olunmayıb və sahibkarlar onu 500 min dollara almağa maraq göstərməyiblər. Bizdə dəqiq məlumat var ki, bu ərəfələrdə AXCP bu mülkü icarəyə götürmək üçün müraciət edib. Azər Əsgərov verməyə razılaşıb, amma aylıq 5 min dollar icarə haqqı tələb etdiyindən AXCP ilə sövdələşmə baş tutmayıb.

Mülkün «bəxti necə açıldı» və ya ACP ofis axtarışında

Bu ərəfədə isə Sülhəddin Əkbər artıq ACP-nin sədri seçilmişdi və partiya ciddi-cəhdlə icarəyə qərargah axtarırdı. Bu axtarışa təbii ki, ACP fəalları da cəlb olunmuşdu. Onlardan biri - əvvəllər Azər Əsgərovun tələbəsi olmuş Yalçın Mehdiyev öz mülkünü xeyli vaxtdır icarəyə verə bilməyən Azər Əsgərova deyib ki, bizim partiya bina axtarır, qorxmursunuzsa deyim gəlsinlər danışın. Azər razılıq verib, Sülhəddin Əkbər binaya baxaraq bəyənib, tərəflər aylıq 3 min dollar olmaqla, 2 illik icarə müqaviləsi bağlayıblar. ACP rəhbərliyinə daxil olan şəxslərdən biri deyir ki, sövdələşmə zamanı Azər Əsgərovun qardaşlarının FHN-də işlədiyini, Kəmaləddin Heydərovla bir binada yaşadıqlarını bilməyiblər. Qarşı tərəf də heç bir tərəddüd keçirmədən ACP-yə üzv olub, deyib ki, mən xaricdə yaşayıram, mənə təzyiq edə bilməzlər.
Buna baxmayaraq, məcbur olub binanı ACP-yə versə də, aylıq 3 min manat Azər Əsgərovu təmin edən rəqəm olmayıb. Çünki onun əsas məqsədi binanı satmaq və qarşılığında Türkiyədən daha gəlirli mülk almaq olub.
Bir müddət sonra mətbuatda ACP-nin qərargahının sahibinin Kəmaləddin Heydərovla bağlılığı olduğu haqda məlumatlar çıxanda (Çox böyük ehtimalla ilkin olaraq bu məlumatları K.Heydərovun əleyhdarları yayıblar), qardaşların narahatlığı haqda xəbərlər çatanda Azər Əsgərov yaxşı bir oyun oynamaq qərarına gəlib. Biləndən sonra ki, vəzifəli qardaşlar bu işin zərbəsinin sonda onlara dəyəcəyindən ciddi narahatdırlar, Azər Əsgərov özünün real dəyəri 200-250 min manatdan yuxarı olmayan mülkünü elə öz qardaşlarına və ya zərbə ala biləcək başqa bir şəxsə - Orucəli Hacıyevə (Hansı ki, əvvəllər Azər Əsgərovun bu binanı almaq və ya satışına kömək etmək xahişindən imtina etmişdilər), hətta Kəmaləddin Heydərovun özünə dəfələrlə baha qiymətə satmaq haqda planlar cızır. Qiyməti birdən-birə 4 dəfə qaldırır və mülkün 2 milyon dollara satışa çıxarıldığı barədə elan verir. Qardaşı Yavər Əsgərov bu oyundan onu çəkindirmək üçün Antalyaya xahiş-minnətə gedəndən sonra qiyməti 3 milyona, qardaşlar işdən çıxarılandan sonra isə 4 milyona qaldırır!
Paralel olaraq Azərbaycan saytlarına müxtəlif dezinformasiyalar buraxır. Çoxsaylı belə yalan və vəziyyəti daha da dramatikləşdirməyə xidmət edən belə xəbərlərdən birində deyilirdi ki, bəs Yavər Əsgərovu Antalyada qardaşı Azərlə mehribancasına gəzərkən görmüşük. Bu isə ona dəlalət edir ki, onlar əlbirdilər... Başqa bir məlumatda deyilirdi ki, Yavər Əsgərov Türkiyədə hansısa otelin restoranında Rəsul Quliyevlə görüşdü, kənardan müşahidə edirdik. Bir qədər sonra isə «məlumat» verilirdi ki, Orucəli Hacıyev Amerikada Rəsul Quliyevlə görüşüb və bundan sonrakı planları müzakirə edib və sairə. Bütün bu məktublar isə eyni dəsti-xətt və üslübda yazılırdı. Məqsəd də gün kimi aydın idi:

Suyu bulandırandan sonra «balıq tutmaq»

Vəziyyəti daha da dramatikləşdirib, qarşı tərəfi sövdələşməyə məcbur etmək və mülkü 10-15 dəfə baha qiymətə satmaq üçün plan işə salınır. Aya stabil olaraq heç 3 min manat gəlir verməyən mülkün qarşılığında əldə olanacaq 3-4 milyonla Türkiyədə nələr almaq və etmək olmaz ki?...
Lakin bütün bu gedişlər işə yaramayanda Azər Əsgərov daha bir gediş etdi: Mövzu barədə ən çox yazan media quruluşlarına «Basın və Yayın danışmanı» adından məktub göndərərək müsahibə vermək istədiyini bildirdi. Amma çox müəmmalı belə bir şərti var idi: «Noyabrın 23-nə qədər elan verməlisiniz ki, Azər Əsgərov bizə müsahibə verəcək və qərargahla bağlı məsələlərə aydınlıq gətirəcək. Əks halda sizə müsahibə verilməyəcək...»
Məqsəd aydın idi, Azər Əsgərov adlarını çəkdiyimiz adamlara mesaj verirdi ki, çıxıb nələrsə deyə bilərəm, 3-4 milyon sizin üçün heç nədir, gəlin bu qərargahı alın, hər şey bitsin. Lakin məqsədə yenə də nail olunmayanda azpolitika.info-ya qısa müsahibə verdi. Yenə şərti var idi: «Yazdıqlarımı olduğu kimi dərc etsəniz daha sensasiyalı açıqlamalarım olacaq». Bu qısa müsahibədə isə Azər Əsgərov açıq şəkildə eyham vururdu ki, mülkünü ACP-yə icarəyə verməsinə görə «xeyir-dua», razılıq alıb, Kəmaləddin Heydərovla «əlaqəsi» var, atası Fəttah Heydərovla indi də zəngləşir və sairə.

Mətbuatı alət etmək cəhdləri və iflas!

Azər Əsgərovun bu qısa, amma böyük məzmunlu müsahibəsindən dərhal sonra qardaşı Yavər Əsgərov mətbuata açıqlama verdi və onu yalan danışmaqda və şantajda ittiham etdi. Artıq Azər Əsgərovun da reaksiyası bizə daxil olub, hansı ki, orda qardaşını ciddi şəkildə təhdid edir. Heç bir şübhə yoxdur ki, yenə də məqsədinə nail olmasa Azər Əsgərov açıq şəkildə iddia edəcək ki, qərargahı Kəmaləddin Heydərovun, Orucəli Hacıyevin və qardaşlarının tapşırığı ilə Rəsul Quliyevin partiyasına verib, bilir ki, onların əlaqələri var və sairə.
Sadəcə bir sual çıxır ortaya: Azər Əsgərov Orucəli Hacıyevlə, Kəmaləddin Heydərovla yaxındırsa, nə baş verib ki, onları açıq şəkildə şantaj edir? Axı məntiqlə, A.Əsgərov müsahibəni bu istiqamətdə verməli idi ki, ACP-yə qərargahı öz təşəbbüsü ilə verib, bunun heç kimə aidiyyatı yoxdur. Amma açıq şantajla danışır və ümumilikdə müstəqil medianı özünə alət eləməyə çalışır...
İşin əsli isə budur ki, bütün bu qalmaqalın kökündə Azər Əsgərovun öz mülkünü real dəyərindən təxminən 10-15 dəfə baha qiymətə satmaq niyyəti durur. Bu məqsədə çatmaq üçün o, «Rəsul Quliyev kartından» məharətlə yaralanmağa çalışır. Hətta ola bilsin ki, hansısa dairələr tərəfindən idarə də olunur.
Amma artıq bütün kartlar açılıb və necə deyərlər, müəmmalı oyun başa çatmaq üzrədir...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rəsul Quliyev Milli Şuranı tərk edir

    Rəsul Quliyev Milli Şuranı tərk edir ...

    25-08-2013, 14:41

  • 
  • Rəsul Quliyev Milli Şuranı tərk edir

    Rəsul Quliyev Milli Şuranı tərk edir ...

    25-08-2013, 14:38

  • 
  • Rəsul Quliyevin qardaşı vəfat etdi

    Rəsul Quliyevin qardaşı vəfat etdi ...

    20-07-2016, 01:30

  • 
  • Rəsul Quliyevin qardaşı oğlu ilə məhkəmə davası – Sənəd

    Rəsul Quliyevin qardaşı oğlu ilə məhkəmə davası – ...

    9-01-2014, 13:41

  • 
  • Mlli Şuradan Rəsul Quliyevə ETİRAZ

    Mlli Şuradan Rəsul Quliyevə ETİRAZ ...

    27-06-2013, 12:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu