Milli Məclisin eks-spikeri, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin müxalifət liderlərinin ABŞ səfərini təkzib etməsi Milli Şurada narazılıqla qarşılanıb.
Milli Şura üzvlərinin Amerika səfəri ilə bağlı günlərdir mətbuata verdiyi açıqlamaları alt-üst edən R.Quliyevə qarşı tərəfin cavabı gecikməyib.
Milli Şuranın üzvü, politoloq Zəfər Quliyev ACP sədri Sülhəddin Əkbər və R.Quliyevə iradlarını bildirib. O bildirib ki, R.Quliyev və Sülhəddin Əkbərin Mili Şura ilə bağlı belə bir münasibət sərgiləməsi düzgün deyil.
“Rəsul Quliyevin, Sülhəddin Əkbərin Milli Şura ilə bağlı məsələyə bu formada münasibət bildirməsi düzgün deyil. Səfər alınmaya da bilər, səfər ləğv oluna da bilər. “Bu hansısa şayiədir, qeyri-ciddi bəyanatdır” demək kimi fikirlər səsləndirmək doğru deyil. Belə bir niyyətimiz, planımız var idi. Necə olur ki, onların xəbəri olmasın. Rəsul Quliyevin bu iradları düzgün deyil. Ola bilsin ki, onlar şayiə kimi qiymətləndirirlər, amma bizim bu barədə danışıqlarımız aparılırdı”-deyə Milli Şura üzvü R.Quliyevə iradlarını bildirib.
Qeyd edək ki, Milli Məclisin eks-spikeri R.Quliyev Modern.az-a açıqlamasında Milli Şura rəhbərlirinin ABŞ səfərini təkzib etmişdi. O belə bir səfərin nəzərdə tutulmadığını, verilən açıqlamasında isə qeyri-ciddi olduğunu Milli Şura üzvlərinə irad tutmuşdu. MŞ rəhbərliyinin isə səfər tarixi də bəlli idi. İyulun 10-a planlaşdırılan səfər zamanı ABŞ-da Konqresdə görüşlərin keçiriləcəyi də qabaqcadan bəyan edilmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?