İqtidariçi çəkişmələr yeni məcraya yön alır: bu dəfə fərqli ssenari
gundemxeber.az Hakimiyyətiçi münasibətlər yenidən gərginləşmək üzərədir. Bu barədə hökumət içindəki qaynaqlardan ilginc məlumatlar ötürülüb. Mötəbər mənbənin bildirdiyinə görə, prezident seçkilərinin yaxınlaşması nədənindən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə qarşı başlanan kampaniya daha da şiddətli xarakter alacaq. Bildirək ki, bu vaxta qədər hələ ki fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin açıqladığı video çəkilişlər hesabına Mehdiyevə qarşı kampaniya aparılırdı. İndi isə artıq yeni bir dönəmə start veriləcəyi gözlənilir. Bu barədə danışan mötəbər mənbə iddia edir ki, yaxın günlərdə artıq ayrı-ayrı deputatların və məmurların Ramiz Mehdiyevin əleyhinə çıxışlar etməsi planlaşdırılır: «Təbii ki, bu əsnada daha çox diqqətə gələni hakim Yeni Azərbaycan Partiyası rəhbərliyinə aid şəxslərin yeni prosesdə iştirakıdır. Onlar əsas hücumu edənlər olacaq». Mənbəmiz bildirir ki, YAP rəhbərliyinə aid şəxslərdən birinin hətta Ramiz Mehdiyevin istefasını tələb etməsi də gözləniləndir: «Seçkilərə az qalıb və bu dönəmə qədər PA şefini tam olaraq təcrid etməlidirlər. Bu şəkildə hakimiyyətin seçkilərə getməsi isə heç də inandırıcı və mümkün deyil».
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?