Elşad Abdullayevin “videobombası” hakimiyyət içində PA rəhbərinə qarşı hücumları aktivləşdirib, qoca siasətçiyə «istefa mesajı» göndərildi...
gundemxeber.az Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yaydığı növbəti videolar Prezident Admnistrasiyasında (PA) şok effekti yaradıb. Bu barədə qəzetimizə məlumat hakimiyyət daxilindən sızıb. Məlumatda deyilir ki, Elşad Abdullayevin videoları yayıldıqdan sonra hər kəs PA rəhbəri Ramiz Mehdiyevin bu dəfə hansı açıqlama ilə çıxış edəcəyini gözləyib. Həmçinin PA rəhbərinin istefa verəcəyini düşünənlər də olub. Çünki bu dəfəki videolarda Ramiz Mehdiyevin ünvanına ciddi ittihamlar var. Hətta Gülər Əhmədovanın rəfiqəsi Sevinc Babayeva Elşad Abdullayevə bildirir ki, onun deputat seçilmək üçün verdiyi 1 milyon dollar PA-da Ramiz Mehdiyevə verilib və onun kabinetində sayılıb. Xatırladaq ki, bu məsələdə adı keçən Gülər Əhmədovaya iqtidar düşərgəsindən hücumlar olanda o, “ağzımı açdırmayın” hədəsilə əleyhinə danışan hökumət təmsilçilərini susdura bildi. Ehtimal etmək olar ki, Gülər Əhmədova Elşad Abdullayevin yaydığı son videolarda olan söhbətləri açacağını, yəni pulun Ramiz Mehdiyevə verildiyini, özünün bu işdə sadəcə vasitəçi olduğunu, nəzərdə tuturmuş. Elşad Abdullayevin son videolarından sonra Gülər Əhmədovanın bu məsələ barədə nə danışacağı artıq əhəmiyyətini itirmiş sayıla bilər. Çünki qeyd etdiyimiz kimi Elşad Abdullayev oyunun başında duran şəxsi nişan verdi. Əksinə, indi Gülər Əhmədovanın üstünə yenidən hücumlar ola bilər. Məlumatlara görə, Ramiz Mehdiyevin komandasında belə niyyətlər var. Lakin rəqib qruplaşma da fürsəti əldən vermək istəmir. Artıq Ramiz Mehdiyevin istefa verməsi barədə fikirlər hakimiyyət düşərgəsində daha bərkdən səslənməyə başlayıb. Hətta rəqib qruplaşmaya yaxın media orqanları Ramiz Mehdiyevin artıq istefa verməsi barədə xəbərlər yaymağa başlayıb. Əslində bu PA rəhbərinə nə qədər gec deyil, istefa verməsi barədə mesaj kimi dəyərləndirilməlidir
Sorğu
Yeni dizaynımız necədir?