GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Səlim Müslümovun Füzuli Ələkbərovla ədavətinin pərdəarxası

Səlim Müslümovun Füzuli Ələkbərovla ədavətinin pərdəarxası

Tarix: 24-12-2013, 17:12 Bölmə :Manşet Baxış: 1 290
Səlim Müslümovun Füzuli Ələkbərovla ədavətinin pərdəarxası
Yeni nazir sələfinin «vurduqları»nı bir-bir vəzifəyə gətirir

Bu günlərdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov sələfi Füzuli Ələkbərovla aralarındakı münasibətlə bağlı açıqlama verdi.
Söhbət son zamanlar S. Müslümovun bütün addımlarıyla sələfinə qarşı mübarizə aparması haqda idi. Məhz nazir təyin edildikdən sonra Səlim Müslümov Füzuli Ələkbərovun bütün kadrlarını işdən çıxardı. Ardından isə bütün açıqlamalarında F.Ələkbərovun fəaliyyətini sərt tənqid edən açıqlamalar verdi. Bununla da yerli mediada yeni təəssüratlar bu şəkildə yansıdı – «Səlim Müslümov Füzuli Ələkbərovu «vurur»». Məhz indiki əmək naziri də sonuncu açıqlamasında bu «vurdu» sözündən danışaraq vəziyyəti yumşaltmağa çalışırdı.
Lakin bu informasiyalar təsadüfən ortaya çıxmamışdı. Məsələn sonuncu açıqlamasından cəmi 2 gün öncə nazir belə bir açıqlamaya müəlliflik etmişdi:
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Işəgötürəninizlə əmək müqaviləsi imzalamısınızmı” sualı ilə sorğu keçirib. Sorğunun yekun nəticələrinə əsasən, respondentlərin 61,9 faizi suala “bəli”, 34,1 faizi isə “xeyr” cavabını veriblər. Sorğuya qatılanların 4 faizi isə ümumiyyətlə, bu haqda məlumatsız olduqlarını vurğulayıblar.
DSMF-in bu sorğusu, əslində, Azərbaycanda işəgötürmə zamanı kütləvi şəkildə qanun pozuntularına yol verildiyini, işəgötürənin vətəndaşların hüquqlarını pozduğunu ortaya qoyur. Bu sorğu həm də Dövlət Əmək Müfəttişliyinin fəaliyyətsizliyindən xəbər verir. Təsəvvür edin, sorğuda iştirak edənlərin 34,1 faizi işəgötürənlə əmək müqaviləsi imzalamadığını deyir. Bu, kifayət qədər böyük rəqəmdir.
Amma hansısa səbəbdənsə Dövlət Əmək Müfəttişliyini bu məsələ maraqlandırmayıb.
DSMF-in sədri Səlim Müslümov isə bu dəhşətli faktı ictimailəşdirməklə əmək və əhalinin sosial müdafiə naziri Füzuli Ələkbərovu pis vəziyyətdə qoyub».
Başqa bir açıqlaması ilə nazir sələfinin ünvanına sanki şantaj dolu bir təftiş xarakterli açıqlama ilə çıxış edirdi - əmək və əhalinin sosisal müdafiəsi naziri Səlim Müslümov təyin olunduğu ilk günlərdə keçirdiyi iclada əlilliyin təmin olunması və dərəcələrin verilməsi ilə məşğul olan tibbi sosial ekspert kommisyalarının (TSEK) rəhbərlərini cəzalandırdı. Nazir yol verdiyi nöqsanlara görə elə iclas zalındaca 14 zona komissiyasının rəhbərini tutduğu vəzifədən azad edib.
Nazir ilk növbədə tibbi sosial ekspert komissiyasının işinə diqqət yetməsinin təsadüfi olmadığını deyib: “Bu barədə mənə cənab prezident tapşırdı ki, ilk növbədə oranı təmizlə. Çünki TSEK çirkaba bulaşıb”.
Söhbət F.Ələkbərovun nazirliyi dönəmində yol verilən neqativliklərin aradan qaldırılmasından gedir və bu prossesin birbaşa olaraq dövlət başçısının tapşırığı ilə etdiyini deyirdi.
Və nəhayət Səlim Müslümov sələfi barədə yazılanlara çox maraqlı şəkildə cavab verir:
- Keçmiş həmkarınız Füzili Ələkbərovla hər hansı əlaqəniz varmı? Vəzifəni təhvil alandan sonra heç onunla görüşmüsüzmü? El dili ilə desək, ondan “halallıq” aldınızmı?
- Yox, əlbəttə burda heç bir problem görmürəm. Neçə dəfələrlə telefonla danışmışıq. İşdi, insandı, neçə ildi işləyir, işi bacardığı nöqtəyə qoyur. Nə qədər bacarırsa, o qədər reallaşdırır. Hansısa səhvlər də ola bilər, müvəffəqiyyətlər də. Bizim Füzuli müəllimlə hər hansı incikliyimiz olmayıb. Bir yerdə işləmişik, bir yerdə oturub durmuşuq. Telefonla da danışmışam, müəyyən məsələləri də müzakirə eləmişik. Heç bir problemimiz olmayıb. Mətbuatda oxuyuram, boş-boş şeylər yazırlar ki, guya kompromat toplayır. Belə şeylərə ehtiyac yoxdu, onları yığışdırmaq lazımdır. Bizim ictimaiyyətlə əlaqələr şöbəsi mediada bu mövzuda çıxan yazıların xülasəsini mənə verir, oxuyuram. Özüm də axşamlar çox yorğun olmayanda mətbuatı izləyirəm, saytlara, qəzetlərə baxıram. Bir neçə gün öncə görürəm yazıblar ki, Səlim Müslümova təzyiq olur. Amma bunlar yanlışdır, kim yayır, bilmirəm.
Lakin nazir bu açıqlamasında o qədər səmimi görünmür. Bu gün redaksiyamıza daxil olan çox ilginc bir xəbər var. Xəbər İmişli rayonundandır. Rayonda ƏƏSMN-nin şöbəsinə rəis təyinatından bəhs edilir. Məlumata əsasən İmişli ƏƏSMN-nin direktor əvəzi Könül Cavadova idarədə özü bildiyi kimi işləyir. Belə ki əslən Saatlı rayonundan olan inispektor Xəqani Əliyevlə əlbir olaraq öz maddi marağı naminə ehtiyacı olan insanlara deyil etiyacı olmayanlara sənədləşdirərək ünvanlı sosial yardım düzəldirlər.
Bu barədə vətəndaşlar nazir Səlim Müslümova icra başçısı Vilyam Hacıyevə müraciət etsələr də heç bir nəticəsi yoxdur.Xatırladaq ki Könül Cavadova 2011-ci ildə korrupsiya yoxlamaları işdən azad olunanlardan biridir.Dayısı oğlu DSMF Şuşa səhəri şöbəsinin müdiri Səlim Müslümovun tələbə yoldaşı Şakir Nuriyevin himayədarlığı ilə yenidəv vəzifəyə gətirildi. Göründüyü kimi informasiyanın sonuncu cümləsində şöbə müdirinin işinə bərpa olunması faktı kifayət qədər diqqəti çəkəndir.
Daha bir fakt isə Sabirabad rayonundandır. Sabirabad rayon Dövlət Sosial Müdafiə Fondunun Sosial Təminat Şöbəsinin müdiri Əlqəmə Quliyev öz oğlunu rayonda məlum şöbədən nazirliyə yolalyıb. Aldığımız məlumatlara əsasən Ə.Quliyevin oğlu ƏƏSMN-inə yüksək vəzifəyə gətirilib. Lakin Ə.Quliyev keçmiş rəhbərinə maraqlı faktlarla bağlıdır. Nazirlə rayon şöbəsinin müdirinin dostluğu əslində Ə.Quliyevin qaynı Füzuli adlı şəxsin, (oğru aləmində «Fili» kimi tanınan) Səlim Müslümovla həbsxanadan başlayıb. Həbsdə olduğu dövrlərdə Səlim Müslümov «Fili» ilə tanış olub. Daha sonra isə bu dostluğu Əlqəmə Quliyev davam etdirib.
Hər halda bu fakt da onu göstərir ki, əslində Səlim Müslümov sələfi Füzuli Ələkbərovun kadrlarını sıradan çıxarmaqla heç də sağlam olmayan bir kadr islahatı həyata keçirir.
Məlumatlara əsasən yeni nazirin təyinatları ilə bağlı olaraq ortaya kifayət qədər maraqlı faktlar da çıxıb.
ƏƏSMN-nin yerli şöbəsində rəhbər vəzifə uğrunda mübarizə Cəlilabadda özünü daha açıq şəkildə biruzə verir. Məlumatda bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiə naziri Səlim Müslümov vəzifə başına keçdikdən sonra xeyli sayda işçini vəzifəsindən azad edib. Həmin proses fonunda TSEK müdirləri ilə yanaşı, həm də Sosial Müdafiə Mərkəzlərindən də bir çoxu postlarını itiriblər. Bu rayonlardan biri də Cəlilabad olub.
Cəlilabad rayon Sosial Müdafiə Mərkəzinin direktoru Mirsüleyman Mirxaslı işdən çıxarıldıqdan sonra artıq bir aydır ki, postu boş qalıb. Onun yerinə təyinat almaq istəyənlərin sayı isə 10 nəfəri keçib. Elə bu səbəbdən də SMM rəhbəri olmaq istəyənlər arasında açıq «savaş» gedir.
Məlumatlarda deyilir ki, işin ustası olan Mirxaslının yerinə elə onun kimi işbilən birinin gətirilməsi nəzərdə tutulub. Düzdür, keçmiş direktorun əli dirsəyinə qədər çirkaba batmışdı. Onun da digər rayonlarda olduğu kimi, 50/50-yə prinsipi ilə işlədiyi deyilirdi. Amma bütün bunlara baxmayaraq, işinin də ustası kimi tanınırdı. Edilən xəbərdarlıqdan sonra məsələdən hali olanların bəziləri iddialarından geri çəkilsələr də, hələ də post uğrunda mübarizə davam edir.
Qeyd olunur ki, əsas namizədlər sırasında Cəlilabaddakı banklardan birinin rəhbəri, rabitə, təhsil və səhiyyə sahələrində çalışan imkanlı adamlar da var. Hətta icra başçısının müavinlərindən birinin də bu posta göz dikdiyi deyilir.
Lakin bütün bunlara rəğmən, ən şanslı namizəd kimi Beylənxalq Bankın Cəlilabad rayon filialının rəhbəri Natiq Abbasov göstərilir. Deyilənlərə görə, Abbasovun arxasında nazir postuna bərabər bir imkana sahib bacısıoğlu dayanır. Elə yeni nazir Səlim Müslümovdan onun xahişini edən də məhz bu şəxsdir. Məlumatlarda o da iddia olunur ki, Natiq Abbasov savad və işibilmə qabiliyyəti baxımından Mirxaslı ilə müqayisə olunmayacaq biridir. Qeyd olunur ki, bank filialının rəhbəri bu sahədə keçmiş direktordan çoxçox geri qalır. Hətta o da vurğulanır ki, Beynəlxalq Bankın rəhbərliyi işində yol verdiyi nöqsanlara görə, bir neçə dəfə ona xəbərdarlıq da edib.
Bütün bu məlumatlar bir daha onu göstərir ki, əslində Səlim Müslümovun sələfinin kadrlarını işdən çıxarması prossesi yeni iş yerləri yaratmaq taktikasından başqa heç bir mütərəqqi qərar kimi qiymətləndirilmir. Eyni zamanda nazirliyin ictimayyətlə əlaqələr bölümündən də müvafiq suallarla bağlı olaraq heç bir dolğun informasiyalar əldə etmək mümkün deyil. Bu informasiyalar adətən birtərəfli qaydada yayımlanır və rəsmi reaksiyalar adətən nazirin öz dilindən xeyli müddət keçəndən sonra olur. Faktların çoxluğu, işlərini itirmiş sabiq nazirlik əməkdaşları ilə bağlı da ortaya kifayət qədər ilginc faktlar çıxır. Hətta bu günlərdə informasiyalar yayılmışdı ki, nazir məlum kollegiya iclasında qovduğu TSEK rəhbərləri öz işlərinin başındadır. Bu xəbər yayılandan 5 gün sonra hökumətə yaxın bir informasiya portalında təkzib eşidildi. Lakin rayonlardan bu səpkidə gələn informasiyalar kifayət qədər çox idi. Bundan başqa əgər sabiq nazir Füzuli Ələkbərovun dövründə nazirliyin strukturları daha çevik və tədbirlər baxımından sıx qrafiklə işləyirdilərsə, artıq bu tipli xəbərlərə çox az rast gəlinir.
Rayonlarda isə nazirliyin müvafiq şöbələrinə rəhbər təyin olunmaq istəyən və olunanlarla bağlı məlumatlar heç də ürəkaçan deyil. Nəhayət sonda bir replika yerinə düşür. Tutaq ki, Füzuli Ələkbərovun nazir olduğu dönəmlərdə korrupsiyaya görə işdən çıxarılan şəxsləri yenidən vəzifəyə bərpa etmək ədalətlidir. Lakin nəzərə alaq ki, işdən korrupsiyaya görə qovulanların çoxu 2011-ci ilə təsadüf edir. Məhz bu dönəmdə Azərbaycanda dövlət başçısının iradəsi ilə sərt şəkildə antikorrupsiya tədbirlərinə start verilmişdi. Məhz həmin dönəmdə ƏƏSMN-nin yüzlərlə işçisi rüşvət və korrupsiya faktlarına görə işini itirdi. Xeylisinə isə cinayət işi açılıb məsuliyyətə cəlb olundu. O dönəm də birbaşa olaraq hansısa nazirin iradəsindən kənar baş verən prosseslərdə cəzalandırılan insanları 2 ildən sonra yenidən işinə gətirmək nə qədər doğrudur. Axı bir zamanlar dövlət başçısının iradəsi ilə başladılan anti-korrupsiya prosseslərində cəza alan rəhbərləri yerli camaat yaxşı tanıyır.

Azər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səlim Müslümov yeni rəis təyin etdi

    Səlim Müslümov yeni rəis təyin etdi ...

    18-11-2013, 14:47

  • 
  • Səlim Müslümov daha bir məmuru işdən azad etdi

    Səlim Müslümov daha bir məmuru işdən azad etdi ...

    21-11-2013, 01:39

  • 
  • Səlim Müslümov şöbə rəisini işdən çıxartdı

    Səlim Müslümov şöbə rəisini işdən çıxartdı ...

    11-02-2014, 14:45

  • 
  • Nazir Səlim Müslümov işdən çıxarıldı

    Nazir Səlim Müslümov işdən çıxarıldı ...

    7-10-2015, 12:46

  • 
  • Füzuli Ələkbərovun rüşvət aldığı məmurların siyahısı hazırlanır – Özəl

    Füzuli Ələkbərovun rüşvət aldığı məmurların ...

    2-12-2013, 12:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu