Keçmiş səhiyyə naziri, məhbus Əli İnsanov ədliyyə naziri Fikrət Məmmədovu məhkəməyə verib. Nazirin vəkili Toğrul Babayev “Azadlıq” qəzetinə deyib ki, iddia ərizəsi dekabrın 25-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim olunub. Toğrul Babayevin sözlərinə görə, bu il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin şikayəti əsasında qəbul etdiyi qərarda onun Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncələrə, qeyri-insani rəftara məruz qalmamaq hüququ) maddəsi ilə təminat verilən hüququnun pozulduğunu təsdiqləyib, buna görə Azərbaycan hökuməti cərimələnib, amma bu günə qədər hüquq pozuntusuna yol verənlər cəzalandırılmayıb, Əli İnsanov isə dözülməz şəraitdə saxlanır: “Əli İnsanov hesab edir ki, onun ağır şəraitdə saxlanması bilavasitə ədliyyə naziri Fikrət Məmmədovun göstərişi ilə həyata keçirilir. Buna görə də ədliyyə nazirinin qanunsuz hərəkətlərinin qarşısının alınması üçün məhkəməyə müraciət edib”.
Əli İnsanov 2005-ci ildə tutulub, iqtisadi cinayətlərdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. O, Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisində saxlanır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?