Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov Ədliyyə Nazirliyini məhkəməyə verib.
Vəkil Toğrul Babayev “Turan”a deyib ki, iddia 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim olunub: “Avropa İnsan Hüquqları Məhkəməsinin 14 iyun 2013-cü ildə qüvvəyə minmiş qərarında sabiq nazirin uzun müddət ağır şəraitdə saxlandığı, Avropa İnsan Hüquqları Konvensiyasında zəmanət verilmiş hüquqlarının pozulduğu qeyd edilib. Əli İnsanov 178 nəfərlə birlikdə barakda saxlanır. Bir məhbusa cəmi 1,76 kvadratmetr sahə düşür. Avropa Penitensiar Qaydalarına əsasən, bu göstərici 7 kvadratmetr olmalıdır. Həm də məhbusun saxlandığı yer rütubətlidir və az işıqlandırılır. İddiada Əli İnsanovun Avropa standartlarına uyğun məkana keçirilməsi tələbi yer alır”.
Xatırladaq ki, Əli İnsanov 2005-ci ilin oktyabrında tutulub və iqtisadi cinayətlərdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum olunub.
Sorğu
Yeni dizaynımız necədir?