GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » ŞOK“Rabitəbank” Qarabağ qazisini evindən sürgün edibmiş

ŞOK“Rabitəbank” Qarabağ qazisini evindən sürgün edibmiş

Tarix: 30-12-2013, 22:48 Bölmə :Manşet Baxış: 14 563
ŞOK“Rabitəbank” Qarabağ qazisini evindən sürgün edibmiş
Dekabrın 25-də şəhərin mərkəzində üzərinə benzin tökərək intihar edən II qrup Qarabağ əlili Zaur Həsənov 3 gün xəstəxanada qaldıqdan sonra dünyasını dəyişdi.

Z.Həsənovu intihara məcbur edən səbəblər və şəxslər artıq bəllidir. Qarabağ əlili doğulduğu qəsəbədə - Bibiheybətdə cəmi 70 kvadratmetrlik çayxanasının əlindən alınmasına, çayxanını yenidən tikmək üçün vaxtilə banklardan götürdüyü kreditlərin altında qalıb əzilməsinə, ailəsinin yeganə dolanışıq mənbəyindən məhrum olmasına, üz tutduğu instansiyalarda heç kimin onun dərdinə əlac etməməsinə dözməyərək özünü yandırdı.

Z.Həsənovu intihara məcbur edən səbəblərdən birini də onun 13 yaşlı oğlu İsmayıl açıqlamışdı. Özünün dediyi kimi, çayxanaları bağlanandan sonra ailəyə 5-10 manat çörəkpulu gətirmək üçün məktəbdən qaçıb səhərdən axşamadək bazarda işləməyə məcbur olan bu yeniyetmə virtualaz.org-a müsahibəsində evlərinin borclu olduqları bank tərəfindən girov götürüldüyünü demişdi.

İsmayılın danışdıqlarından sitat: “Bank evimizi əlimizdən alıb. 2011-ci ildə prezident İlham Əliyev Lökbatanda əlillərin binasında bizə ev verdi. Atam çayxananı təmir etmək üçün evimizi girov qoyub bankdan pul götürdü. Bank da bizi evimizdən qovdu. Neçə aydır ki, babamgildə qalırıq. Hər şeyimiz də o evimizdə qalıb. Məni məktəbə göndərirdilər, mən də qaçıb işləməyə gedirdim”.

Bəs Qarabağ əlilinin evini hansı bank əlindən almışdı? Prezidentin verdiyi evdən müharibə əlilinin ailəsini çölə atanlar kim idi və bunun üçün onların əlində hansı qanuni əsaslar olmuşdu?

Virtualaz.org saytı Z.Həsənovu intihara məcbur edən səbəblərdən biri - Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyev tərəfindən sökdürülən çayxanasını bərpa etdirmək üçün onun banklardan götürdüyü kreditlər barədə araşdırma aparıb.

Araşdırma zamanı məlum olub ki, mərhum Z.Həsənov əvvəlcə Lökbatandakı ata evini “Rabitəbank”a girov qoyaraq 10 min manat pul götürüb. Daha sonra obyekti sökülən Z.Həsənov banka olan borcunu ödəyə bilməyib. Borc daha sonra faizləri ilə birlikdə 15 min manata çatıb.

Z.Həsənovun daha bir banka borcu olub. Qarabağ qazisi “Unibank”dan da 2500 manat məbləğində nağd pul kreditə götürüb. O, bu borcunu da ödəyə bilməyib.

Z.Həsənovun başqa banklardan da borc götürməyə məcbur olduğunu öyrəndik.

Qazinin evi 15 min manat borclu olduğu “Rabitəbank” tərəfindən əlindən alınıb. Bank borcunu ödəyə bilməyən qazini 5 uşağı ilə birlikdə evindən çıxarıb. Ev bütün əşyaları ilə girov götürülüb. Bank hətta Zaur Həsənovun və yoldaşının qızıl əşyalarını da girov olaraq götürüb.



Ata evindən çıxarılan Həsənovlar ailəsi prezidentin 2011-ci ildə onlara verdiyi, Lökbatanda əlillər üçün tikilmiş binadakı mənzildə yaşamağa başlayıblar. Bu evdə isə onlar kommunal xərclərini ödəyə bilməyiblər. Son iki ayda isə evin işıqları borca görə kəsilib.

Uzun müddət S.Mehbalıyevlə “mübarizə aparan”, bütün məhkəmələrdə məğlub olan və haqqını ala bilməyən Z.Həsənov dekabrın 25-də özünü yandırdıqdan sonra bu hadisə ictimailəşdirildi və geniş müzakirələrə səbəb oldu. Daha sonra prezident İlham Əliyevin tapşırığı ilə Həsənovların ailəsinə maddi yardım edildi.

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası Qarabağ əlilinə sökülmüş obyektinə görə 100 min manat ödədi. AHİK həmçinin Z.Həsənovun övladlarını yetkinlik yaşına çatanadək himayəyə götürdüyünü, övladlarının hər birinə 300 (üç yüz) manat məbləğində aylıq yardım veriləcəyini də elan etdi.

Xatırladaq ki, Səttar Mehbalıyev mətbuata açıqlamasında Qarabağ qazisinin obyektinin sökülməsinin qanun çərçivəsində həyata keçirildiyini, bütün hüquqi prosedurlara əməl olunduğunu və bu hadisədə özünü günahkar saymadığını demişdi.

Qazinin yaxınlarından əldə etdiyimiz son məlumata görə, mərhum Z.Həsənovun banklara olan borcları artıq ödənilib. Bu borclar Həsənovlar ailəsinə verilən 100 min manatın hesabına qaytarılıb. Bu gün “Rabitəbank” evin sənədlərini Qarabağ qazisinin ailəsinə geri qaytaracaq.

“Rabitəbank”ın problemli kreditlər şöbəsindən virtualaz.org saytına bildirdilər ki, mərhum Z.Həsənovun banka həqiqətən də borcu olub və hazırda bu borc ödənilib. Z.Həsənovun evi isə bankda girovluqda deyil. Bankdan əlavə heç bir informasiya verə bilməyəcəklərini dedilər.

Hüquqşünaslar isə bildirir ki, məhkəmə qərarı olmadan bankın ona borclu olan müştərini evindən sürgün etməyə və ya əşyalarını müsadirə etməyə heç bir hüququ yoxdur. Bu, ancaq bankın məhkəməyə müraciətindən, müvafiq məhkəmə qətnaməsinin çıxarılmasından sonra məhkəmə icraçıları tərəfindən edilə bilərdi...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qarabağ əlili özünü yandırdı

    Qarabağ əlili özünü yandırdı ...

    25-12-2013, 12:29

  • 
  • Daha bir əlil özünü yandırdı - (Yenilənib)

    Daha bir əlil özünü yandırdı - (Yenilənib) ...

    27-01-2014, 13:36

  • 
  • «Qarabağ Qaziləri» İctimai Birliyi baş vermiş hadisə ilə əlaqədar açıqlama verdi - EKSKLÜZİV

    «Qarabağ Qaziləri» İctimai Birliyi baş vermiş ...

    25-12-2013, 16:01

  • 
  • Səttar Mehbalıyevə məhkəmədə tanış hakim kömək edibmiş

    Səttar Mehbalıyevə məhkəmədə tanış hakim kömək ...

    27-12-2013, 22:49

  • 
  • Qarabağ qaziləri aksiya keçirirlər

    Qarabağ qaziləri aksiya keçirirlər ...

    26-12-2013, 12:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu