Rüstəm İbrahimbəyovun fəxri sədrliyinə İsa Qəmbərdən etiraz
"Başqa bir dövlətin vətəndaşının sədr olduğu təşkilatın üzvü olmaq Müsavat Partiyası üçün məqbul deyil"
Xəbər verildiyi kimi az öncə Cəmil Həsənli Milli Şuranın sədri seçilib. Bundan əvvəl isə AXCP sədri Əli Kərimlinin təklifi var idi: "Biz mənəvi qələbəyə çalışırdıq və buna da nail olduq”. Onun sözlərinə görə, müəyyən səbəblərdən Milli Şuranın sədrliyindən getmək istəyir: "Rüstəm İbrahimbəyov və Cəmil Həsənli Milli Şura və Azərbaycan xalqı üçün çox işlər gördü. Buna görə Cəmil Həsənlinin quruma sədr seçilməsini dəstəkləyirəm. Həmçinin Rüstəm İbrahimbəyovun fəxri sədr olmasını təklif edirəm”. Cəmil Həsənli sədr seçildikdən sonra Müsavat Başqanı İsa Qəmbər çıxəş edərək deyib: İsa Qəmbər isə dedi ki, başqa bir dövlətin vətəndaşının sədr olduğu təşkilatın üzvü olmaq Müsavat Partiyası üçün məqbul deyil: "Əgər əksəriyyət Rüstəm İbrahimbəyovun fəxri sədrliyinə səs verəcəksə, biz Milli Şurada təmsil olunan dostlarla vəziyyəti bir daha ciddi qiymətləndirməli olacağıq”. Bundan sonra Rüstəm İbrahimbəyovun fəxri sədrliyi səsə qoyulub və qəbul olunub. Bunun ardınca İsa Qəmbərin bəyanat verərək Milli Şuradan gedəcəyi gözlənilir. Bizi izləyin
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?