“Məncə, Milli Şura bitdi. Bu təkcə Müsavat Partiyasının verdiyi qərarla bağlı deyil, buna qədər olanlara qədər də bu nəticəyə gəlmək olar. Çünki buna qədər də Milli Şuranı tərk edənlər oldu”.
Bunu açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.
“KXCP-nin Milli Şurada qalıb-qalmamaq məsələsi müzakirə oluna bilərmi” sualını cavablandıran M. Mirəloğlu qeyd edib ki, Milli Şuradakı yeni vəziyyət dəyərləndirilməlidir. Milli Şuranın Sədr Aparatının nümayəndəsi, qurumun mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev isə Müsavat Partiyasının bu qərarından xəbərsiz olduğunu söyləyib:
“Müsavatın Divanın toplantısı ilə bağlı açıqladığı məlumatda belə qərara rast gəlməmişəm. Bundan başqa partiyadan rəsmi müraciət də olmayıb. Hər bir halda Müsavat Partiyasının Milli Şurada fəaliyyətini davam etdirməsini istəyirik”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?