“Milli Şuranın rəhbərliyi Vaşinqtonda toplantı keçirəcək bəyanatı qeyri-ciddidir”
Milli Məclisin eks-spikeri, hazırda Amerikada mühacirətdə olan Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev Milli Şura rəhbərliyinin Vaşinqtonda görüşlər keçirəcəyi ilə bağlı yayılan məlumatları təkzib edib.
Eks-spiker Modern.az saytına eksklüziv açıqlamasında Milli Şurada təmsil olunan partiya rəhbərlərinin Amerikada toplanacağından xəbərsiz olduğunu bildirib.
R.Quliyevin sözlərinə görə, Milli Şurada təmsil olunan liderlərin Amerika səfəri ilə bağlı bəyanat verməsi qeyri-ciddidir.
“Mənim bu görüşdən xəbərim yoxdur, düşünürəm ki, həmişə olduğu kimi kimsə “belə bir şayiə yaysam, köməyi dəyər” fikirləşib. Kimlərsə gəlib Vaşinqtonda kimlərləsə görüşə bilər, amma "Milli Şuranın rəhbərliyi Vaşinqtonda toplantı keçirəcək" bəyanatı qeyri-ciddidir”-deyə R.Quliyev açıqlama verib.
Qeyd edək ki, politoloq Zəfər Quliyev Modern.az-a açıqlamasında üzvü olduğu Milli Şura rəhbərliyinin (partiya rəhbərlərinin) Amerikaya səfər edəcəyini bildirib. Onun sözlərinə görə, səfər iyulun 10-a təyin olunub.
Liderlərin ABŞ səfərində Müsavat başqanı İsa Qəmbər, KXCP sədri Mirmahmud Mirəlioğlu, ACP sədri Sülhəddin Əkbər, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovun iştirak edəcəyi qeyd edilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?