Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ötən ilin ən mühüm siyasi hadisələrinə - prezident seçkilərinə də toxunub. “Azərbaycan xalqı bir daha öz səsini bizim siyasətimizə, real siyasətə verib, boşboğazlığa, boş vədlərə yox, real siyasətə, real işlərə öz səsini verib. Doğma xalqıma bir daha minnətdarlığımı bildirmək istəyirəm ki, on illik fəaliyyətimi yüksək qiymətləndirərək mənə yenidən böyük etimad göstərib”, - İlham Əliyev deyib.
Onun sözlərinə görə, seçkiləri müşahidə edən bütün mötəbər təşkilatlar seçkilərə çox müsbət qiymət veriblər: “Avropa Şurası, Avropa İttifaqı, ATƏT Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər mötəbər təşkilatlar, yəni, qlobal təşkilatlar seçkilərin keçirilməsini birmənalı olaraq yüksək qiymətləndiriblər və öz bəyanatlarında seçkilərin azad, ədalətli, şəffaf keçirilməsi haqqında rəsmi rəy ortaya qoyublar. Ancaq bir daha demək istəyirəm ki, əsas rəyi Azərbaycan xalqı verib. Səsvermə günü və səsvermədən sonrakı dövrdə cəmiyyətdə hökm sürən vəziyyət bir daha seçkilərin nə qədər şəffaf, ədalətli keçirilməsini təsdiqləyir”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?