“Eldar Namazov Milli Şuradan istefa vermir. Əksinə görüşlər keçirib, danışıqlar aparır”.
Bunu AzNews.az-a “El” hərəkatının üzvü Rövşən Əhmədli bildirib. Onun fikrincə, “El” hərəkatı ictimai-siyasi qurumlarla və qeyri-hökumət təşkilatlarla görüşlər keçirir:
“İctimai-siyası fəallarla, ziyalılarla, vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları ilə məsləhətləşmələr aparır və yaranmış vəziyyəti dəyərləndirir. Yekun qərar yaxın günlərdə mətbuata açıqlanacaq”.
R.Əhmədli “El” hərəkatının sədr müavini Zəfər Quliyevin Milli Şuradan istefa bəyanatını belə qiymətləndirdi: “Hər bir şəxs Milli Şuraya müstəqil şəkildə daxil olub. Hər bir adamın da oradan çıxması onun haqqı və hüququdur. Belə də ki xalq kimin hansı yuvanın quşu olduğunu gözəl bilir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?