“Milli Şuranın taktika və strategiyasını baxışlarıma uyğun saymadığım üçün qurumdan istefa verirəm”. Bunu “Yeni Müsavat” a açıqlamasında Milli Şuranın artıq keçmiş üzvü Zakir Əliyev deyib.
Yada salaq ki, Zakir Əliyev Milli Şurada El Hərəkatının təmsilçilərindən idi. Milli Şuradan gedişinin səbəbləri ilə bağlı geniş açıqlama vermək istəmədiyini deyən Z.Əliyev bundan sonra ölkənin ictimai-siyasi həyatından tam uzaqlaşacağını vurğulayıb.
Onu da bildirək ki, Zakir Əliyev keçmiş baş prokuror Əli Ömərovun doğma qardaşıdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?