GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Mikayıl Cabbarovun məktəblərində “təyyarə yeməkləri”

Mikayıl Cabbarovun məktəblərində “təyyarə yeməkləri”

Tarix: 14-01-2014, 21:48 Bölmə :Manşet Baxış: 853
Mikayıl Cabbarovun məktəblərində “təyyarə yeməkləri”
Təhsil Nazirliyinin (TN) yeni rəhbərliyi orta məktəblərlə bağlı qeyri-adi qərar verib. Belə ki, məktəb bufetlərindəki ənənəvi kökə və şirniyyatları “təyyarə yeməyi” deyilən qidalar əvəzləyəcək.

Yəni azyaşlı uşaqları bundan sonra təyyarədə olduğu kimi “fərdi konteynerlər”dəki (ayrıca qablardakı) hazır yeməklərlə təchiz edəcəklər. Bu yeməkləri xüsusi kombinatlarda hazırlayıb qablaşdıracaqlar. Onları məktəb bufetlərində sadəcə qızdırmaq lazım gələcək.



Təhsil Nazirliyi məmurlarının fikrincə, bütün bunlar məktəblərdə ictimai iaşə xidmətinə mərkəzləşdirilmiş qaydada nəzarət etmək imkanı verəcək. Əsas məqsəd də məktəblilərin sağlamlığının qayğısına qalmaq imiş...

Azərbaycansayağı tender

Maraqlıdır ki, bu sahədə dövlət standartının 2013-cü ilin sentyabrından tətbiqinə dair müvafiq sənəd də qəbul olunub. Bu islahatın məqsədi zahirən xoşməramlıdır - yeməklərin keyfiyyətini yaxşılaşdırmaq, bu sahədəki oğurluq və mənimsəmə hallarının qarşısını almaq...

Əvvəlcə belə nəzərdə tutulubmuş ki, məktəb bufetləri üçün qidaları eyni bir müəssisə, mərkəzləşdirilmiş kombinat hazırlasın. Yeməklərin hazırlanması prosesi də (ərzaqların alınmasından yeməklərin hazırlanmasına qədər hər iş) Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) laboratoriyasının ciddi nəzarəti altında aparılsın.



Hərçənd ki, SMPDK-dan bildiriblər ki, onlarda məktəblərdə yeni qidaların üzvi qiymətləndirməsinin və yoxlanmasının həyata keçiriləcəyinə dair heç bir məlumat yoxdur.

Bütövlükdə kağız üzərində hər şey çox gözəl, sanki lüks restorandakı kimi görünür. Hər məktəbli yeməyi masaya çini qabda, xüsusi sinidə verilir. Onların yanına gümüş çəngəl-bıçaq qoyulur və s.

Bütün bunları eyni bir kombinat həyata keçirməli idi. O kombinat da nazirliyin nəzarətində olmalı idi (məsələnin bütün məğzi də buradadır).



Amma Bakının demək olar ki, bütün məktəblərinin ötən ildən iştirak etdiyi eksperimentlər zamanı TN-in planları dəyişib. Bakı məktəbləri şagirdlərini səhər və nahar yeməkləri ilə təchiz edən iki şirkət nədənsə eyni vaxtda peyda olub. Tezliklə isə onlara biri də qoşulub. Özü də bu, xarici şirkətdir. Məlumatlı mənbələrin virtualaz.org saytına verdiyi xəbərə görə, söhbət hansısa türk şirkətindən gedir. Bunu hakimiyyətə yaxın digər saytlar da təsdiqləyib. Şirkətin adı hələ gizli saxlanılır. Görünür, onunla anlaşma hələ tam dəqiqləşməyib. Mümkündür ki, bu işə qoşulmağa hazır olan digər namizəd-şirkətlər də var.

Lakin onu dəqiqləşdirmək mümkün olub ki, adı gizli saxlanılan bu türk şirkəti istisnasız olaraq yalnız bizim SMPDK-nın müəyyənləşdirdiyi standartlar əsasında işləyir. Belə çıxır ki, Azərbaycan bazarı həmin şirkət üçün yeni deyil. Bu türk şirkəti haqda hələlik nə yaxşılığına, nə də pisliyinə bir söz demək mümkün deyil.

TN-dən deyirlər ki, onların bu məsələ ilə bağlı heç kimlə sazişi yoxdur. TN bu şirkətlərin fəaliyyəti haqda informasiyaları təqdim etməkdən imtina etdi.

Belədə sual yaranır: TN tender keçirməyi barədə niyə elan verməyib? Tender olubmu? Olubsa, orada neçə şirkət iştirak edib? Üstünlük hansı şirkətlərə və hansı əsaslarla verilib?

Təhsil Nazirliyi susur

TN-dən bu sualların heç birinə cavab verilmədi. Nazirliyin əməkdaşları hər hansı şərh verməkdən yayınaraq yalnız onu bildirdilər ki, TN yaxın günlərdə xüsusi press-reliz yayaraq zəruri informasiyaları açıqlayacaq.

“Sky Catering” və...

Maraqlıdır, bəs nəzarət işi necə olacaq? Bu iş də iki, hətta üç şirkət arasında bölünəcəkmi? Yemək varsa, deməli, onu kimsə hazırlayır. Bakı məktəbliləri yediklərini kimin hazırladığını biləcəklərmi? Təsəvvür edin ki, nəsə yeyirsən, amma onun nə olduğunu bilmirsən. Övladın məktəbdə hansısa sirli istehsalçının bişirdiyini yeyir və sən bu barədə heç nə bilmirsən...

Növbəti dərs ilinin əvvəlindən Bakıda bütün məktəblər bu “təyyarə yeməyi”nə keçəcəklər.

“Sky Catering” şirkətinin mətbuat xidmətindən virtualaz.org saytına verilən məlumata görə, məktəblilər üçün “təyyarə yeməyi”nin hazırlanması ilə bu şirkət məşğul olacaq. Şirkətdən təsdiqləyiblər ki, onlar TN-dən artıq müvafiq sifariş alıblar. Nazirlik bunu inkar etsə də...

“Sky Catering” 1997-ci ildə yaradılıb və faktiki olaraq AZAL-a bağlı şirkətdir. Şirkət Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərova məxsusdur. Görünür, cənab Səfərova şirkətinin məhsullarının vaxtaşırı olaraq aviasərnişinlər tərəfindən yeyilməsi azlıq edir və indi o, ölkənin faktiki olaraq bütün azyaşlı əhalisini öz müştərilərinə çevirmək istəyir.

“Sky Catering” şirkətindən dedilər ki, “Bayram Səfərov üç il əvvəl şirkəti tərk edib”.

Bizim informasiyamıza görə, B.Səfərov şirkəti tərk etsə də onun fəaliyyətinə bilavasitə bağlılığı qalır.

Məktəb yeməkxanalarının yeməklə təchizatı üçün bağlanan müqavilənin həcminin on milyonlarla manat olacağına şübhə yoxdur. “Təyyarə yeməkləri” ucuz deyil. Bu yağlı tikəni təhsil naziri Mikayıl Cabbarovun komandasının həmişə fəxrlı dediyi kimi, “açıq və şəffaf tenderlə” almayıblar.



Bakı məktəblərini B.Səfərova ona görə veriblər ki, o, müxtəlif dövlət strukturlarının yüksək çinli məmurlarına yaxındır. Təhsil nazirinin özü Səfərovun müavini Orxan Əkbərovun dostudur. Həmin müavin AzTV direktoru Arif Alışanovun kürəkənidir.

Heç bir tenderin keçirilməməsi dərdin yarısıdır, daha betəri odur ki, ötən təhsil ilində Bakı məktəblərinin şagirdlərinə sınaq üçün verilən yeməklər normativlərdən iki dəfə az olub. Təbii ki, bütün sənədlərdə hər şey qaydasındadır, yəni uşaqları necə lazımsa yedirdiblər. Uşaqlar AZAL yeməklərindən yeyəndən sonra ac qaldıqlarını desələr, onlara kim inanacaq?



“Məktəb qastriti”

İndi nə vaxtsa təyyarədə uçmayan az adam tapmaq olar. Bizdə isə aviaşirkət bir dənədir - AZAL. Deməli, bu şirkətin reyslərində sərnişinlərə necə yeməklər verildiyini də bilməyən azdır. Məhz bu təyyarə yeməkləri bundan sonra məktəblərə də veriləcək. AZAL-ın dadlı qulyaş və kotletlərini xatırlayırsınız? İndi bütün bu “delikateslər”i bizim uşaqlar da yeyə biləcəklər.

Təchizatçı firma təbii ki, buna qədər də büdcədən dəfələrlə pul alıb. Lakin biz bundan o qədər də narahat olmamışıq. Bəyəm bizdə kapitalını büdcə vəsaitlərini talan etmək yolu ilə qazanan milyonçular azdır? Ancaq indi söhbət uşaqlardan gedir və “Sky Catering” şirkətinin məktəbləri keyfiyyətli qida ilə təchiz edəcəyinə kim təminat verir? Əgər kimsə ayda bir dəfə də təyyarə ilə uçursa, həmin kotletləri və naməlum mənşəyə, dada malik omletləri yeməsə də olar. Bir neçə saat ac qalmaq təhlükəli deyil. Ancaq uşaq məktəbə hər gün gedir və hər gün dərsarası ona nəsə yemək lazım olur. O zaman uşaqlarda erkən yaşda qastritin yaranmasının qarşısını necə alacağıq?

Ekspertizanı kim keçirəcək?

Digər məsələ də narahatlıq doğurur: məktəblərə veriləcək yeməkləri kim ekspertizadan keçirəcək? Xüsusən də ona görə ki, “təyyarə yeməkləri” xoş dadına baxmayaraq təhlükəsizliyi sual doğuran, tərkibinə məhsulun uzun müddət xarab olmaması üçün konsentratlar qatılan ərzaqlardan hazırlanır.

Hətta texnoloqlar da təsdiq edir ki, müasir kulinariyada da saxlanma məsələsini həll etmək çətin deyil. Fastfud tipli yeməklərin tərkibinə dad gücləndirici maddələr vurulur. Alimlər isə bu maddələrin təhlükəli olduğu haqda xəbərdarlıq edir. Dad gücləndiricilər istənilən adamın beyninə təsir edir, uşaqlara gəldikdə isə belə maddələr narkotik kimi asılılıq yaradır, təbii dad komponentlərinə olan həssaslığı azaldır.

Təyyarə ilə uçuşların təcrübəsi göstərir ki, sərnişinlərə verilən yeməklərin bütün standartlara cavab verdiyi deyilsə də onları daha çox məcburiyyətdən yeməli oluruq. Məktəblilər isə belə yeməyi həftədə altı dəfə, ildə doqquz ay yemək məcburiyyətində qalacaqlar. O zaman hansı sağlam nəsildən söhbət gedə bilər? Doğrudan da bu yeməklər qorxulu deyilsə, o zaman valideynlərə məlumat versinlər görək bu yeməklərin tərkibində hansı maddələr var.

Hələlik məmurlardan və məktəb direktorlarından, o cümlədən Təhsil Nazirliyindən məsələ ilə bağlı inandırıcı cavab almaq mümkün olmur. Bu da narahatlığı daha da artırır.

Məktəblərdə yemək məsələsi onsuz da yaxşı deyildi. Lakin indiyədək valideynlər və məktəb direktorlarının vəziyyətə hansısa müdaxilə imkanları var idi. İndi hər şey müstəsna olaraq yuxarıda həll olunur, özü də nəzarətsiz.

Aydındır ki, məktəb yeməkləri sahəsində inhisar məktəb yeməkxanalarının və bufetlərinin menyüsünü yaxşılaşdırmayacaq. Yeməklərin təchizatçısının seçilməsində hökmən uşaqların özlərinin və valideynlərin də fikirlərini nəzərə almaq lazım idi.

Beləliklə, baxaq görək nazir Mikayıl Cabbarovun bu yeniliyi nəyə aparıb çıxaracaq. Hələlik isə valideynlərə məsləhət görərdik ki, uşaqlarını məktəbə göndərəndə onların çantasında evdə bişmiş kotletlər, pirojnalar və bulkalar, yaxud sadəcə olaraq buterbrodlar qoysunlar. Həm təhlükəsizdir, həm də dadlı...



Alxas İsmayılov

Virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təhsil Nazirliyi orta məktəblərdə yoxlamalar aparacaq

    Təhsil Nazirliyi orta məktəblərdə yoxlamalar ...

    18-11-2013, 16:03

  • 
  • Təhsil Nazirliyi işçilərini məktəblərə yerləşdirdi

    Təhsil Nazirliyi işçilərini məktəblərə yerləşdirdi ...

    17-01-2014, 11:12

  • 
  • Mikayıl Cabbarovun islahat layihəsi yarımçıq qaldı

    Mikayıl Cabbarovun islahat layihəsi yarımçıq qaldı ...

    16-10-2014, 14:43

  • 
  • Nazir məktəb direktorlarına barmaq silkələdi: “Bu qeyri-qanunidir”

    Nazir məktəb direktorlarına barmaq silkələdi: “Bu ...

    31-05-2013, 11:35

  • 
  • Mikayıl Cabbarovdan məktəblərlə bağlı əmr

    Mikayıl Cabbarovdan məktəblərlə bağlı əmr ...

    29-10-2014, 13:09


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu