Milli Məclisə təqdim olunan gələn ilin dövlət büdcəsində müvafiq vəsait nəzərdə tutulmadığı üçün 2015-ci ilin yanvarın 1-dən yaradılması planlaşdırılan Regional Təhsil İdarələrinin islahatı prosesi təxirə salınıb.
Azvision.az xəbər verir ki, bu barədə təhsil naziri Mikayıl Cabbarov deyib. O bildirib ki, növbəti ildə də bu il tətbiq olunan sistemdə fəaliyyət göstəriləcək: “Bakı Şəhər Təhsil İdarəsində struktur islahatları davam etdiriləcək. Təhsil şöbəsinin tabeliyində olan məktəblərdə Təhsil Nazirliyinin səlahiyyətində olan bütün fəaliyyətlər indi də davam etdiriləcək”.
Sorğu
Yeni dizaynımız necədir?