GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Əhməd Əhmədzadənin Biləsuvardakı imperatoru

Əhməd Əhmədzadənin Biləsuvardakı imperatoru

Tarix: 15-01-2014, 12:49 Bölmə :Manşet Baxış: 937
Əhməd Əhmədzadənin Biləsuvardakı imperatoru
Ədalət Balayev və ya Biləsuvarın «oliqarx məmuru»

Biləsuvar çox əlverişli coğrafi mövqeyə malik olan aran rayonudur. Respublikanın paytaxtını ölkənin cənubu ilə və Ölkənin cənubunu respublikanın qərb bölgəsi ilə birləşdirən avtomobil yolları bu rayondan keçir. Üstəgəl, İranla sərhəddə yerləşməsi və burada gömrük və buraxılış məntəqələrinin olması bu rayonun əhəmiyyətini bir qədər də artırır. Lakin, Biləsuvarın iqtisadiyyatının onurğa sütununu əvəllər olduğu kimi yenə də əkinçilik və heyvandarlıq təşkil edir.

Sosializm quruluşu dağıldıqdan və bazar iqtisadiyyatı formalaşdıqdan sonra bütün postsovet məkanında olduğu kimi A zərbaycanda da milli burjuaziya formalaşdı. Bu yeni burjuyları sahibkarlar, biznesmenlər, iş adamları və s. adlandırmağa başladılar. Leksikonumuza yeni-yeni ifadələr-cənab, zati aliləri kimi müraciət formaları daxil oldu.
Qonşu Rusiyada yeni quruluşun ilk fidanlarını “yeni ruslar” adlandırırlar. Biz də bu ənənəyə əsaslansaq azərbaycanlı burjuyları çəkinmədən “yeni azərbaycanlılar” adlandıra bilərik.
Kapitalizm quruluşunun eybəcərliklərini bir kənara qoyaq, daha çox onun müsbət cəhətlərinə diqqət yönəldək. Əvvəllər təşəbbüskar, bacarıqlı insanlar sovet quruluşunun çərçivəsindən kənara çıxa bilmir, daha yaxşı yaşamağa haqqı olan bu fərasətli insanlar cəmiyyətin digər təbəqələri ilə eyni səviyyədə yaşamaq məcburiyyətində qalırdılar. Lakin, yeni quruluş bu bacarıqlı insanlara yeni meydan açdı, onlar get-gedə ulduz kimi parlamağa başladılar. Öz zəhməti, alın təri hesabına varlanan bu insanlara kimin nə sözü ola bilərdi ki?! Min bir əziyyətlə qazandıqları pullar onlara ana südü kimi halal idi. Belələrinə heç kəs “gözün üstə qaşın var” da demir, əksinə bir çoxları özünü oda-közə vuran, daha yaxşı yaşamaq üçün gecəsini gündüzünə qatan, çörəyini alın təriylə qazanan bu diribaşlara qibtə edərək, onları başqalarına nümunə göstərir, hətta özləri belə onlardan nümunə götürməyə çalışırlar.
Amma, elələri də vardır ki, onlar dövlətin, başqa sözlə desək, xalqın malını talamaqla var-dövlət sahibi olur, hətta millətə atalıq etmək iddiasına belə düşürlər. Bax, mən sizə, hörmətli oxucular, belələrindən biri haqda danışacağam.

Biləsuvarda Ədalət Balayev imperiyasının qurulması

Haqqında danışacağım bu insan Biləsuvar Suvarma Sistemləri İdarəsinin müdiri cənab Ədalət Balaveydir. Ə.Balayev kasıb bir ailədə böyüyüb, başa çatıb. Biləsuvar kəndlərindən birində orta məktəbi bitirib, öz zəhməti, biliyi və bacarığı sayəsində ali məktəbə daxil olub, ali təhsil alıb. Ali məktəbi bitirdikdən sonra ona şəhərdə yaxşı maaşı olan bir iş təklif olunub. Lakin, anasının sözünü yerə salmayaraq, geriyə- Biləsuvara qayıdıb, min bir əziyyətə qatlaşaraq anasına, ailəsinə dayaq olub.
Günlərin bir günündə tale Ədalət Balayevin üzünə gülür. Onu Biləsuvar Suvarma Sistemləri İdarəsinə müdir təyin edirlər. Bu hadisə təxminən 10-12 il bundan əvvəl baş verib. Ədalət müəllim öz təşəbbüskarlığı və zəhməti sayəsində iflas səviyyəsində olan bir idarəni dirçəldir. Heç kəsin maaş azlığı səbəbindən işləmək istəmədiyi (o dövrdə bu idarənin işçilərinin əmək haqqı 20.000 manat və ya cəmi 4 dollar idi) bu idarəyə işçilər cəlb edir, onlara: “Pis günün ömrü az olar” deyərək ürək-dirək verir. Tez bir zamanda Suvarma Sistemləri İdarəsi dirçəlir, fəhlələrin əmək haqqı artır, rifah səviyyəsi yüksəlir, işlər qaydasına düşür.
Ədalət Balayev kimi belə adamlara Biləsuvarda “üzü çörəkli adamlar” deyirlər. Ədalət müəllimin bu səviyyəyə gəlib çatmasında heç şübhəsiz ki, anasının xeyir duası da az rol oynamayıb. Valideynin sözünü yerə salmayan, onların pişvazında duran övlad Allahın sevimli bəndələrindəndir. Müqəddəs kitabımız Qurani-Kərimdə belə yazılıb.
Bütün yuxarıda qeyd etdiklərimiz Ədalət Balayevin müsbət xüsusiyyətləridir, necə deyərlər, aysberqin görünən tərəfləridir. Bəs onda aysberqin, daha doğrusu Ə.Balayevin görünməyən tərəfləri, yəni gizlikləri nədən ibarətdir? Biz aşağıda məhz bu barədə söhbət açacağıq, möhtərəm oxucu.
Ədalət Balayev idarəyə müdir təyin olunar olunmaz ilk öncə öz rifahı haqqında düşünməyə başladı. “Mənim başqa müdirlərdən nəyim əksikdir ki?! Savad məndə, bacarıq məndə, biclik məndə.”-dedi. Ədalət müəllim, biclik də ağılın məhsuludur. Heç ağıllı gicbəsərə rast gəlmisinizmi? Əlbəttə ki, yox.
Elə ilk gündən Ədalət müəllim karyera, pul, var-dövlət qazanmağı öz həyat kredosuna çevirdi. Bu yolda çox canfəşanlıq etdi, özünü oda-közə vurdu. Dövlət, xalq malını talamaqla böyük var-dövlət, sərvət sahibi oldu, öz çirkli “biznes” şəbəkəsini yaratdı. Masonsayağı qurulmuş bu gizli şəbəkə rayonun iqtisadiyyatını hörümçək toru kimi əhatə edib.

Banklara yatarılan büdcə pulları

Ədalət Balayev rayonun iqtisadi rıçaqlarından birinə, özü də ən böyüyünə-suya sahibdir. O, rayonun baş mirabıdır. Suvarma Sistemləri Biləsuvarın qan damarlarıdır. Bu “damarlar” olmasa rayonun suvarma şəbəkəsi iflic olar, iqtisadiyyatı əkinçiliyə söykənən rayon çökər, tənəzzül edər.
Biləsuvarın bütün suvarma şəbəkəsinə sahib olan Ədalət Balayev rayondakı əkilən ucsuz-bucaqsız torpaq sahələrinin mülkiyyətçisi və ya icarədarıdır. Onun baş sayı minlərlə davardan ibarət qoyunçuluq, başı dönməyən naxırları olan heyvandarlıq təsərrüfatları vardır.
Faktiki olaraq Ə.Balayevin şəxsi bankı olan “AMB Kredit” kredit ittifaqı ASC Ədalət müəllimin pullarının üstünə faiz gətirmək üçün təşkil olunub və çirkli pulların yuyulması əməliyyatının bir hissəsidir.
Bakıdan Astaraya gedən yolun Biləsuvar hissəsində Xırmandalı kəndinə çatmamış yolun sağında, dövlət torpaqlarında Ə.Balayevin balıq vətəgələri vardır. Yolun solundakı balıq vətəgələri isə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Akif Kazımova məxsusdur. Yeri gəlmişkən qeyd edim ki, Ədalət Balayevin də daxil olduğu bir qrup insan, daha doğrusu məmur Biləsuvarı dədə-baba mülki kimi öz aralarında bölüblər.
Biləsuvar şəhərinin qərb qurtaracağında İrana gedən yolun sağında Bələdiyyə torpaqlarından 60 sotu Ədalət Balayevin qohumlarının və ya idarəsindəki bəzi əməkdaşların adına rəsmiləşdirilib. Burada Ədalət müəllim restoran tipli şadlıq sarayı da tikdirəcək. Gözləriniz aydın olsun!!!
Ədalət müəllimin ən böyük biznesi yanacaq alveridir. O, bu alveri qaynı, Suvarma Sistemləri İdarəsininyanacaqdoldurma məntəqəsinin cavabdeh şəxsi Nizami Rəsulovun əli ilə aparır. Dövlət qiymətindən xeyli aşağı satılan idarə benzini və dizel yanacağı alıcılar üçün daha sərfəli olduğundan daha tez satılır. Necə deyərlər, alıcısı lap başının üstündədir. Rayondakı yanacaq alverçiləri və müxtəlif adlar altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri də əsl həqiqətdə Ədalət müəllimin “mülkiyyətində olan” yanacaq və sürtkü materiallarını satmaqla məşğuldur.
Suvarma Sistemləri İdarəsinə məxsus texnika idarənin işini görmək, yəni şor kanallarını və xəndəkləri lildən təmizləmək əvəzinə süni balıq vətəgələri inşa etməklə məşğuldur. Mənim qəzetlərdə çap etdirdiyim tənqidi məqalələrdən sonra müdir Ədalət Balayev üzərinə “Azmelsu” yazılmış traktorların üzərindəki bu yazını skoçlamaq barədə göstəriş verib.
Biləsuvar bazarında və digər gizli satış nöqtələrində Suvarma Sistemləri İdarəsinə məxsus sement, elektrod, fəhlə paltar və ayaqqabıları da satılır.
Rayondakı su nasoslarının adına həddən ziyadə yanacaq və sürtkü materialı silinir.Motorlar işləmədiyi halda (100 nömrəli motorsovetlər dövründən bəri işləmir, 33 nömrəli motor isə alababat təmirdən sonra gah işləyir, gah da ki, işləmir) işləyirmiş kimi rəsmiləşdirilir. Ədalət müəllimin sənədlərində yağışlı və hətta qarlı havalarda belə onun motorları “işləyir” və əkin sahələrini “suvarır”. Bərəkallah belə “işgüzarlığa”.
Sağlığına qismət, Ədalət müəllimin gözəl villası da var. İstəməyənin lap gözü çıxsın. (Məndən başqa) Qapı-pəncərələri xalis qoz ağacından düzəldilmiş bu villanın qiyməti indiki bazar qiymətləri ilə 1 milyon manatdan artıqdır. Söz-söhbət olmasın deyə bu villa Ədalət müəllimin qohumlarından birinin adına sənədləşdirilib.
Ədalət müəllim əvvəllər idarənin tabeliyində olmuş camışlıq fermasının heyvanlarını da satdırıb, ferma özü isə boş qalıb. İndi burada, necə deyərlər, yer əsir, yengələr oynayır. İdarənin balansındakı yem sexi də satılıb və pulu mənimsənilib. Ölmüş eşşəyin malını saymağa vərdiş etmiş (bu ifadəyə görə oxuculardan üzr istəyirəm) Ədalət müəllim hesabdan silinmiş maşın və mexanizmləri də doğratdıraraq metallom kimi satdırıb, puluna “Dayman” markalı nəhəng traktor alıb. İndi bu “Dayman” ( və ya “K-700”) Ədalət müəllimin xidmətindədir.

Ədalət Balayevin böyük bir “xidmətçilər ordusu” da vardır. Qaynı Nizami Rəsulov yanacaq və sürtkü materiallarının satışı ilə məşğuldur. Kadrlar şöbəsinin müdiri Kazım İbişov fəhlələrin əmək haqqının üçdə birini “töycü” kimi yığıb Ədalət müəllimə çatdırır. 40 fəhlə isə ümumiyyətlə işə gəlmir. Onların maaşları birbaşa müdir Ə.Balayevin cibinə axır. İdarədə kuryer kimi çalışan İqbal adlı şəxs böyük maxinasiyalardan kənarda olsa da bəzən Ə.Balayevin işinə yarayır. Müdirin bəzi xırda-para obyektləri onun adına sənədləşdirilib. Ədalət müəllimin bir sıra obyektləri, daha doğrusu, balıq vətəgələri isə burada yaşamayan və Azərbaycan ordusunda xidmət edən bir zabitin adına sənədləşdirilib.
Mən bu yazımda Biləsuvar Suvarma Sistemləri İdarəsinin müdiri Ədalət Balayevin “biznes fəaliyyətinin” yalnız kiçik bir hissəsini əhatə edə bildim. Ədalət müəllimin bütün gizliklərini tam və müfəssəl şəkildə araşdırmaq üçünsə böyük bir araşdırmaçılar qrupuna ehtiyac vardır.
Dəyirman öz işini görür, çax-çax baş ağrıdır. Ədalət müəllim isə yenə də öz ampluasındadır. Hüquq-mühafizə, vergi, inzibati və dövlət orqanları isə hələ də susur, hər şeyi görməməzliyə vururlar. Başqacür ola da bilməz, çünki Ədalət müəllim arxasını çox böyük bir “dağ”a söykəyib, lazımi orqanların payı da vaxtlı-vaxtında ödənilir. Mənim kimi sadə və gücsüz, pulsuz-parasız vətəndaş isə içindən çəkməkdən və ah-vay etməkdən başqa əlindən bir şey gəlmir.
P.S. Ədalət Balayev hər il eyni vaxtda-oktyabr ayında məzuniyyətə çıxır. O öz məzuniyyətini Almaniyada və ya Türkiyədə ( Bodrumda, Antalyada) keçirir. Bu istirahətə onun böyük ehtiyacı var. Bu qədər böyük maxinasiyalardan sonra axı insanın türklər demişkən “stress atmağ”a ehtiyacı olur.

Musatfayev Maqsud Tarıverdi oğlu
Biləsuvar rayon Xırmandalı kənd sakini,
ıı qrup hərbi xidmət əlili
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu da Günayın sevgilisi - FOTO

    Bu da Günayın sevgilisi - FOTO ...

    25-07-2016, 00:25

  • 
  • İranla sərhəddə gərginlik (Fotolar)

    İranla sərhəddə gərginlik (Fotolar) ...

    18-11-2013, 12:02

  • 
  • "Qalatasaray" yeni formaları təqdim etdi (FOTO)

    "Qalatasaray" yeni formaları təqdim ...

    2-07-2013, 00:18

  • 
  • Elmar Məmmədyarov: "Ölkələrimizin coğrafi yerləşməsi rəqabətli tranzit imkanlarından faydalanmaqda əlverişli imkanlar yaradır"

    Elmar Məmmədyarov: "Ölkələrimizin coğrafi ...

    19-02-2016, 12:09

  • 
  • Bu gün köhnə Yeni ildir

    Bu gün köhnə Yeni ildir ...

    13-01-2014, 01:11


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu