GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Sabiq “Texnikabank” şefinin çətiri altında maxinasiyalar

Sabiq “Texnikabank” şefinin çətiri altında maxinasiyalar

Tarix: 23-01-2014, 01:22 Bölmə :Manşet Baxış: 1 087
Sabiq “Texnikabank” şefinin çətiri altında maxinasiyalar
Mərkəzi Bankdan qaynaqlanan korrupsioner bank şəbəkəsi və «MolBulak» fırıldağı

Keçən günlərdə məlumat verərək bildirdik ki, «TexnikaBank»ın sabiq şefi Etibar Əliyev Azərbaycanı birdəfəlik tərk etməyə hazırlaşdığından onun da payçısı olduğu və Azərbaycanda fəaliyyət göstərən “Kred Aqro” Bank Olmayan Kredit Təşkilatını (BOKT) satışa çıxarıb. Bu arada isə redaksiyamıza sözügedən BOKT-nin keçmiş rəhbəri Eldar Cəfərovun öz fəaliyyətində yol verdiyi ciddi qanun pozuntuları barədə müəyyən informasiyalar ötürülüb. Bildirək ki, Eldar Cəfərov Etibar Əliyevin ən yaxın adamlarından biridir.
Məlumatda deyilir ki, “Kred Aqro” tərəfindən verilən kreditlərin müqabilində müştərilərdən kreditin 10 faizi məbləğində rüşvət alındığı, bölgələrdə filial ofisləri üçün müvafiq ərazilərin alınması və ofis binalarının tikintisi zamanı sənədlərdə qiymətlərin faktiki məbləğdən yüksək göstərilməsi, Eldar müəllimin icbari sığorta subyektlərini əvvəlcədən razılaşdığı sığorta şirkətlərinə yönəltməsi və bunun müqabilində isə sığorta məbləğinin 30-35 faizinin nəğd şəkildə şirkət tərəfindən ona ödənilməsi iddiaları hüquq-mühafizə orqanları tərəfindən də araşdırılıb ki, bu da Eldar Cəfərova ciddi problemlər yaradıb.
Amma bütün bunlara baxmayaraq, müvafiq qurumlar əslində ABŞ-ın “Acdi Voca” təşkilatının Azərbaycandakı nümayəndəliyi olan bu quruma uzun müddət rəhbərlik etmiş Eldar Cəfərovun fəaliyyəti ilə bağlı indinin özündə də heç bir tədbir görmürlər.
Qəzetimizə bu arada Eldar Cəfərovun Etibar Əliyevin hesabına əldə etdiyi sərvətlə bağlı ilginc faktlar daxil olub. Özünüz baxın: Bakının Novxanı qəsəbəsində yerləşən və dəyəri 1.000.000 ABŞ dolları möhtəşəm villa, Bakı şəhəri Yasamal rayon polis idarəsinin yaxınlığında dəyəri 500.000 ABŞ dolları qiymətləndirilən şəxsi mülk, Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisində yerləşən və dəyəri 700.000 ABŞ dolları qiymətləndirilən “Oğuz” şadlıq sarayı, 120.000 ABŞ dolları qiyməti olan son model Mercedes “S-Klass” avtomobili, 60.000 ABŞ dolları qiymətində “Toyota-Prado” markalı avtomobil.
Bundan başqa isə məlumatlarda Eldar Cəfərovun müxtəlif qohumlarının adına qeydə aldığı külli-miqdarda maliyyə vəsaitlərinə dair də maraqlı açıqlamalar verilir: “İnvest” BOKT-da Xatun Cəfərovanın (anası) adına 500.000 manat vəsait, “Finans” Texnoloji Kredit Təşkilatında Fərid Nağıyevin (dayısı oğlu) adına 200.000 manat, yerli və xarici banklarda ümumi dəyəri 2.000.000 ABŞ dollarından çox olan səhm və pullar. Maraqlıdır ki, bir müddət əvvəl baş vermiş məlum “Texnikabank” böhranı da Eldar Cəfərovun fəaliyyətinə elə bir ciddi təsir göstərmədi.
Təxminən həmin ərəfədə “Kred Aqro”dan uzaqlaşan E.Cəfərov az müddət sonra fəaliyyətini “MolBulak” BOKT-da davam etdirməyə başladı. Həmin vaxt kütləvi informasiya vasitələrində yayımlanan məlumatlarda qeyd olunurdu ki, “Texnikabank”ın Türkiyə filialının rəhbəri Kəramət Əliyevlə Xatun Cəfərovanın təsisçisi və səhmdarı olduqları “Invest kredit” BOKT-nın səhmləri “Texnikabank”ın keçmiş rəhbəri Etibar Əliyevin Qırğızıstan Respublikasında yaşayan qardaşına məxsus olduğu bildirilən “MolBulak” BOKT-ya birləşdirilib: “Artıq “Invest-kredit”in filiallarında “MolBulak” BOKT rəsmi fəaliyyətə başlayıb. Çox acınacaqlı haldır ki, Etibar Əliyev həbs edilsə də və əməllərində ağır cinayət tərkibi olsa da, “MolBulak” nəzarətdən kənarda qalıb və dünyanın heç bir ölkəsində olmayan yüksək dərəcəli faizlərlə kreditlər verməyə başlayıb.
Lakin nədənsə, Mərkəzi Bank bu rüsvayçılığa və soyğunçuluğa göz yumdu. Əslində bu «nədənsə»nin nədənləri hər kəsə yaxşı məlumdur. Təsəvvür edin, Mərkəzi Bank son illərdə problemli kreditlərin artmasını bəhanə edərək banklara maşınlar üçün kreditlərin ayrılmasını qadağan edir. Halbuki Mərkəzi bank daha mütərəqqi addım ata bilərdi və banklara daha aşağı faizlə kredit buraxmaları üçün şərait yaradardı. Lakin onlar daha çox qazanma prinisipini də məhz mövcud şəraitdə əldə rəhbər tutduqlarından, başqa bir xoşməramlı addımın atılması ağıllarının ucundan belə keçmir.
Və elə «TexnikaBank»la yaranmış qalmaqal zamanı, habelə bu prosesdən sonra «MolBulak»ın peyda olması da əslində Mərkəzi Bankdan qaynaqlanan bir korrupsiya şəbəkəsinin qüdrətinin təcəssümü kimi qəbul edilməlidir. Bəzi məlumatlara görə “Kred Aqro” BOKT-da “yoxa çıxmış” 4 milyon 523 min manatın kimə məxsus olduğu da üzə çıxıb. Hansı ki, həmin səhmlərin 3 milyon AZN-i Eldar Cəfərovun Rusiyanın Kazan şəhərində yaşayan qardaşı Ramiz Cəfərova, qalanı isə onun Qırğızıstandakı qardaşına məxsusdur...” Məlum olduğu kimi Eldar Cəfərov bu gün də “MolBulak” BOKT-ya rəhbərlik edir.
Redaksiyamızın apardığı araşdırmalar nəticəsində aydın olur ki, əslində bu gün Azərbaycanın bank sektoru mafiozlaşmış şəbəkələrin əlindədir. Bu arada bir maraqlı fakta da ulaşmışıq. Aydın olur ki, hazırda milyonlarla sərvəti olan məmurlarımızın böyük əksəriyyəti öz pullarını yerli banklarımızda deyil, xarici banklarda saxlayırlar.
Yox, düşünməyin ki, burada məmurlarımız sərvətləri ilə bağlı bilgilərin konfedisiallığı baxımından yerli banklarla işləmirlər. Bəlkə bu səbəb də var. Amma ən əsas səbəb ondan ibarətdir ki, məmurlarımız banklarımıza əmanətlərini etibar etmirlər. Ona görə də onlar pullarını xarici banklara, ya da daşınmaz əmlaklara yatırırlar. Biz sıravi vətəndaşlar isə bu yuxarı faizlərin girovu olmaq zorundayıq…

Taleh
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Texnikabank” ətrafında yeni oyunlar başlayır

    “Texnikabank” ətrafında yeni oyunlar başlayır ...

    10-01-2013, 11:36

  • 
  • Paşayevlər “Texnikabank”ı ələ keçirib

    Paşayevlər “Texnikabank”ı ələ keçirib ...

    15-12-2012, 14:08

  • 
  • Eldar Mahmudovla Cahangir Hacıyev bir bankı 263 milyon dollarla müflis edib

    Eldar Mahmudovla Cahangir Hacıyev bir bankı 263 ...

    23-11-2015, 14:57

  • 
  • “Texnikabank”ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyevin barəsində olan cinayət işi dayandırılıb

    “Texnikabank”ın Müşahidə Şurasının sabiq sədri ...

    12-06-2013, 18:56

  • 
  • Eldar Mahmudov məmurları necə dinləyib?

    Eldar Mahmudov məmurları necə dinləyib? ...

    30-10-2015, 23:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu