Dövlət Baytarlıq Xidməti Abdolbari Goozala güc gələ biləcəkmi? Məlum olduğu kimi, Bakı Şəhər Baytarlıq İdarəsinin əmrilə sümüksüz ətin satışı qadağan edilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən verilən məlumatda qeyd olunur ki, mağazalarda satılan ətin mənşəyinin müəyyənləşdirilməsi üçün sümüksüz ət satışının qarşısı alınır: “Mənşəyi məlum olmayan ətin satışı narahatçılıq doğurur. Buna görə də mağazalar, ət kəsimi məntəqələri, eləcə də bazarlarda sümüksüz ətin satılmasının qarşısı alınacaq. Yalnız alıcının gözü qarşısında ət sümükdən ayrılıb satıla bilər. Yəni, alıcı sümüksüz ət almaq istəyərsə, satıcıdan ətin gözü qabağında sümükdən ayrılaraq verilməsini istəyə bilər”.
Baytarlıq xidmətindən həmçinin o da bildirilib ki, qadağa iri marketlərə də şamil ediləcək. Əmrdən irəli gələn tələblərin yerinə yetirilməməsinə gəlincə, bildirilib ki, həmin şəxs və ya sahibkar İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun cəzalandırılacaq.
Dövlət Baytarlıq Xidməti Abdolbari Goozala güc gələ biləcəkmi?
Onu da bildirək ki, dünən ANS kanalında bununla bağlı bir reportaj da yayımlandı və reportaj zamanı telekanal əməkdaşı məşhur «Azərsun» Holdinqə aid «Bazarstore» mağazalar şəbəkəsinin bir satış nöqtəsində də olub və reportajdan anlaşılanı o idi ki, satıcı belə satdığı sümüksüz ətin mənşəiylə bağlı doğru-dürüst bilgilərə malik deyil.
DİA.AZ-ın əldə etdiyi bilgilər isə sübutlayır ki, əslində «Bazarstore»a aid bütün satş nöqtələrində sümüksüz ətin satışı kifayət qədər populyardır. Bu barədə danışan mənbə həm də ortada şübhəli məqamların olmasını da vurğulayır: «Təbii ki, bu ətin mənşəyilə bağlı nə firmadan izahat verilir, nə də satıcılar tərəfindən. Yalnız mağazalar şəbəkəsinin xüsusi buraxılışlarında qeyd olunur ki, ətlər halal yolla kəsilib. Lakin kimsə «Azərsun» Holdinqə aid hansısa qəssabxana barədə məlumatlı deyil».
Dövlət Baytarlıq Xidməti Abdolbari Goozala güc gələ biləcəkmi?
Mənbəmiz ortaya ilginc faktları da qoydu: «Bu gün qısa müddət içində varlanan «Azərsun Holdinq»in sahibi Abdolbari Goozal üçün təbii ki, mənşəyindən daha çox, qiymətinin ucuzluğu maraqlı olan ətləri satışa buraxılması ənənəvi hesab oluna bilər. Əgər Dövlət Baytarlıq Xidməti açıqlamalarında, mövqeyində səmimidirsə, o zaman ilk başdan «Bazarstore»larda təftiş aparmalıdır».
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?