Əməkdar artist Məhəbbət Kazımov yarım saat əvvəl evində dünyasını dəyişib. Mərhumun həmkarı Baloğlan Əşrəfov APA-ya bildirib ki, əməkdar artist bu gün səhər saat 11.00 radələrində vəfat edib.
Xanəndənin səhər saatlarında ağrıları başlayıb. Təcili tibbi yardım çağırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq M. Kazımovu xilas etmək mümkün olmayıb.
B. Əşrəfov bildirib ki, M. Kazımov kəskin ürək ağrılarından və təzyiqdən əziyyət çəkirmiş.
***
12.13
AzVision.az-a verilən məlumata görə, müğənni epilepsiyadan (sudurğa) vəfat edib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasıdan (BŞTTTYS) bildirilib ki, təcili yardım həkimləri evə çatanda, yəni, saat 11:03-də artıq o keçinib. Müğənni təzyiq və şəkər xəstəliyindən əziyyət çəkirmiş.
Qeyd edək ki, 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi təsərrüffatla məşğul olub. Anası Südabə isə evdar xanım olub. Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıbdır. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilmişdir. Musiqi təhsili alması üçün qohum-əqrabanın təkidi ilə 1974-cü ildə Bakı şəhərinə getmişdir. Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunmuşdur. İlk muğam dərslərini Nəriman Əliyevdən almış, sonradan Ağaxan Abdullayevin sinifində oxuyub
1976-cı ildən professional səhnədə çıxış edir. "Dan Ulduzu" ansamblının solisti olmuşdur. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər vermişdir. Bir çox xarici ölkələrdə, Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və.s ölkələrdə qastrol səfərlərində olub. Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında, bir çox tanınmış mahnı və muğamlar oxuyubdur. Ən çox sevilən mahnılarından biri də "Laçınım" mahnısıdır. 14 sentyabr 2012-cin ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adına layiq görülüb.
Məhəbbət Kazımov “Laçın” instirumental ansambılının rəhbəri olub. 1990-cı ildə ailə həyatı qurub, üç övlad atasıdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?