GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » Məşhurların evləri: kim harada, necə yaşayır?

Məşhurların evləri: kim harada, necə yaşayır?

Tarix: 4-02-2014, 15:29 Bölmə :Maqazin Baxış: 1 428
Məşhurların evləri: kim harada, necə yaşayır?



Silsilə şəkildə təqdim edəcəyimiz yazılarda məqsədimiz tanınmış şəxslərin evləri, mənzilləri barədə dəqiq məlumatları təqdim etməkdir. Bu yazılar bir çox şayiələrə son qoyacaq, sənətkarlarımızla oxucularımızı daha yaxın edəcək.

Budəfəki yazımızda məşhur aktyor Rasim Balayev, tanınmış müğənni Bilal Əliyev, dünya şöhrətli muğam ifaçısı Alim Qasımov, əməkdar artist Xanım Qafarova, müğənnilər - Kamalə Rəhimli, Əli Mirəliyev, Səməd Səmədov və reper Anar Nağılbazın mənzilləri barədə maraqlı məqamları təqdim edirik:

Rasim Balayev: “Evimlə bağlı sorğu-sual nə üçündür?”


Xalq artisti, Azərbaycan kinosunun tanınmış simalarından olan Rasim Balayev isə yaşadığı evin şəraitindən ürək dolusu danışıb: “Şükür Allaha, mənim evim var. Şəraiti də pis deyil. Əsas odur ki, həmin evdə mənim yaradıcılıq məkanım var və mən orada rahat işləyə bilirəm. Ən başlıcası isə bu evi mənə dövlət verib. Bir də ki, mənim evimlə bağlı sorğu-sual nə üçündür? Anlamıram ki. Onun sahəsinin nə qədər olması mənə aid məsələdir”.

15 kvadratmetrlik evdə yaşayan Əməkdar artist

Musiqili Teatrın aktrisası, Əməkdar artist Xanım Qafarova deyir ki, ailəsi ilə birlikdə 15 kv. metrlik evdə yaşayır:

“Mən qızım və anam üçümüz bu evdə yaşayırıq. Bu ev bizim həm qonaq otağımız, həm yataq otağımız, həm mətbəximiz və eyni zamanda mənim yaradıcılıq evimdir. Türkiyəyə getməzdən əvvəl şəraiti yox idi, tökülüb-dağılırdı. Amma Türkiyədən qayıdandan sona teatr rəhbərliyi təmir etdirib. İndi mənim üçün başlıcası can sağlığımdır. Yəqin nə vaxtsa sənətdə, teatr aləmində gördüyüm xidmətlər qiymətləndirilər, mənə də ev verilər”.

Kəmalə Rəhimli iki otaqlısından razıdır


Müğənni Kamalə Rəhimli isə iki otaqlı bina evində yaşayır: “İki otaqlı, əvvəl tikilənlərdən, orta səviyyədə bir evdir. Deyim ki, super təmiri var, yox, belə deyil. Onu da özümüz almışıq”.

Səməd Səmədovun qoşa evi

Xalq artisti, “Toylar kralı” Səməd Səmədovun isə iki evi var, həm də 100 kv.metrlik: “Birini dövlət verib, birini də özüm almışam. Hər ikisinin sahəsi 100 kv.metrdir. Hazırda özüm aldığım bina evində yaşayıram. Orada böyük bir yaradıcılıq otağım də var. Dövlətin mənə verdiyi mənzildə isə təmir işləri aparılır. İnşallah, təmir başa çatsın, görüm nə edirəm? Yəqin ki, hər ikisində yaşayacağam”.

Alım Qasımov: “Evimdə yaşamaq mümkün deyil”


Xalq artisti, tanınmış muğam ifaçısı Alim Qasımova isə hələ də dövlət tərəfindən ev verilməyib. Sənətkar deyir ki, yaşadığı mənzildə şəraitsizlik ucbatından qonaq qəbul edə bilmir: “Mənim evim yoxdur. Dövlət mənə ev verməyib. Yaşadığım evin isə şəraiti yoxdur. Nə qonaq qəbul edə bilirəm, nə də özüm gedirəm. Mənim evimdə olanlar bilir ki, orada yaşamaq mümkün deyil, həm də evə damır”.

Müğənnilər insan alveri edir

Müğənni Əli Mirəliyevin fikrincə, bu gün Azərbaycanda toya gedən sənət adamlarının heç birinin villası yoxdur: “Villa ancaq toya getməyən sənət adamlarına məxsusdur. Toya getmirlər, villa alırlar və bütün günü efirdə olurlar. Hansı puldan? Bu pul düz yolla qazanılmır.

İnsan alveri edirlər. Mənim isə ömrüm sənətdə keçib. Amma hələ də evsizəm. O vaxt toylarda oxudum, ordan-burdan birtəhər pul tapıb Mərdəkandakı evi aldım. Bu gün başımı soxmağa evim var, kasıbyana da olsa. Pulum, villam olmasa da, kişi kimi alnım açıq, üzüm də ağdır”.

Bilal Əliyev dövlətin bağışladığı evdə yaşayır


Xalq artisti Bilal Əliyev isə 250 kv.m-dən böyük bir evdə yaşayır: “Mən dövlət tərəfindən verilən evdə yaşayıram. Sağ olsun, dövlət mənim yaradıcılığımı yüksək qiymətləndirib. Mənə nə az, nə çox 250 kv.metrdən böyük ev bağışlayıb. Orada mənim yaradıcılıq otağım da var. Daha sənətkara nə lazımdır?”

Məşhur reper evsizdir


Reper Anar Nağılbazın isə professional səhnəyə çıxışından 23 il ötsə də, hələ şəxsi evi yoxdur. Sənətçi atasının evində yaşayır: “Ata evində, onlarla birlikdə yaşayıram. Əslində ata, ananın, böyüklərin yanında olmaq yaxşıdır. Amma deyim ki, özümü də pərt etmək istəmirəm. Tale, qismət belə gətirib və mən çoxdan razılaşmışam, qardaşım da öz ailəsilə bizimlə birgə yaşayır. Biz ruhdan düşənlərdən deyilik, qüvvəmiz də maşallah boldur”.

Aşığın villası


Aşıq Vüqar isə Müşfiqabad qəsəbəsində, zəhməti hesabına tikdirdiyi villada yaşayır: “Yaşadığım evi özüm tikdirmişəm. Villa sayıla bilər. Bu, mənim sənətim bahasına əldə olunub. Hər cür şərait yaratmışam”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rasim Balayev: “Qismətimdə bu əzablar da varmış”

    Rasim Balayev: “Qismətimdə bu əzablar da varmış” ...

    4-12-2013, 11:04

  • 
  • “Rasim Balayev xəyanət etdi” – Flora Kərimova

    “Rasim Balayev xəyanət etdi” – Flora Kərimova ...

    20-04-2015, 22:20

  • 
  • Rasim Balayev 18 gündür  yataq xəstəsidir.

    Rasim Balayev 18 gündür yataq xəstəsidir. ...

    9-05-2013, 11:45

  • 
  • Rasim Balayevdən seçki AÇIQLAMASI: "Öz namizədim var, ona səs verəcəm"

    Rasim Balayevdən seçki AÇIQLAMASI: "Öz ...

    30-09-2013, 11:57

  • 
  • Əməkdar artist həyatının ən ağır günlərini yaşayır

    Əməkdar artist həyatının ən ağır günlərini yaşayır ...

    15-07-2013, 11:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu